Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2521/2025 10.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 68 (altmış səkkiz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu Heydər Əliyev prospektində şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PBA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mercedes Benz C180” markalı, **-CG-*** və “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP7079619 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C180” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 750 (yeddi yüz əlli) manat, “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 4050 (dörd min əlli) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA193391 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat, PXA193392 saylı sığorta aktı tərtib edilməklə isə 4050 (dörd min əlli) manat məbləğində zərərçəkənlərə sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.2003-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatdadır. PBA********** nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsindən görünür ki, “KİA Optima” markalı, ** CQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. PXA193391 nömrəli Sığorta aktından görünür ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PBA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində Abşeron rayonu Heydər Əliyev prospektində Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, “Mercedes Benz C180” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. “Mercedes Benz C180” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 (yeddi yüz əlli) manat ziyan dəymişdir. PXA193392 nömrəli Sığorta aktından görünür ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PBA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində Abşeron rayonu Heydər Əliyev prospektində Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, “Mercedes Benz C180” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4050 (dörd min əlli) manat ziyan dəymişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 03 aprel 2025-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4050 manat zərər dəymişdir. 03 aprel 2025-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4050 manat zərər dəymişdir. 09 aprel 2025-ci il tarixli 05/02-487 nömrəli məktubdan görünür ki, Cavabdeh 4800 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına 7 iş günü ərzində könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də ondan tutulacağı barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il taixli **********70 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu Heydər Əliyev prospektində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PBA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Optima” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mercedes Benz C180” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Jetta” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP7079619 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C180” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 750 (yeddi yüz əlli) manat, “Volkswagen Jetta” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 4050 (dörd min əlli) manat təşkil edir. İddiaçı "xxxx" ASC tərəfindən iş üzrə PXA193391 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat, PXA193392 saylı sığorta aktı tərtib edilməklə isə 4050 (dörd min əlli) manat məbləğində zərərçəkənlərə sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin 25 fevral 2025-ci il tarixdə idarə etdiyi “KİA Optima” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə “Mercedes Benz C180” markalı **- CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 750 manat və “Volkswagen Jetta” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4050 manat, hər iki avtomobilə cəmi 4800 manat məbləğində ziyan vurması, vurulmuş ziyanın iddiaçı tərəfindən faydalanan şəxslərə ödənilməsi məhkəmə iclasında mötəbər sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 68 (altmış səkkiz) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia qaldırılması üçün ödənilmiş 68 (altmış səkkiz) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və 68 (altmış səkkiz) manat dövlət rüsumu, cəmi 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-2521/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2521/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver