Məhkəmə qərarları › İş №e-2(021)-1930/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1930/2025

02.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1930/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnamələrinin etibarız hesab edilməsi” tələbinə dair mülki işə 16 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəhəri 1 saylı notariat ofisi yətəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2-V-1738və 1737 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə əsaslandırma: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Məlum Qarabağ hadisələridən sonra Şuşa Şəhəri işğal olunduqdan sonra 1992-ci ildən hazırkı ailəsi ilə bərabər babası X13 məxsus olan ünvan 1 ünvanında yerləşən evdə köçüb yaşamağa başlamışlar. X16 30 noyabr 2007-ci ildə nənsi X8 19 iyul 2010-cu ildə, babası X25 isə 25 dekabr 2010cu ildə rəhmətə getmişdir. 1992-ci ildən bu günə kmi o, anası X26, həyat yoldaşı və uşaqları yuxarıda göstərilən ünvanda yaşayırlar. Yaşadıqları ev 01 may 1999-cu ildən 41 saylı Qeydiyyat Vəsiqəsi ilə babası X9 mülkiyyətindədir. Həmin evi miras payı olaraq qəbul edib adına rəsmiləşdirmək istəyən zaman məlum olmuşdur ki, atasının bacısı Cavabdeh babası və nənəsi rəhmətə gedəndən sonra onlara heç bir məlumat vermədən Bərdə şəhəri 1 saylı notariat ofisinə müraciət etmiş, Bərdə şəhəri İcra Nümayəndəliyindən tək özünün ailə üzvü olaraq göstərərək arayış alıb notariusa təqdim etmişdir. 05 sentyabr 2012-ci il ildə Bərdə şəhəri 1 saylı Notariat Konturunda 19 iyul 2010-cu ildə rəhmətə getmiş X7 2V-1737 saylı və 05 dekabr 2010-cu ildə rəhmətə getmiş X13 2 V-1738 saylı əmanətə dair vərəsəlik işi açılmış və hər iki mərhumun vərəsəsi kimi X42 tanınmışdır. Hər iki mərhumun adında bank hesablarında pul olmuşdur ki, həmin əmnətdə Cavabdeh tərəfindən əldə edilmişdir.Bu barədə məlumatı vəkil sorğusu əsasında aldıqdan sonra hər iki şəhadətnamənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, həm babası, həm nənəsi rəhmətə getdikdən təxminən iki il sonra müddət buraxıldıqdan sonra cavabdeh saxta sənədlə miras payı əldə etmişdir. Cavabdeh 1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla hazıradək yaşayır. Həm nənəsi X10 həm babası X25 rəhmətə gedənə kimi ailəsi ilə bərabər birgə yaşamışlar. Rəhmətə getdikdə isə bütün dəfn xərcləri onun tərəfindən qarşılanmışdır. Odur ki, hesab edir ki, 05 sentabr 2012-ci il tarixli 2 V-1737, 2 V-1738 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qanuni yolla əldə etdiyini, rəsmi qaydada notariat kontoruna müraciət etməklə notarius tərəfindən tələb edilən sənədləri təqdim etməklə əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına istinad: İş materiallarında olan Bərdə 1 saylı notariat ofisində 05 sentyabr 2012-ci il tarixdə 2V-1737 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh Bərdə rayon 1 saylı notariat konturuna ərizə ilə müraciət edərək 19 iyul 2010-cu ildə onun Bərdə şəhəri M.Ə,Rəsulzadə küçəsi döngə 1 ev 1-də yaşayan anası X4 vəfat etdiyini miras əmlakın əmanət pulu və onun faizindən ibarət olduğunu ondan başqa vərəsəsinin olmadığını göstərərək ona göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə vermələrini xahiş etmişdir. Notariat işinə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X8 həqiqətən Bərdə şəhəri M.Ə..Rəsulzadə küçəsi 1/1 nömrəli evdə yaşamış ailə üzvləri X25( vəfat etmişdir) qızı Cavabdeh ibarətdir. Notariat işində olan 0342 nömrəli əmanət ktabçasından görünür ki, əmanət kitabçası X5 adınadır. Notariat işində olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ409322 nömrəli, 26 iyul 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 9 iyul 2010-cu ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 iyul 2010-cu il tarixdə 24 iyul 2010-cu il tarixdə 192 nömrə ilə qeyd edilmişdir. Notariat işində olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 iyul 1958-ci il tarixli, İ-İE524792 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 n8 iyul 1958-ci ildə doğulmuş, ata qrafasında X25, ana qrafasında isə X8 qeyd edilmiş, bu barədə 4 iyul 1958-ci ildə 124 nömrə ilə qeyd edilmişdir. Notariat işində olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 yanvar 2011-ci il tarixli, AZ-İ441657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 29 dekabr 2010-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqlnda akt qeydlər kitabında 05 yanvar 2011-ci il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. Notariat işində olan Bərdə rayon 1 saylı notariat konturunun xüsusi notariusu X43 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 iyul 2010-cu ildə vəfat etmiş X5 vərəsəsi Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 1-də yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası əmanət bankının Şuşa rayon filalının 367/07 nömrəli əmanət kassasında olan əmanət pulu və onun faizindən ibarətdir. İş materiallarında olan Bərdə 1 saylı notariat ofisində 05 sentyabr 2012-ci il tarixdə 2V-1738 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh Bərdə rayon 1 saylı notariat konturuna ərizə ilə müraciət edərək 25 dekabr 2010-cu ildə onun Bərdə şəhəri M.Ə,Rəsulzadə küçəsi döngə 1 ev 1-də yaşayan atası X9 vəfat etdiyini miras əmlakın əmanət pulu və onun faizindən ibarət olduğunu ondan başqa vərəsəsinin olmadığını göstərərək ona göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə vermələrini xahiş etmişdir. Notariat işinə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X25 həqiqətən Bərdə şəhəri M.Ə..Rəsulzadə küçəsi 1/1 nömrəli evdə yaşamış ailə üzvləri X14 (vəfat etmişdir) qızı Cavabdeh ibarətdir. Notariat işində olan 5367,3367 və 3367/07 nömrəli əmanət kitabçalarından görünür ki, əmanət kitabçası X9 adınadır. Notariat işində olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ409322 nömrəli, 26 iyul 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 9 iyul 2010-cu ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 iyul 2010-cu il tarixdə 24 iyul 2010-cu il tarixdə 192 nömrə ilə qeyd edilmişdir. Notariat işində olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 iyul 1958-ci il tarixli, İ-İE524792 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 8 iyul 1958-ci ildə doğulmuş, ata qrafasında X25, ana qrafasında isə X8 qeyd edilmiş, bu barədə 4 iyul 1958-ci ildə 124 nömrə ilə qeyd edilmişdir. Notariat işində olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 yanvar 2011-ci il tarixli, AZ-İ441657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 29 dekabr 2010-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqlnda akt qeydlər kitabında 05 yanvar 2011-ci il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. Notariat işində olan Bərdə rayon 1 saylı notariat konturunun xüsusi notariusu X43 tərəfindən təsdiq edilmiş 2V-1738 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 dekabr 2010-cu ildə vəfat etmiş X9 vərəsəsi Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 1-də yaşayan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası əmanət bankının Şuşa rayon filalının 167 və 3367/07 nömrəli əmanət kassasında olan əmanət pulu və onun faizindən ibarətdir. İş materiallarında olan Bərdə Regional “ASAN-Xidmət” Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 3-16-5/8-207/78-24 nömrəli arayışdan görünür ki, X65 xx.xx.1954-cü ildə Şuşa şəhərində anadan olmuş, atası X25, atası X8 olmaqla bu barədə Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 126 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ256892 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X65 30 noyabr 2007-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 dekabr 2007-ci il tarixdə 297 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şuşa Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 26 avqust 1979-cu il tarixli, İİ_JQ 272036 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Almaz Bəhmən qızı ilə 26 avqust 1979-cu ildə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 avqust 1979-cu ildə 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş verilmi 18 aprel 1981-ci il tarixli, Vİİ-JQ373750 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1981-ci ildə Şuşa rayonunda anadan olmuş, ata qrafasında X65, ana qrafasında X26 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 18 aprel 1981-ci ildə 88 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ- İ1999351 nömrəli 17 oktyabr 2005-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 17 oktyabr 2005-ci ildə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qedyləri kitabında 17 oktyabr 2005-ci il tarixdə 704 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, X13 Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli qərarı ilə Bərdə şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün 298,03 kv. metr torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən 3 otaqlı, Ümumi mənzil sahəsi 117.4 kv.metr, o cümlədən 55,7 kv. metr yaşayış, 61,7 kv.metr köməkçi sahədən ibarət olan 2/6 nömrəli yaşayış evi 380,8 kv.metr torpaq sahəsi ilə birlikdə bütünlüklə Muxtarov İsa oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 221 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş mərhum X9 həmin ünvanda ailə üzvləri həyat yoldaşı X14 (vəfat etmişdir) oğlu X65(vəfat etmişdir), gəlini X26, nəvəsi İddiaçı, İddiaçı həyat yoldaşı X28, nəticəsi X44, nəticəsi X45 yaşayır. İş materillarında olan AZE seriyalı 17689111 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X46 xx.xx.1982-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri V.CƏfərov küçəsi ev 28 mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AA seryalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X54 xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 dekabr 1982-ci il tarixli, Vİİİ-JQ478047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 13 dekabr 1982-ci ildə anadan olmuş, ata qarafasında X55, ana qrafasında X18 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 22 dekabr 1982-ci ildə 302 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Orçonokidze rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 29 aprel 1985-ci il tarixli, İX-JQ 339243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X54 29 mart 1983-cü ildə anadan olmuş ata qarafasında X33, ana qrafasında X66 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 29 aprel 1983-cü ildə 563 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Şuşa rayon VVAQ Şöbəs tərəfindən verilmiş 16 noyabr 1973cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 28 oktyabr 1973cü ildə anadan olmuş, ata qarafasında X55, ana qrafasında X18 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 16 noyabr 1973-cü ildə 159 nömrəli qeyd aparılmışdır. İş materillarında olan AZE seriyalı 09148882 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1976-cı ildə Şuşa şəhərində anadan olmuş, Ağdam şəhəri T. İsmayılov küçəsi ev 22 mənzil 27-də qeydiyyatdadır. İş materiallarında olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 oktyabr 1976-cı il tarixli, İİİ-JQ490384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18 oktyabr 1976-cı ildə anadan olmuş, ata qarafasında X55, ana qrafasında X18 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 23 oktyabr 1976-cı ildə 205 nömrəli qeyd aparılmışdır. İş materillarında olan AZE seriyalı 15874950 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1975-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu A.Qərib küçəsi ev 236-d qeydiyyatdadır. İş materiallarında olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 fevral 1975-ci il tarixli, İİ-JQ485748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 18 yanvar 1975-ci ildə anadan olmuş, ata qarafasında X55, ana qrafasında X18 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 05 fevral 1975-ci ildə 15 nömrəli qeyd aparılmışdır. İş materillarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1972-ci ildə anadan olmuşdur. İş materiallarında olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 avqust 1972-ci il tarixli, AZB 03044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 15 avqust 1972-ci ildə anadan olmuş, ata qarafasında X55, ana qrafasında X18 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 23 avqust 1972-ci ildə 111 nömrəli qeyd aparılmışdır. İş materillarında olan AZE seriyalı 02198931 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X56 xx.xx.1947-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri Vəzirov küçəsi ev 7 mənzil 39-da qeydiyyatdadır. İş materillarında olan AZE seriyalı 05437965 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X35 xx.xx.1951-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri Əhməd Ağaoğlu küçəsi ev 2-də qeydiyyatdadır. İş materillarında olan AZE seriyalı 08429095 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X47 xx.xx.1956-cı ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri Dədə Qorqud küçəsi ev 29-da qeydiyyatdadır. İş materiallarında olan Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 1956-ci il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.1956cı ildə anadan olmuş, ata qarafasında X25, ana qrafasında X1 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 27 noyabr 1956-cı ildə 167 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan AZE seryalı 14382095 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X67 xx.xx.1977-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi ev 33 mənzil 22-də qeydiyyatdadır. İş materiallarında olan Şuşa Rayon ZAQS Bürosu tərəfindən verilmiş 22 oktyabr 1977-ci il tarixli, İV-JQ 417298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X67 27 sentyabr 1977-ci ildə anadan olmuş ata qarafasında X33, ana qrafasında X66 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 02 oktyabr 1977-ci ildə 195 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan AZE seryalı 14888336 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X48 xx.xx.1979-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İş materiallarında olan Şuşa Rayon ZAQS Bürosu tərəfindən verilmiş 17 mart 1979cu il tarixli, İV-JQ 312315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx.xx.1979-cu ildə anadan olmuş ata qarafasında X33, ana qrafasında X66 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 17 mart 1979-cu ildə 52 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ940120 nömrəli, 10 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X57 29 sentyabr 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 oktyabr 2018-ci il tarixdə 46 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan AA seryalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X30 xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE seryalı 02484093 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1948-ci ildə Ağdam şəhərində anadan olmuş, Şuşa şəhəri V.Cəfərov küçəsi ev 28 mənzil 3-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şuşa rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 18 sentyabr 1971-ci il tarixli AZ129167 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Həqiqət Abbas qızı ilə 18 sentyabr 1971-ci ildə nikah bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri itabında 18 sentyabr 1971-ci ildə 32 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA seryalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X49 21 iyun 1979-cu ildə anadan olmuşdur. İş materiallarında olan Mirbəşir rayon Seyidimli kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 3 iyul 1979-cu il tarixli, Vİ-JQ 393015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 21 iyun 1979-cu ildə anadan olmuş ata qarafasında X36, ana qrafasında X58 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 03 iyul 1979-cu ildə 38 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan AZE seryalı 09931111 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X59 17 sentyabr 1976-cu ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Bakı şəhəri Qaçaq Nəbi küçəsi məhəllə 23 19 ev 3 A mənzil 53-də qeydiyyatdadır. İş materiallarında olan Mirbəşir rayon Seyidimli kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 1976-cı il tarixli, İİİ-JQ 404922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X59 17 sentyabr 1976-cı ildə anadan olmuş ata qarafasında X36, ana qrafasında X58 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 14 oktyabr 1976-cı il tarixli, 47 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan AA seryalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X75 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarında olan Mirbəşir rayon Seyidimli kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 1975-ci il tarixli, İ-JQ 398797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X75 03 iyun 1975-ci ildə anadan olmuş ata qarafasında X36, ana qrafasında X58 qeyd edilməklə bu barədə doğum haqqında akt qeydləri kitabında 30 iyun 1975-ci il tarixli, 37 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan AZE seryalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci ildə Şuşa şəhərində anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 1 ev 1-də qeydiyyatddır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN-Xidmət” X53 tərfindən verilmiş 05 fevral 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X58 11 01 2022-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 fevral 2022-ci ildə 78 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Regional “ASAN-Xİdmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 05/Q-203/69 nömrəli arayışdan görünür ki, X60 və X22 nikahı haqqında 30 sentyabr 1966-cı ildə 38 nömrəli akt qeydi tərtib olunmuşdur.Nikah bağlandıqdan sonra ərə Sarıyev, arvada Sarıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X31 Üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 198 nömrəli arayışdan görünür ki, İddiaçı Şuşa rayonundan məcburi köçkün olmaqla Bərdə şəhəri H.Aslanov küçəsi ev 6-da qeydiyyatdadır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Hazırki iddia tələbi üzrə miras əmlakın qəbulu zamanı qüvvədə olan Mülki Məcəlləsinin 1246-cı və 1248-ci maddələri: Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdİq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”:

102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

Mülki Prosessual Məcəllə: Maddə 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: İlk öncə məhkəmə hesab edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə-təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Mirasla bağlı yaranmış ictimai münasibətlərdə notarius aparıcı və həlledici rol oynayır. Çünki o, ictimai vəzifəni qanunla ona verilmiş hüquq çərçivəsində müstəqil həyata keçirir. O, ictimai münasibətin aktiv subyektidir. “Notariat haqqında” Qanunda qanun üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi halı vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən fərqləndirilmişdir. Belə ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verməzdən öncə, sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. (“Notariat haqqında” Qanunun 59-cu maddəsi, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci hissəsi). Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir və vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Mülki Məcəllənin “Vərəsəlik şəhadətnaməsi anlayışı” adlanan 1321-ci maddəsinin birinci hissəsinə əsasən, “vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsini tələb edə bilər”. Notariat hərəkətlərinin aparılmasının son mərhələsi, bu hərəkətlərin hüquqi inikasını özündə əks etdirən vərəsəlik şəhadətnaməsinin verilməsidir. Vərəsəlik şəhadətnaməsi həm şəxsin varis kimi vərəsəlik hüququnu, həm də ki konkret həcmdə və konkret dəyərdə əmlaka mülkiyyət hüququnu təsdiq edir. Mülki Məcəllənin 1321.3-cü maddəsində təsbit edilir ki, “vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir”. Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki iş materiallarından görünür ki, miras qoyan X8 xx.xx.2010-cu il tarixdə, X25 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. 2V-1737 və 2V-1738 nömrəli vərəsəlik işlərindən görünür ki, Cavabdeh valideynlərindən qalmış miras əmlakın qəbulu ilə bağlı xx.xx.2012-ci il tarixdə Bərdə rayon 1 saylı notariat kontoruna ərizə ilə müraciət edərək miras qoyan şəxslərin başqa vərəsələrinin olmadığını, miras qoyan şəxslərin ölənədək onunla birlikdə ünvan 4 ünvanda yaşadığını əsas gətirməklə miras qoyanlardan miras qalmış əmanət pulu və onun faizini qəbul edilməsi üçün vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Hər iki vərəsəlik işi materiallarına Bərdə şəhər icra nümayəndəsi tərəfindən verilmiş, hər iki miras qoyanın ünvan 4 ünvanda cavabdehlə birlikdə qeydiyyatda olduğunu və yaşadığını müəyyən edən arayış əlavə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sorğusu əsasında Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 221 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş mərhum X9 həmin ünvanda ailə üzvləri həyat yoldaşı X14 (vəfat etmişdir) oğlu X65 (vəfat etmişdir), gəlini X26, nəvəsi İddiaçı, İddiaçı həyat yoldaşı X28, nəticəsi X44, nəticəsi X45 yaşayır (eyni subyekt tərəfindən fərqli məzmunlarda verilmiş arayışlar). İş materiallarına əlavə edilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən 3 otaqlı, ümumi mənzil sahəsi 117.4 kv.metr, o cümlədən 55,7 kv. metr yaşayış, 61,7 kv.metr köməkçi sahədən ibarət olan 2/6 nömrəli yaşayış evi 380,8 kv.metr torpaq sahəsi ilə birlikdə bütünlüklə Muxtarov İsa oğlunun adına qeydiyyata alınmışdır. Beləliklə miras qoyan mərhum X25 vəfat etdiyi tarixədək həmin ünvanda ailə üzvləri həyat yoldaşı X14 (vəfat etmişdir) oğlu X65 (vəfat etmişdir), gəlini X26, nəvəsi İddiaçı, İddiaçı həyat yoldaşı X28, nəticəsi X44, nəticəsi X45 yaşamışlar. Göründüyü kimi cavabdeh tərəfindən miras əmlak qəbul edilərkən bilərəkdən təhrif edilmiş və ya doğru olmayan məlumatlar əsasında, digər vərəsələr gizlədilməklə, eləcə də miras əmlak onun qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə qəbul edilmişdir. Miras əmlakın qəbulu zamanı qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras əmlak isə miras qoyanların ölümündən 2 il sonra cavabdeh tərəfindən qəbul edilmiş, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəmə qərarı və ya digər vərəsələrin razılıq ərizələri və ya digər vərəsələrin mirasdan imtina barədə iradə ifadəsini əks etdirən hər hansı sənəd isə vərəsəlik işlərinə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bərdə 1 saylı Dövlət notariat ofisi tərəfindən verilmiş 2V-1737 və 2V-1738 reyestr nömrəli 5 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamələr etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bərdə 1 saylı Dövlət notariat ofisi tərəfindən verilmiş 2V-1737 və 2V-1738 reyestr nömrəli 5 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hаkim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar