Məhkəmə qərarları › İş №e-2(021)-2777/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2777/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2777/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********20135 İPHONE 14 PRO MAX markalı telefon üçün 3119.99 (üç min yüz on doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 311.01 (üç yüz on bir manat bir qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, BEYAZ - YATAQ - TRUMO , BEYAZ - YATAQ – TUMBA üçün 434.08 (dörd yüz otuz dörd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 43.92 (qırx üç manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 95.93 (doxsan beş manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 9.07 (doqquz manat yeddi qəpik) manat cərimə, ümumilikdə 4014 manat borc və 60.14 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı MMC qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia əriəsini cavabdehin rəsmi qeydə alındığı yer üzrə verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar