Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2267/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehn qarşı “Lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə 15 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 24 iyul 2021-ci il tarixli MAS-5047 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 may 2024-cü il tarixə 1095,46 manat gecikdirilmiş əsasə, 560,94 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 209.19 manat dəbbə pulu, cəmi 1865,59 manat borc və ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə vərərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı MMC-nın Cavabdehn qarşı “Lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı MMC tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumu ona geri qaytarılsın.
3. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Ziya Abdullayev