Məhkəmə qərarları › İş №e-2(021)-2392/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2392/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2392/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti üçün 84.13 manat ödənilməmiş hissə, 8.41 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ POCO X4 markalı telefon, ZƏMANƏT + 1 il xidməti üçün 180.66 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 18.07 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ POCO F5 markalı telefon üçün, 751.26 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.13 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN 43C4000 TV, QİZİL ZƏMANƏT ULTRA1 il xidməti üçün 629.35 manat ödənilməmiş hissə, 62.94 manat cərimə və 30.96 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, X2 11 markalı telefon, Paket Xl Xidməti, X13 İl Xidməti, Xıaomı Poco X4 markalı telefon, ZƏMANƏT + 1 il xidməti, Xıaomı Poco F5 markalı telefon, Hoffmann 43c4000 Tv, X1 1 il xidmati almış və nəticədə 1857.14 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 777.06 manat (18 ay x 43.17 manat + 0 manat ilkin ödəniş) olan X2 11 markalı telefon, PAKET XL xidməti, X1 3 il xidməti üçün ümumilikdə, 92.54 manat olmaqla ondan, 84.13 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.41 manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1083.96 manat (18 ay x 60.22 manat + 0 manat ilkin ödəniş) olan Xıaomı Poco X4 markalı telefon, ZƏMANƏT + 1 il xidməti üçün ümumilikdə, 222.33 manat olmaqla ondan, 180.66 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 18.07 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1229.94 manat (18 ay x 68.33 manat + 0 manat ilkin ödəniş) olan Xıaomı Poco F5 markalı telefon üçün ümumilikdə, 849.99 manat olmaqla ondan, 751.26 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 75.13 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 632.35 manat (18 ay x 34.99 manat + 2.53 manat ilkin ödəniş) olan Hoffmann 43c4000 Tv, X11 il xidməti üçün ümumilikdə, 692.29 manat olmaqla ondan, 629.35 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.94 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2077.91 manat təşkil edir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilədən görünür ki, 777.06 manat məbləğində XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti almış, 18 ay müddətinə hissə-hissə hər ay 43.17 manat ödənilməsi şərti ilə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilədən görünür ki, 1083.96 manat məbləğində XİAOMİ POCO X4 markalı telefon, ZƏMANƏT + 1 il xidməti almış, 18 ay müddətinə hissə-hissə hər ay 60.22 manat ödənilməsi şərti ilə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, 1229.94 manat məbləğində XİAOMİ POCO X4 markalı telefon, ZƏMANƏT + 1 il xidməti almış, 18 ay müddətinə hissə-hissə hər ay 68.33 manat ödənilməsi şərti ilə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, 632.35 manat məbləğində HOFFMANN 43C4000 TV, QİZİL ZƏMANƏT ULTRA1 il xidməti almış, 18 ay müddətinə hissə-hissə hər ay 34.99 manat ödənilməsi şərti ilə Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 84.13 manat ödənilməmiş hissə, 8.41 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 180.66 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 18.07 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 751.26 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 75.13 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 629.35 manat ödənilməmiş hissə, 62.94 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı «ABC TELECOM MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 12 manat məbləğində cərimənin tutulması ədalətlidir. İnnovativ Layihələr mərkəzinə ödənilmiş 23.6 manat məbləğində ödəniş hissəsində isə məhkəmə qeyd edir ki, bu halın cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi nəticəsində onun üzərinə qoyulması qanunvericiliklə müəyyən olunmadığından təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 84.13 manat ödənilməmiş hissə, 3 manat cərimə cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 180.66 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 751.26 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2024-cü il tarixli 629.35 manat ödənilməmiş hissə, 12 manat cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 –Cİ maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 84.13 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla, cəmi 87.13 (səksən yeddi manat 13 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 180.66 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 185.66 (bir yüz səksən beş manat 66 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 751.26 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 766.26 (yeddi yüz altmış altı manat 26 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 629.35 manat ödənilməmiş hissə, 12 manat cərimə, cəmi 641.35 (altı yüz qırx bir manat 35 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar