Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2904/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 317.2 manat əsas, 47.5 manat cərimə, cəmi 364.7 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən, 152.2 manat əsas, 22.8 manat cərimə, cəmi 175 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 469.4 manat əsas, 70.3 manat cərimə, 539.7 cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqavilələri barədə məlumat: 1) İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Samsung markalı mobil telefon almışdır. Müqavilənin ümumi məbləği 637.2 manat, aylıq ödənilməli məbləğ 36 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 2 manat olmaqla, xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 317.2 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 475 manat cərimə borcu yaranmışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 47.5 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 364.7 manat təşkil edir. 2) İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Samsung markalı mobil telefon və aksessuar almışdır. Müqavilənin ümumi məbləği 476.2 manat, aylıq ödənilməli məbləğ 27 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 27 manat olmaqla, xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 152.2 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 228 manat cərimə borcu yaranmıışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 22.8 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 175 manat təşkil edir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 saylı Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 476.29 manat dəyərində mal 18 ay müddətində hissə-hissə hər ay 27 manat, sonuncu ay isə 17.29 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 saylı Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 637.2 manat dəyərində mal 18 ay müddətində hissə-hissə hər ay 36 manat, sonuncu ay isə 25.2 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 152.2 manat əsas, 228 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 317.2 manat əsas, 475 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan və xəbərdarlığın çatdırılmasına dair 010389 nömrəli qaimədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə görə 317.2 manat əsas, 475 manat cərimə, cəmi 792.2 manat borcun, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 152.2 manat əsas, 228 manat cərimə, cəmi 380.2 manat borcun, hər iki müqavilə üzrə cəmi 1172.4 manat borcun ödənilməsi tələb edilmiş, əks halda barəsində məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş Məhsulların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə arayışlarından görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehə göndərilən Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 317.2 manat əsas, 15.86 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 152.2 manat əsas, 7.61 manat cərimə, ümumilikdə hər iki müqavilə üzrə 492.87 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 317.2 manat əsas, 15.86 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 152.2 manat əsas, 7.61 manat cərimə, ümumilikdə hər iki müqavilə üzrə 492.87 (dörd yüz doxsan iki manat səksən yeddi qəpik) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov