Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2905/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 301.9 manat əsas, 45.2 manat cərimə, cəmi 347.1 manat borc; xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 686.9 manat əsas, 103 manat cərimə, cəmi 789.9 manat borc; xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 797.8 manat əsas, 119.6 manat cərimə, cəmi 917.4 manat borc; xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 78.9 manat əsas, 11.8 manat cərimə, cəmi 90.7 manat borc; ümumilikdə dörd müqavilə üzrə 1865.5 manat əsas, 279.6 manat cərimə, 2145.1 manat cəmi borcun və 41.44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Honor markalı mobil telefon, aksessuar almışdır. Müqavilənin ümumi məbləği 549.9 manat, aylıq ödənilməli məbləğ 31 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 31 manat olmaqla, xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 301.9 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 452 manat cərimə borcu yaranmışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 45.2 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 347.1 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Scooter” almışdır. Müqavilənin ümumi məbləği 1079.9 manat, aylıq ödənilməli məbləğ 60 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 33 manat olmaqla, xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 686.9 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 1030 manat cərimə borcu yaranmışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 103 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 789.9 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Google Pixel 6 Pro markalı mobil telefon almışdır. Müqavilənin ümumi məbləği 1199.9 manat, aylıq ödənilməli məbləğ 67 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 67 manat olmaqla, xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 797.8 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 1196 manat cərimə borcu yaranmışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 119.6 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 917.4 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Mouse və klaviatura almışdır. Müqavilənin ümumi məbləği 134.9 manat, aylıq ödənilməli məbləğ 7 manat, müddət 18 ay təşkil etmişdir. Cavabdeh tərəfindən son ödəniş 7 manat olmaqla, xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinin pozması nəticəsində İddiaçı MMC qarşısında 78.9 manat əsas borc və gecikdirilmiş günlərə görə hesablanmış 118 manat cərimə borcu yaranmışdır. Cərimə borcun məbləğinə 90% güzəştin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfindən ödənilməli cərimə 11.8 manat kimi müəyyən edilmişdir. Müqavilə üzrə tutulmalı olan cəmi məbləğ 90.7 manat təşkil edir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 nömrəli Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 549.98 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 31 manat, sonuncu ay isə 22.98 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Məhsulların təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 nömrəli Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 1079.99 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 60 manat, sonuncu ay isə 59.99 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Məhsulların təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 nömrəli Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 1199.99 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 67 manat, sonuncu ay isə 60.99 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Məhsulların təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müddətli (nisyə) alqı-satqı müqaviləsindən, müqaviləyə 1 nömrəli Əlavədən və Ödəniş cədvəlindən görünür ki, 134.98 manat dəyərində mal 18 ay müddətinə hissə-hissə hər ay 7 manat, sonuncu ay isə 15.98 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. Məhsulların təhvil-təslim aktından görünür ki, mal satıcı tərəfindən alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 301.9 manat əsas, 452 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 686.9 manat əsas, 1030 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 797.8 manat əsas, 1196 cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 78.9 manat əsas borcu, 118 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan və xəbərdarlığın çatdırılmasına dair qaimədən görünür ki, Cavabdeh dörd müqavilə üzrə cəmi 4661.5 manat borcun ödənilməsi tələb edilmiş, əks halda barəsində məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41.44 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli ********* saylı, xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqısatqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş Məhsulların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları təhvil almış, bununla da iddiaçı müqavilələr ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə arayışlarından görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. Cavabdehə göndərilən Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 301.9 manat əsas borc, 15.09 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 686.9 manat əsas borc, 34.34 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 797.8 manat əsas borc, 39.89 cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 78.9 manat əsas borc, 3.94 cərimə borcu olmaqla; ümumilikdə dörd müqavilə üzrə 1958.76 manat borc məbləği İddiaçı MMCnin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 39.59 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.85 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 301.9 manat əsas borc, 15.09 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 686.9 manat əsas borc, 34.34 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 797.8 manat əsas borc, 39.89 cərimə borcu; xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 78.9 manat əsas borc, 3.94 cərimə borcu olmaqla, ümumilikdə 1958.76 (min doqquz yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat borc məbləği İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 39.59 (otuz doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.85 (bir manat səksən beş qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov