Məhkəmə qərarları › İş №e-2(021)-2714/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2714/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2714/2025 16.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı cavabdeh X3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh X3 qarşı kiçik mübahsilər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı, xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı və xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı borc müqavilələri üzrə cəmi 3186 manat əsas borcun və ödənilmiş 52 manat dövlət rüsumunun, cəmi 3238 manat pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 1357 manat dəyərində “Məişət avadanlığı” satılmışdır. Həmçinin, İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 1310 manat dəyərində “Məişət avadanlığı” satılmışdır. Həmçinin, İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 1030 manat dəyərində “Məişət avadanlığı” satılmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 1344 manat dəyərində “Məişət avadanlığı” satılmışdır. Cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı müqavilələr üzrə borc məbləğindən qismən ödəmiş, lakin müqavilələrin şərtlərinə əməl etməyərək öhdəlikləri pozmuşdur. Hazırda cavabdehin iki müqavilə üzrə cəmi 3186 manat ödənilməmiş əsas borcu qalmışdır. Bundan başqa iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 52 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızına iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı iddia tələbinə etirazının olubolmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş: İddiaçı MMC ilə Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı Borc müqaviləsinə əsasən satıcı İddiaçı MMC özünə məxsus olan 1357 manat dəyərində məişət avadanlığını müqavilədə göstərilən şərtlərlə alıcı Qurbanova (İsazadə) Mükafat İdris qızına verir, müştəri isə malı qəbul edib, 7 manat ilkin ödəmiş, qalan 1350 manat pulu 15 ay müddətinə 90 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı Təhvil-təslim aktının surətindən görünür ki, Qurbanova (İsazadə) Mükafat İdris qızı İddiaçı MMC -dən 1 ədəd “NB ASUS E510MA- EJ641” və “PR Pantum P2500W” məişət avadanlığını qəbul etmişdir. İddiaçı MMC ilə Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı Borc müqaviləsinə əsasən satıcı İddiaçı MMC özünə məxsus olan 1310 manat dəyərində məişət avadanlığını müqavilədə göstərilən şərtlərlə alıcı Qurbanova (İsazadə) Mükafat İdris qızına verir, müştəri isə malı qəbul edib, 134 manat ilkin ödəmiş, qalan 1176 manat pulu 12 ay müddətinə 98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı Təhvil-təslim aktının surətindən görünür ki, Qurbanova (İsazadə) Mükafat İdris qızı İddiaçı MMC -dən 1 ədəd “Apple Watch 8 41mm X6” məişət avadanlığını qəbul etmişdir. İddiaçı MMC ilə Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı Borc müqaviləsinə əsasən satıcı İddiaçı MMC özünə məxsus olan 1030 manat dəyərində məişət avadanlığını müqavilədə göstərilən şərtlərlə alıcı Qurbanova (İsazadə) Mükafat İdris qızına verir, müştəri isə malı qəbul edib, 58 manat ilkin ödəmiş, qalan 972 manat pulu 12 ay müddətinə 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı Təhvil-təslim aktının surətindən görünür ki, Qurbanova (İsazadə) Mükafat İdris qızı İddiaçı MMC -dən 1 ədəd “TV LED Riffel 50UD 7600” məişət avadanlığını qəbul etmişdir. İddiaçı MMC ilə Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı Borc müqaviləsinə əsasən satıcı İddiaçı MMC özünə məxsus olan 1428 manat dəyərində məişət avadanlığını müqavilədə göstərilən şərtlərlə alıcı Qurbanova (İsazadə) Mükafat İdris qızına verir, müştəri isə malı qəbul edib, 0 manat ilkin ödəmiş, qalan 1428 manat pulu 12 ay müddətinə 119 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı Təhvil-təslim aktının surətindən görünür ki, Qurbanova (İsazadə) Mükafat İdris qızı İddiaçı MMC -dən 1 ədəd “MAA20 MA WATCH APPLE 8 45 MM MİDNİGHT / MİD.SPORT BAND” markalı mobil telefonu qəbul etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin müştərisi olan Qurbanova (İsazadə) Mükafat İdris qızının xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı müqavilə üzrə 740 manat ödənilməmiş əsas (qalıq) borcu, xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı müqavilə üzrə 1310 manat ödənilməmiş əsas (qalıq) borcu, xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı müqavilə üzrə 1030 manat ödənilməmiş əsas (qalıq) borcu və xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı müqavilə üzrə 1344 manat ödənilməmiş əsas (qalıq) borcu vardır. xx.xx.2025-ci il tarixli Pretenziyanın (Bildirişin) surətindən görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 52 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AA******* seriya nömrəli (köhnə) şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2002-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu Ərazi Dairəsinin Cumalar kəndində qeydiyyatdadır və yaşayır. AA6053605 seriya nömrəli (yeni) şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2002-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu Ərazi Dairəsinin Cumalar kəndində qeydiyyatdadır və yaşayır. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2022-ci il tarixli, KSK6531725 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 7 manat ilkin ödənişlə satış qiyməti 1357 manat olan məişət avadanlığı satılmışdır. Həmçinin İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2023-cü il tarixli, KSK6532413 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 134 manat ilkin ödənişlə satış qiyməti 1310 manat olan məişət avadanlığı satılmışdır. Həmçinin İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2023-cü il tarixli, KSK6532404 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 58 manat ilkin ödənişlə satış qiyməti 1030 manat olan məişət avadanlığı satılmışdır. Həmçinin İddiaçı MMC ilə cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı arasında xx.xx.2022-ci il tarixli, KSK6531871 saylı borc müqaviləsi bağlanmış və Qurbanova (İsazadə) Mükafat İdris qızına 0 manat ilkin ödənişlə satış qiyməti 1428 manat olan məişət avadanlığı satılmışdır. Cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızı müqavilələr üzrə borc məbləğindən qismən ödəmiş, lakin cаvаbdeh bоrclu оlduğu pulu İddiaçı MMC-yə ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı MMC cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızından iki müqavilə üzrə 3186 manat ödənilməmiş əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin, cəmi 3238 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, cranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normalarına əsasən X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bundan başqa qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, dövlət rüsumunun ödənilməsi zamanı ödənilmiş 0,40 manat xidmət haqqı tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qurbanova (İsazadə) Mükafat İdris qızından 3186 manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu, cəmi 3238 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 3186 manat əsas borc və ödənilmiş 52 manat dövlət rüsumu, cəmi 3238 (üç min iki yüz otuz səkkiz) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 0,40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada tərəflərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar