Məhkəmə qərarları › İş №e-2(021)-2529/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2529/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2529/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dаir iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 191,74 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 05/21-196 nömrəli müqaviləyə əsasən, Cavabdeh Bərdə rayon Qazaxlar kəndi ərazisində 1,60 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan aldığı 2558,36 manat məbləğində vəsaiti (iş və xidmət) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında – 121,60 manat dəyərində şum, 51 manat dəyərində mala, 22,40 manat dəyərində çiyid səpini, 123,20 manat dəyərində kultifasiya, 51 manat dəyərində kultivasiya gübrə, 119,60 manat dəyərində dərman səpini, 225 manat dəyərində pambığın maşınla yığımı, 1224 manat dəyərində pambığın becərilməsi, 426 manat dəyərində dərman, 194,56 manat dəyərində lifsiz çiyid, ümumilikdə 2558,36 manat avans verilmiş, işlər görülmüş və xidmət göstərilmişdir. Lakin Cavabdeh 2958,27 kq, 2366,62 manat məbləğində xam-pambıq təhvil vermiş, müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da tam olaraq Xam-pambıq təhvil verməmiş, iddiaçıya 191,74 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı ilə təsdiq edilir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC –nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 05/21-196 saylı “Xam-pambığn alqı-satqısına dair” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini (Alıcı) İddiaçı MMC-nin Bərdə filialı tərəfindən (Satıcı) “Fermer” Cavabdeh məxsus (və ya icarədə olan) Bərdə rayonu Qazaxlar kəndində yerləşən 1,60 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, (Satıcı) “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, (Alıcı) “Filiala” təhvil verilməsi və (Alıcı) “Filial” tərəfindən (Satıcı) “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. xx.xx.2021-ci il tarixli, 05/21-196 nömrəli “Xam-pambığn alqı-satqısına dair” müqaviləyə 1 saylı Əlavədə göstərilən xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, (Alıcı) İddiaçı MMC-nin Bərdə filialı ilə (Satıcı) “Fermer” Cavabdeh oğu arasında aqrotexniki xidmətlərin hər hektar üçün dəyəri üzrə qiymətlər razılaşdırılmaqla protokol imzalanmışdır. xx.xx.2023-cü il tarixli İş və Xidmətlərin yerinə yetirilməsi Aktının surətindən görünür ki, Cavabdeh (Fermerə) yekun xərc 2558,36 manat, Fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya məbləği 2366,62 manat təşkil etmiş, Cavabdeh İddiaçı MMC-yə 191,74 manat borclu qalmışdır. İddiaçı MMC-nin Bərdə filialının direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsinə pambıq yığımı həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,70 ha torpaq sahəsində dərmanlama işi aprılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində dərmanlama işi aprılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,70 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Dərmanlama işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,70 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Dərmanlama işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Kultifasiya və gübrə işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 3 ha torpaq sahəsində Dərmanlama işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində Kultifasiya işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,60 ha torpaq sahəsində səpin işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 3 ha torpaq sahəsində mala işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,70 ha torpaq sahəsində Pambıq şumu işi aparılmışdır. xx.xx.2022-ci il tarixli aktında görünür ki, Cavabdeh oğunun Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1,50 ha torpaq sahəsində əkin işi aparılmışdır. İddiaçı MMC VÖEN **********, X3 Təhvil-Qəbul xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğu arasında imzalanmış 68 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 78 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 21 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 20 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 160 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 38 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 194,56 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 20 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 21 manat dəyərində ödəmələr aparılmışdır. AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1950-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qazaxlar kəndində yaşayır. xx.xx.2023-cü il tarixli, 001/302 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc barədə xəbərdar olunmuş, borcun ödənməyəci təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı MMC-nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 05/21-196 alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Bərdə rayonu, Qazaxlar kəndi ərazisində 1,60 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhtəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtlərinə əsasən Cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verdiyi xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etmədiyindən İddiaçı MMC yaranmış 191,74 manat borcun cavabdehdən alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, borclu üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Bundan başqa iş və xidmətlərin yerinə yetirilməsi Aktına əsasən Cavabdeh oğu İddiaçı MMC-nin Bərdə filialından ümumilikdə 2558,62 manat məbləğində avans almış, 2366,62 manat dəyərində xam - mal qaytarmış, 191,74 manat borclu qalmışdır. Cavabdeh oğu həmin akta imza etməklə borclu qalmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin 191,74 manat məbləğində borclu qalması malların təhvil-təslim aktı və digər sənədlərlə təsdiq edilir. Belə ki, iddiaçı bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək xam pambığın əkib-becərilməsi üçün zəruri olan malı borcluya vermiş, borclu isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq xam pambığı verməli olduğu halda bunu etməmişdir. Cavabdeh müqavilə üzrə yaranmış borc barədə xəbərdar olunmuş, borcun ödənməyəci təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Lakin o, borcunu ödəməkdən yayınmışdır. Buna görə də, cavabdehdən 191,74 (yüz doxsan bir manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiаçı İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia verilməsi üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 191,74 (bir yüz doxsan bir manat yetmiş dörd qəpik) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar