Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2690/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı «P-Aqro” MMC-nin Cavabdeh qarşı “Borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı «P-Aqro” MMC-i məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçının” xeyrinə 5625.66 manat məbləğində borcun, 562.65 manat cərimənin, 81,89 manat məbləğində dövlət rüsumunun, cəmi 6270,11 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya tələbi ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı «P-Aqro” MMC-nin Cavabdeh qarşı “Borc” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı «P-Aqro” MMC-nin Cavabdeh qarşı “Borc” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. «P-Aqro” MMC-nin Cavabdeh qarşı “Borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim : Ziya Abdullayev