Məhkəmə qərarları › İş №e-2(021)-2747/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2747/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2747/2024 23.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********76726 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 587.61 (beş yüz səksən yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 58.39 (əlli səkkiz manat otuz doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləyə əasən, İmei kod **********51985 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 311.13 (üç yüz on bir manat on üç qəpik) manat ödənilməmiş hissə, 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 43.11 (qırx üç manat on bir qəpik) manat ödənilməmiş hissə, 4.89 (dörd manat səksən doqquz qəpik) manat cərimə , cəmi 1037 manat borc, 30.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmıxx.xx.2023-ci il, xx.xx.2022-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********76726 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********51985 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, AİWA qulaqlıq üçün 1037 (min otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 757.04 (yeddi yüz əlli yeddi manat dörd qəpik) manat (18 ay x 39.28 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********76726 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 646 (altı yüz qırx altı) manat olmaqla ondan, 587.61 (beş yüz səksən yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.39 (əlli səkkiz manat otuz doqquz qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əasən, alqı-satqı qiyməti 753.98 (yeddi yüz əlli üç manat doxsan səkkiz qəpik) manat (18 ay x 39.11 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********51985 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 343 (üç yüz qırx üç) manat olmaqla ondan, 311.13 (üç yüz on bir manat on üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 95.94 (doxsan beş manat doxsan dörd qəpik) manat (18 ay x 4.83 manat + 9 manat ilkin ödəniş) olan AİWA qulaqlıq üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan, 43.11 (qırx üç manat on bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.89 (dörd manat səksən doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin ilkin ödəniş məbləğ 109 manat təşkil edir Cavabdehin cəmi ödədiyi məbləğ 665.11 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024- cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 39.28 manat ödəniş ödənilməsi şərti ilə İmei kod **********76726 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış, nəticədə müqavilə üzrə 587.61 manat ödənilməmiş hissə, 58.39 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 39.11 manat ödəniş ödənilməsi şərti ilə İmei kod **********51985 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış, nəticədə müqavilə üzrə 311.13 manat ödənilməmiş hissə, 31.87 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 4.83 manat ödəniş ödənilməsi şərti ilə AİWA markalı telefon almış, nəticədə 43.11 manat ödənilməmiş hissə, 4.89 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Müqavilə üzrə bütün şərtləri tam yerinə yetirənə əşya "xxxx" MMC-nin əmlakı hesab olunur.Həmin Müqavilələr üzrə bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə əşya üzərində sahiblik hüququ müştəriyə keçir. Mülki işə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Müqavilə üzrə bütün şərtləri tam yerinə yetirənə əşya "xxxx" MMC-nin əmlakı hesab olunur.Həmin Müqavilələr üzrə bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə əşya üzərində sahiblik hüququ müştəriyə keçir. Mülki işə əlavə edilmiş xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Müqavilə üzrə bütün şərtləri tam yerinə yetirənə əşya "xxxx" MMC-nin əmlakı hesab olunur.Həmin Müqavilələr üzrə bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə əşya üzərində sahiblik hüququ müştəriyə keçir. İş materiallarından müəyyən olunur ki, cavabdeh hər üç Müqavilə üzrə qeyd olunan əşyaları qüsursuz şəkildə iddiaçıdan təhvil almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borclarının ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 04122165 saylı müqaviləyə əsasən, cavabdeh 18 ay müddətinə hər ay 39.11 manat ödəniş ödənilməsi şərti ilə İmei kod **********51985 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış, nəticədə müqavilə üzrə 311.13 manat ödənilməmiş hissə, 31.87 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli 18043138 saylı müqaviləyə əsasən, cavabdeh 18 ay müddətinə hər ay 39.28 manat ödəniş ödənilməsi şərti ilə İmei kod **********76726 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış, nəticədə müqavilə üzrə 587.61 manat ödənilməmiş hissə, 58.39 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli 04122407 saylı müqaviləyə əsasən, cavabdeh 18 ay müddətinə hər ay 4.83 manat ödəniş ödənilməsi şərti ilə AİWA markalı telefon almış, nəticədə 43.11 manat ödənilməmiş hissə, 4.89 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.67 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli , xx.xx.2022-ci il tarixli , xx.xx.2023-ci il tarixli müqavilələr üzrə əsas borcdan cəmi 109 manat ödəniş etsə də, hər üç müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə qeyd edir, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 444.38-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, cranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 04122165 müqavilə üzrə 311.13 (üç yüz on bir manat on üç qəpik) manat ödənilməmiş hissə, 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat cərimə tutularaq, xx.xx.2023-ci il tarixli 04122407 saylı müqavilə üzrə 43.11 (qırx üç manat on bir qəpik) manat ödənilməmiş hissə, 4.89 (dörd manat səksən doqquz qəpik) manat cərimə , xx.xx.2023-ci il tarixli 18043138 saylı müqavilə üzrə 587.61 (beş yüz səksən yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 58.39 (əlli səkkiz manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1037 manat borc tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30.37 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 1.İddia təmin edilsin. 2.Cavabdeh xx.xx.2022-ci il tarixli 04122165 müqavilə üzrə 311.13 (üç yüz on bir manat on üç qəpik) manat ödənilməmiş hissə, 31.87 (otuz bir manat səksən yeddi qəpik) manat cərimə , cəmi 343 (üç yüz qırx üç) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin.

2. Cavabdeh xx.xx.2023-ci il tarixli 04122407 saylı müqavilə üzrə 43.11 (qırx üç manat on bir qəpik) manat ödənilməmiş hissə, 4.89 (dörd manat səksən doqquz qəpik) manat cərimə, cəmi 48 (qırx səkkiz) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. .3. Cavabdeh xx.xx.2023-ci il tarixli 18043138 saylı müqavilə üzrə 587.61 (beş yüz səksən yeddi manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 58.39 (əlli səkkiz manat otuz doqquz qəpik) manat cərimə, cəmi 646 (alt yüz qırx altı ) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. 3.Cavabdeh 30.37 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. 4.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. 5.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar