Məhkəmə qərarları › İş №e-2(021)-2351/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2351/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2351/2025 30.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, X1qlıq üçün 38.18 manat ödənilməmiş hissə, 3.82 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Qəhvəbişirən Delonghi, Zəmanət + 1 il xidməti üçün 254.04 manat ödənilməmiş hissə, 25.4 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Samsung üçün 53.88 manat ödənilməmiş hissə, 5.39 manat cərimə; xx.xx.2023 il tarixli müqaviləyə əsasən, İmei kod **********12951 Oppo A18 markalı telefon üçün 46.08 manat ödənilməmiş hissə, 4.61 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Apple Adapter üçün 16.13 manat ödənilməmiş hissə, 1.61 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********46715 Oppo A18 markalı telefon üçün 84.74 manat ödənilməmiş hissə, 8.47 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 3 ədəd X2 Fancy Poplın üçün 245.08 manat ödənilməmiş hissə, 24.51 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, X5 2nd Gen qulaqlıq üçün 252.2 manat ödənilməmiş hissə, 25.22 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********18284 Samsung Galaxy A55 markalı telefon üçün 794.34 manat ödənilməmiş hissə, 79.43 manat cərimə; ümumilikdə 1963.14 manat borc, 39.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023ci il, xx.xx.2023 il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, X1qlıq, Qəhvəbişirən Delonghi, Zəmanət + 1 il xidməti, Tozsoran Samsung, İmei kod **********12951 OPPO A18 markalı telefon, Apple Adapter, İmei kod **********46715 OPPO A18 markalı telefon, 3 ədəd X2 Fancy Poplın, X5 2nd Gen qulaqlıq, İmei kod **********18284 Samsung Galaxy A55 markalı telefon almış və nəticədə 1963.14 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 253.4 manat (12 ay x 19.2 manat + 23 manat ilkin ödəniş) olan X1qlıq üçün 42.00 manat olmaqla ondan, 38.18 manat ödənilməmiş hissə, 3.82 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 572.76 manat (18 ay x 31.82 manat + 0 manat ilkin ödəniş) olan Qəhvəbişirən Delonghi, Zəmanət + 1 il xidməti üçün 279.44 manat olmaqla ondan 254.04 manat ödənilməmiş hissə, 25.40 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Samsung üçün 59.27 manat olmaqla ondan 53.88 manat ödənilməmiş hissə, 5.39 manat cərimə pulu; xx.xx.2023 il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 321 manat (12 ay x 24.25 manat + 30 manat ilkin ödəniş) olan İmei kod **********12951 Oppo A18 markalı telefon üçün 50.69 manat olmaqla ondan 46.08 manat ödənilməmiş hissə, 4.61 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 52.48 manat (6 ay x 8.33 manat + 2.5 manat ilkin ödəniş) olan Apple Adapter üçün 17.74 manat olmaqla ondan 16.13 manat ödənilməmiş hissə, 1.61 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 275.62 manat (6 ay x 43.27 manat + 16 manat ilkin ödəniş) olan İmei kod **********46715 Oppo A18 markalı telefon üçün 93.21 manat olmaqla ondan 84.74 manat ödənilməmiş hissə, 8.47 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 434.56 manat (6 ay x 68.26 manat + 25 manat ilkin ödəniş) olan 3 ədəd X2 Fancy Poplın üçün 269.59 manat olmaqla ondan 245.08 manat ödənilməmiş hissə, 24.51 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 657.2 manat (6 ay x 63.2 manat + 278 manat ilkin ödəniş) olan X5 2nd Gen qulaqlıq üçün 277.42 manat olmaqla ondan 252.2 manat ödənilməmiş hissə, 25.22 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1001 manat (12 ay x 79.5 manat + 47 manat ilkin ödəniş) olan İmei kod **********18284 Samsung Galaxy A55 markalı telefon üçün 873.77 manat olmaqla ondan 794.34 manat ödənilməmiş hissə, 79.43 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1368.87 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2023 il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli 11228345 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 1001 manat dəyərində mal ilkin ödəniş olaraq 47 manat ödənilməklə 12 ay müddətinə hissə-hissə hər ay 79.5 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 03115929 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 572.8 manat dəyərində mal ilkin ödəniş edilmədən 18 ay müddətinə hissə-hissə hər ay 31.82 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli ********* nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 657.19 manat dəyərində mal ilkin ödəniş olaraq 278 manat ödənilməklə 6 ay müddətinə hissə-hissə hər ay 63.2 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 03677373 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 434.57 manat dəyərində mal ilkin ödəniş olaraq 25 manat ödənilməklə 6 ay müddətinə hissə-hissə hər ay 68.26 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 17771381 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 275.59 manat dəyərində mal ilkin ödəniş olaraq 16 manat ödənilməklə 6 ay müddətinə hissə-hissə hər ay 43.27 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 02106302 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 180 manat dəyərində mal ilkin ödəniş edilmədən 18 ay müddətinə hissə-hissə hər ay 10 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 14895801 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 321 manat dəyərində mal ilkin ödəniş olaraq 30 manat ödənilməklə 12 ay müddətinə hissə-hissə hər ay 24.25 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2023-cü il tarixli 02025869 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 253.4 manat dəyərində mal ilkin ödəniş olaraq 23 manat ödənilməklə 12 ay müddətinə hissə-hissə hər ay 19.2 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 03767942 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 52.49 manat dəyərində mal ilkin ödəniş olaraq 2.5 manat ödənilməklə 6 ay müddətinə hissə-hissə hər ay 8.33 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 38.18 manat ödənilməmiş hissə, 3.82 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 254.04 manat ödənilməmiş hissə, 25.4 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 53.88 manat ödənilməmiş hissə, 5.39 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 46.08 manat ödənilməmiş hissə, 4.61 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16.13 manat ödənilməmiş hissə, 1.61 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 84.74 manat ödənilməmiş hissə, 8.47 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 245.08 manat ödənilməmiş hissə, 24.51 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 252.2 manat ödənilməmiş hissə, 25.22 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 794.34 manat ödənilməmiş hissə, 79.43 manat cərimə, doqquz müqavilə üzrə ümumilikdə 1963.14 manat borcu vardır. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39.64 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 11228345 nömrəli, xx.xx.2023-cü il tarixli 03115929 nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 03677373 nömrəli, xx.xx.2024-cü il tarixli 17771381 nömrəli, xx.xx.2023-cü il tarixli 02106302 nömrəli, xx.xx.2023-cü il tarixli 14895801 nömrəli, xx.xx.2023-cü il tarixli 02025869 nömrəli, xx.xx.2024-cü il tarixli 03767942 nömrəli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 02025869 nömrəli müqavilə üzrə 38.18 manat ödənilməmiş hissə, 1.9 manat cərimə; xx.xx.2023-cü il tarixli 03115929 nömrəli müqavilə üzrə 254.04 manat ödənilməmiş hissə, 12.7 manat cərimə; xx.xx.2023-cü il tarixli 02106302 nömrəli müqavilə üzrə 53.88 manat ödənilməmiş hissə, 2.69 manat cərimə; xx.xx.2023-cü il tarixli 14895801 nömrəli müqavilə üzrə 46.08 manat ödənilməmiş hissə, 2.3 manat cərimə; xx.xx.2024-cü il tarixli 03767942 nömrəli müqavilə üzrə 16.13 manat ödənilməmiş hissə, 0.8 manat cərimə; xx.xx.2024-cü il tarixli 17771381 nömrəli müqavilə üzrə 84.74 manat ödənilməmiş hissə, 4.23 manat cərimə; xx.xx.2024-cü il tarixli 03677373 nömrəli müqavilə üzrə 245.08 manat ödənilməmiş hissə, 12.25 manat cərimə; xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 252.2 manat ödənilməmiş hissə, 12.61 manat cərimə; xx.xx.2024-cü il tarixli 11228345 nömrəli müqavilə üzrə 794.34 manat ödənilməmiş hissə, 39.71 manat cərimə, ümumilikdə 1873.86 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 38.73 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 0.91 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 02025869 nömrəli müqavilə üzrə 38.18 manat ödənilməmiş hissə, 1.9 manat cərimə; xx.xx.2023-cü il tarixli 03115929 nömrəli müqavilə üzrə 254.04 manat ödənilməmiş hissə, 12.7 manat cərimə; xx.xx.2023-cü il tarixli 02106302 nömrəli müqavilə üzrə 53.88 manat ödənilməmiş hissə, 2.69 manat cərimə; xx.xx.2023-cü il tarixli 14895801 nömrəli müqavilə üzrə 46.08 manat ödənilməmiş hissə, 2.3 manat cərimə; xx.xx.2024-cü il tarixli 03767942 nömrəli müqavilə üzrə 16.13 manat ödənilməmiş hissə, 0.8 manat cərimə; xx.xx.2024-cü il tarixli 17771381 nömrəli müqavilə üzrə 84.74 manat ödənilməmiş hissə, 4.23 manat cərimə; xx.xx.2024-cü il tarixli 03677373 nömrəli müqavilə üzrə 245.08 manat ödənilməmiş hissə, 12.25 manat cərimə; xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 252.2 manat ödənilməmiş hissə, 12.61 manat cərimə; xx.xx.2024-cü il tarixli 11228345 nömrəli müqavilə üzrə 794.34 manat ödənilməmiş hissə, 39.71 manat cərimə; ümumilikdə 1873.86 (min səkkiz yüz yetmiş üç manat səksən altı qəpik) manat borc məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 38.73 (otuz səkkiz manat yetmiş üç qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 0.91 (doxsan bir qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar