Məhkəmə qərarları › İş №e-2(021)-1940/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1940/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1940/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin əmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 233 manat ödənilməmiş hissə , 116,50 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 237,30 manat ödənilməmiş hissə, 118,65 manat dəbbə pulu,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 848,40 manat ödənilməmiş hissə, 424,40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1004 manat ödənilməmiş hissə, 502 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1949,80 manat ödənilməmiş hissə, 974,90 manat dəbbə pulu olmaqla ümumilikdə 6409,35 manat borc, 84,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021ci il xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********05880 Xiaomi Poco M3 markalı telefon, İmei kod **********60321 X6 A7 markalı planşet, Apple USB , Apple Watch SE qol saatı, İmei kod **********11558 İphone markalı telefon, İmei kod **********4060 İphone 11 Pro markalı telefon almış və nəticədə 6409,35 manat borc yaranmışdır.Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məəbləğ 3726,10 manat təşkil edir.İddiaçı tərəfindən telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1979-cu il tarixdə doğulmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, № 22245570 saylı müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə ilkin ödəniş daxil olmaqla cəmi 612,20 AZN-ə “Xiaomi Poco M3” markalı telefon almışdır. Mülki işə əlavə olunmuşxx.xx.2021-ci il tarixli, № 22251504 saylı müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla cəmi 753,20 AZN-ə “X6 A7” markalı planşet və “Apple USB-C to Lightining Cable” model adapter almışdır. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, №22384259 saylı müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla cəmi 2265 AZN-ə “İphone 11” markalı telefon almışdır. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, № 23153435 saylı müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla cəmi 3193,20 AZN-ə “İphone 11 Pro” markalı telefon almışdır. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, № 24054432 saylı müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla cəmi 1175,40 AZN-ə “Apple Watch SE” markalı ağıllı saat almışdır. Mülki işə əlavə olunmuş maliyyə ödəniş cədvəlinə əsasən, Cavabdeh əsas borca ödənilməmiş hissə 4272,90 manat və dəbbə pulu 2136,45 mana olmaqla ümumilikdə 6409,35 manat borcu vardır. Mülki işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli №********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 84,10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, həmçinin tərəfləri dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı MMC (iddiaçı) ilə Cavabdeh (cavabdeh) arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 233 manat əsas borc, 11,65 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 237,30 manat əsas borc, 11,86 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 848,40 manat əsas borc, 42,42 manat dəbbə pulu,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1004 manat əsas borc, 50,20 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1949,80 manat əsas borc, 97,49 manat dəbbə pulu olmaqla ümumilikdə 4486.12 ( dörd min dörd yüz səksən altı manat on iki qəpik) manat məbləğində pul tutularaq Cavabdeh ödənilməlidir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 84,10 manat dövlət rüsumunun 64,86 manat hissəsi Cavabdeh şamil edilərək cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli və yerdə qalan hissədə İddiaçı MMC-yə aid edilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 233 manat əsas borc, 11,65 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 237,30 manat əsas borc, 11,86 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 848,40 manat əsas borc, 42,42 manat dəbbə pulu,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1004 manat əsas borc, 50,20 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1949,80 manat əsas borc, 97,49 manat dəbbə pulu olmaqla ümumilikdə 4486.12 ( dörd min dörd yüz səksən altı manat on iki qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 84,10 (səksən dörd manat on qəpik) manat dövlət rüsumunun 64,86 (altmış dörd manat səksən altı qəpik) manat hissəsi Cavabdeh şamil edilərək cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçınə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar