Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2518/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondunun Cavabdeh qarşı “borcun və lizinq obyektinin qaytarılması” tələbinə dair mülki işə 05 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 03 noyabr 2017-ci il tarixli 03112017/271495 nömrəli X5 Müqaviləsi üzrə banka ödənilməmiş, cəmi 1.648,82 (bir min altı yüz qırx səkkiz manat 82 qəpik) manat məblğində borcun-bundan 1.330,40 (bir min üç yüz otuz manat 40 qəpik) manat əsas borcun və 318,42 (üç yüz on səkkiz manat 42 qəpik) manat müqavilə müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcunun, iş üzrə ödənilmiş 36.49 (otuz altı manat 49 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi: **********85-10301, qeydiyyat tarixi: xx.xx.2016) tam mülkiyyət hüququ üzrə lizinq verənə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə (bundan sonra Lizinq verən) X3 (bundan sonra ing alan) arasında 03 noyabr 2017-ci il tarixli 03112017/271495 nömrəli X5 Müqaviləsi (bundan sonra Lizing mugavas) bağlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2016-cı il tarixli RX sal ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi: **********85-10301, qeydiyyat tarixi: xx.xx.2016) tam mülkiyyət hüququ üzrə lizinq verənə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1962 km-dan ibarət olan fərdi yaşayış evi (bundan sonra Lizinq obyekti) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq obyektindən istifadə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və darbu Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin ödəniş cədvəlində (2 saylı əlavə) müəyyən edilmişdir. Lizinq müqavilənin 4.3-cü bəndinə və lizinq ödənişlərinin ödəniş cədvəlinə əsasən bu müqavilə üzrə lizinq məbləği 9.500 (doqquz min beş yüz) manat manat təşkil edir. Ödəniş cədvəlinə əsasən lizinq obyekti lizinq alana 23 (iyirmi üç) ay müddətinə və illik 20 (iyirmi) faiz lizinq ödənişi ödəmək şərti ilə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 13.1.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq verənə hər geçikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişlərinin iki qat məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin ödəniş cədvəlinin şərtlərinə əsasən lizinq alan lizinq obyektindən istifadəyə görə əsas və faiz borcu üzrə lizinq xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixinə kimi hər ay 500,85 (beş yüz manat 85 qəpik) manat və xx.xx.2019-cu il d-yeni müqavilə müddətinin başa çatdığı tarixdə 500,01 (beş yüz manat 01 qəpik) manat məbləğində ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca icra etməmişdir. Lizing müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar lizinq verən tərəfindən lizinq alana dəfələrlə şifahi müraciət edimasine ve 5 sentyabr 2024-cü il tarixli 12-5/2-T-41-945/2024 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq lizinq alizing ödənişlərinin ödənilməsini təmin etməmiş və xx.xx.2022-ci il tarixdə isə banka 100 (yüz) manat məbləğində sonuncu ödənişini etdikdən sonra ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də X2 03 noyabr 2017-ci il tarixli 03112017/271495 nömrəli X5 Müqaviləsi üzrə 2 sentyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi borcu 1.648,82 (bir min altı yüz qırx səkkiz manat 82 qəpik) manat təşkil edir. Bundan 1.330,40 (bir min üç yüz otuz manat 40 qəpik) manatı əsas borc və 318,42 (üç yüz on səkkiz manat 42 k) manatı isə müqavilə müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışa əsasən məlum olmuşdur ki, lizinq alan Təhməzova Raya Şükür qızı vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "vərəsəlik işlərinin açılıb açılmamasına dair" elektron portalından əldə edilmiş malumatlardan məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar Bərdə Regional "ASAN xidmət" Mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmışdır. Həmin Notariat Ofisindən verilmiş məlumata görə xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair Notariat Ofisində vərəsəlik işi açılmış və oğlu Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Tərəflərin izahatı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Siğortalanması fondunun nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasını iştirakları olmadan keçirilib və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı 04647365 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1953-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2017-ci il tarixli 03112017/271495 saylı daxili Lizinq müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 kv.m-dən ibarət olan fərdi yaşayış evi kedit borcu bitənə qədər lizinq alanın mülkiyyətində qalır. Kredit borcu ödənilməzsə lizinq obyekti tam mülkiyyət hüququ ilə lizinq verəndə qalır. xx.xx.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdehxx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 500.85 manat kredit borcunu Amrahbank ASC-nin hesabına ödəməlidir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh mias əmlakdan 1/1 hissədə pay almalıdır. AZ-İ 975550 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli 1728 saylı arayışın surətindən görünür ki, X3 vəfat edənə kimi ünvan 3 ünvanında yaşayıb vəfatından sonra onunla birgə yaşayan oğlu Cavabdeh qalmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 36.49 manat və 0.40 manat komissiya haqqı ödəmişdir. 05 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə 1330.40 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 318.42 manat faiz borcu, cəmi 1648.82 manat borcu vardır. 21 iyul 2025-ci il tarixli 12-5/3-5122/2025 saylı etibarnamədən görünür ki, X4 İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 36,49 (otuz altı manat 49 qəpik) manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyindən həmin rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 1.330,40 (bir min üç yüz otuz manat 40 qəpik) manat məbləğində əsas borc və 318,42 (üç yüz on səkkiz manat 42 qəpik) manat müqavilə müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu, cəmi 1.648,82 (bir min altı yüz qırx səkkiz manat 82 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 36.49 (otuz altı manat 49 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi: **********85-10301, qeydiyyat tarixi: xx.xx.2016) tam mülkiyyət hüququ üzrə lizinq verənə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 kv.m-dən ibarət olan fərdi yaşayış evi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 1.330,40 (bir min üç yüz otuz manat 40 qəpik) manat məbləğində əsas borc və 318,42 (üç yüz on səkkiz manat 42 qəpik) manat müqavilə müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu, cəmi 1.648,82 (bir min altı yüz qırx səkkiz manat 82 qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 36.49 (otuz altı manat 49 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********85-10301, qeydiyyat tarixi: xx.xx.2016) tam mülkiyyət hüququ üzrə lizinq verənə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 kv.mdən ibarət olan fərdi yaşayış evi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev