Məhkəmə qərarları › İş №e-2(021)-2301/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2301/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2301/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 02646821 saylı müqaviləyə əsasən 344.68 manat ödənilməmiş hissə, 34.47 manat cərimə, xx.xx.2024-cü il tarixli 04096239 saylı müqaviləyə əsasən 113.68 manat ödənilməmiş hissə, 11.37 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Paltaryuyan Hoffmann, Xiaomi Redmı 13c Markalı Telefon, Paket L Xidməti almış və nəticədə 504.20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660.06 manat (18 ay x 36.67 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Hoffmann üçün ümumilikdə 379.15 manat olmaqla ondan, 344.68 manat ödənilməmiş hissə, güzəşt olunaraq 34.47 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 402 manat (12 ay x 33.5 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Redmı 13c markalı Telefon, Paket L Xidməti üçün ümumilikdə, 125.05 manat olmaqla ondan, 113.68 manat ödənilməmiş hissə, güzəşt olunaraq 11.37 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 603.7 manat təşkil edir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02646821 saylı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660.06 manat olmaqla, 18 ay müddətinə hər ay 36.67 manat ödəniş ödənilməsi şərti ilə Hoffmann markalı Paltaryuyan almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04096239 saylı müqaviləyə əsasən cavabdeh dəyəri 402 manat olmaqla, 12 ay müddətinə hər ay 33.5 manat ödəniş ödənilməsi şərti ilə Xiaomi Redmı 13c Markalı Telefon, Paket L Xidməti almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 02646821 saylı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1660.06 manat olmaqla, 18 ay müddətinə hər ay 36.67 manat ödəniş ödənilməsi şərti ilə Hoffmann markalı Paltaryuyan almış, əsas borcdan 315.38 manat ödəniş etmiş, nəticədə müqavilə üzrə 344.68 manat ödənilməmiş hissə, 34.47 manat cərimə borcu yaranmış, xx.xx.2024-cü il tarixli 04096239 saylı müqaviləyə əsasən cavabdeh dəyəri 402 manat olmaqla, 12 ay müddətinə hər ay 33.5 manat ödəniş ödənilməsi şərti ilə Xiaomi Redmı 13c Markalı Telefon, Paket L Xidməti almış, əsas borcdan 288.32 manat ödəniş etmiş, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə müqavilə üzrə 113.68 manat ödənilməmiş hissə, 11.37 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə iki müqavilə bağlanmış, xx.xx.2024-cü il tarixli 02646821 saylı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660.06 manat olmaqla, 18 ay müddətinə hər ay 36.67 manat ödəniş ödənilməsi şərti ilə Hoffmann markalı Paltaryuyan almış, xx.xx.2024-cü il tarixli 04096239 saylı müqaviləyə əsasən cavabdeh dəyəri 402 manat olmaqla, 12 ay müddətinə hər ay 33.5 manat ödəniş ödənilməsi şərti ilə Xiaomi Redmı 13c Markalı Telefon, Paket L Xidməti almış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 344.68 manat ödənilməmiş hissə, 34.47 manat cərimə, cəmi 379.15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 113.68 manat ödənilməmiş hissə, 11.37 manat cərimə, cəmi 125.05 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02646821 saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 02646821 müqavilə üzrə 344.68 manat ödənilməmiş hissə, 34.47 manat cərimə, cəmi 379.15 (üç yüz yetmiş doqquz manat 15 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 04096239 saylı müqaviləsi üzrə 113.68 manat ödənilməmiş hissə, 11.37 manat cərimə borcu olmaqla, cəmi 125.05 (bir yüz iyirmi beş manat 05 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar