Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2123/2025 19.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: elektrik enerjisi, kənar xətdən istifadə, borc Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi , İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1470,20 manat borc və ödənilmiş 35,12 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2025-ci il tarixə 1470,20 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ******* saylıalqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsiarasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəli məsələlər yarandıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Hər il abonentlə enerji təchizatı müəssisəsi arasında birtiplialqı-satqımüqaviləsi bağlanaraq yenilənir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin Proqram bazasında **********00494 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı evdə elektrik enerjisindən MP-106E tipli №P**********4 zavod nömrəli elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Bərdə EŞ-nin əməkdaşları N.Muxtarov, S.Ağayev və S.Bayramov tərəfindən Bərdə rayonunun, Xanərəb kəndində yaşayan istehlakçılar tərəfindən elektrik enerjisindən istifadə qaydalarının riayət edilməsi vəziyyəti yoxlanılarkən Cavabdeh da yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı cavbdeh tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar “EEİQ”nın 8.17-1-ci bəndinin tələblərinə əsasən Akt R №373301 saylı akt tərtib edilmişdir. Aktın tərtibatında Cavabdeh iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə əməkdaşlar tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. Cavabdeh barəsində tərtib edilmiş akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə hesablama aparılaraq elektrik enerjisindən qanunsuz istifadə nəticəsində dəyəri 1471,46 manat təşkil edən 11642 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=7.7 kvt W x 7.7 kvt x 90 g x 24saat x 0.7 = 11642 kvts 600 kvts x 0.08 = 48 man 300 kvts x 0.009 = 1007 10742 kvts x 0.13 = 1396,46 Cəmi = 1471,46 Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Azərbaycan Respublikasının “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh Fərux oğlu barəsində toplanmış materiallar AR-nın İXM-nin 282-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X2 Agentliyinin Mingəçevir filialına göndərilmişdir. X2 Agentliyinin Mingəçevir filialının əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına yerində baxış keçirilərək barəsində İnzibati xəta haqqında MN №0359288 saylı Protokol tərtib edilmişdir. Protokolda cavabdeh tərəfindən enerji pozuntusuna yol verilməsi faktı öz təsdiqini tapmışdır. Protokol əməkdaşlar tərəfindən imzalanmışdır. Cavabdeh Protokola imza etməkdən imtina etmişdir. Onun imza etməkdən imtina etməsi barədə Protokolda müvafiq qeydiyyat aparılmışdır. X2 Agentliyinin Mingəçevir filialının rəisi X4 xx.xx.2025-ci il tarixli MN №1277308 saylı qərarı ilə Cavabdeh yaşadığı evdə elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə barəsində AR-nın İXMnin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Bərdə EŞ-nin nəzarətçi mühəndisi tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyəri və ödənilməli olan qalıq borc məbləği göstərilən bildiriş-xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borclu olduğu 1470,20 manat məbləğini ödəməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC –nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verdi. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia ərizəsini qəbul edir. Lakin bildirir ki, həmin sayğacdakı kənar xətti həmin fakt aşkar olunandan 2 gün əvvəl qoşmuşdur, 2 günə 1400 manat qaz pulu hesablana bilməz. Məbləğə münasibətdə iddia tələbinə etiraz edir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* saylı alqısatqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. xx.xx.2024-ci il tarixli R №373301 saylı Aktdan və xx.xx.2025-ci il tarixli №373301 saylı İcra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə EŞ-nin əməkdaşları tərəfindən Bərdə rayon, Xanərəb kəndində yaşayan istehlakçılar tərəfindən elektrik enerjisindən istifadə qaydalarının riayət edilməsi vəziyyəti yoxlanılarkən Cavabdeh da yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı cavabdeh tərəfindən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aktın tərtibatında Cavabdeh iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də əaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 1471.46 manat təşkil edən qanunsuz istifadə nəticəsində itirilmiş 11642 kvt saat miqdarında elektrik enerjisi bərpa edilmişdir. İnzibati xəta haqqında MN №0359288 nömrəli xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Cavabdeh tərəfindən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə elektrik sayğacından kənar elektrik xətti vasitəsi ilə elektik şəbəkəsinə qanunsuz qoşulmaqla elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İnzibati tənbeh vermə haqqında MN №1277308 nömrəli xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********00494 olan abonent Cavabdeh 1470.20 manat borcu vardır. xx.xx.2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 35.12 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Abonent Cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq kənar xətdən istifadə etmişdir. Hazırda abonent kodu **********00494 olan abonent Cavabdeh elektrik enerjisinə görə görə borcu 1470.20 təşkil təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır Həmin «Qaydaları»n 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə akti imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Şərh olunan qanunvericiliyin tələbindən göründüyü kimi, Qaydaların 8.17-1-ci bəndində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikde enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş pozuntular texniki vasitəler (foto və ya videoçəkiliş aparılmaqla) vasitəsi ilə qeydə alınmalıdır. Bu hal aşkar olunmuş qüsurların sübutetmə vasitəsi kimi nəzərdə tutulmuşdur. Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 9.8.2. enerjitəchizatı müəssisəsinin və ya «Dövlət Enerjinəzarət» İdarəsinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməyə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitechizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Belə olan halda hesablamanın aparılması üçün önəmli olan hal qaydaların 10.18.9-1ci bəndinə əsasən elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixinin müəyyən edilməsidir. Belə ki, talanmanın qarşısının aqlınması məqsədi ilə aparılmış baxış nəticəsində kənar qoşulmanın olub-olmaması araşdırmanın predmetini təşkil edərək sonrakı dövr üçün kənar qoşulmanın vaxtını müəyyən etməyə imkan verir. Hazırki işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, abonentin elektrik təsərrüfatına elektrik enerjisinin talanmasının qarşısının alınması məqsədi ilə ümumiyyətlə baxış keçirilməmişdir. Belə olan halda kənar qoşulmanın vaxtını müəyyən etmək mümkün deyildir ki, cavabdeh Elektrik enerjisinden İstifadə Qaydalarının tələblərinə əsasən düzgün olaraq hesablamani 90 gün müddətinə aparmışdır. Bu isə qaydalarını tələblərinə əsasən qanuni və əsaslıdır. İddiaçı elektrik şəbəkəsinə qanunsuz qoşulmanın 2 gün öncə baş verdiyini iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclular icranı gecikdirməklə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqıstqı müqaviləsinə dair cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 35 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 35 mаnаt məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1470.20 (min dörd yüz yetmiş manat iyirmi qəpik) manat borc tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 35.0 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-2123/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2123/2025
19.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver