Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1909/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan Electrolux, Toshiba Qled TV, 2 ədəd zəmanət + 3 il xidməti üçün 873.5 manat ödənilməmiş hissə, 87.35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Playstation 5, PS5 oyun pultu , zəmanət + 3 il xidməti üçün 97.3 manat ödənilməmiş hissə, 9.73 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG kondisioner üçün 87.8 manat ödənilməmiş hissə, 8.78 manat cərimə; ümumilikdə 1164.46 manat borc, 31.65 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixli müqavilələrə əsasən Paltaryuyan Electrolux, Toshiba Qled TV, 2 ədəd zəmanət + 3 il xidməti, Playstation 5, PS5 oyun pultu , zəmanət + 3 il xidməti, LG kondisioner almış və nəticədə onun 1164.4 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1210.14 manat olan Paltaryuyan Electrolux, Toshiba Qled TV, 2 ədəd zəmanət + 3 il xidməti üçün ümumilikdə 960.85 manat olmaqla, ondan 873.5 manat ödənilməmiş hissə, güzəşt olaraq 87.35 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1916.52 manat olan Playstation 5, PS5 oyun pultu , zəmanət + 3 il xidməti üçün ümumilikdə, 107.03 manat olmaqla, ondan 97.3 manat ödənilməmiş hissə, güzəşt olaraq 9.73 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 799.92 manat olan LG kondisioner üçün ümumilikdə 96.58 manat olmaqla, ondan 87.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 8.78 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2867.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirmələrinə baxmayaraq qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli 09415329 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 1210.2 manat dəyərində mal ilkin ödəniş edilmədən 18 ay müddətinə hissə-hissə hər ay 67.23 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 14063766 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 1916.6 manat dəyərində mal ilkin ödəniş olaraq 150 manat ödənilməklə 18 ay müddətinə hissə-hissə hər ay 98.14 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 18691043 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 799.92 manat dəyərində mal ilkin ödəniş edilmədən 18 ay müddətinə hissə-hissə hər ay 44.44 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 873.5 manat ödənilməmiş hissə, 87.35 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 97.3 manat ödənilməmiş hissə, 9.73 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 87.8 manat ödənilməmiş hissə, 8.78 cərimə, üç müqavilə üzrə ümumilikdə 1164.46 manat borcu vardır. xx.xx.2025/2-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31.65 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 09415329 nömrəli, xx.xx.2023-cü il tarixli 14063766 nömrəli, xx.xx.2023-cü il tarixli 18691043 nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 873.5 manat ödənilməmiş hissə, 43.6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 97.3 manat ödənilməmiş hissə, 4.8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 87.8 manat ödənilməmiş hissə, 4.39 manat cərimə, ümumilikdə 1111.39 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 31.12 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 873.5 manat ödənilməmiş hissə, 43.6 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 97.3 manat ödənilməmiş hissə, 4.8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 87.8 manat ödənilməmiş hissə, 4.39 manat cərimə, ümumilikdə 1111.39 (min yüz on bir manat otuz doqquz qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 31.12 (otuz bir manat on iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov