Məhkəmə qərarları › İş №e-2(021)-2067/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2067/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2067/2022 24.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ultratek MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun iddiaçıya ödənilməmiş 274 manat əsas borc, 26 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilməmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır, Belə ki, iddia ərizəsində imzalayan şəxs kimi iddiaçı Ultratek MMC-nin direktoru X1 qeyd olunmuş, lakin iddia ərizəsinə onun Ultratek MMC-nin direktoru olmasını təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsinə əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi 09.06.2021-ci il tarixli çıxarışda Ultratek MMC–nin qanuni təmsilçisi kimi X1 göstərilsə də, məhkəmə qeyd edir ki, çıxarışda qanuni təmsilçi kimi qeyd olunması mülki prosessual icraat çərçivəsində nümayəndə olması anlamına gəlmir. Əgər qanuni təmsilçi iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmasını iddia edir və iddia ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin verdiyi çıxarışı əlavə edirsə, onda həmin qanuni təmsilçinin nizamnamə ilə səlahiyyətlərini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə Ultratek MMC-nin qanuni təmsilçinin qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs olması barədə nizamnamə (əsasnamə)əlavə olunmadığına görə hazırkı iddia ərizəsi onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmış kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar