Məhkəmə qərarları › İş №e-2(021)-3018/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3018/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3018/2025 21.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4124,00 (dörd min yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 61,00 (altmış bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində Bərdə rayonu, Sahil küçəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “QAZ 2417” markalı, **-RH-*** X7 avtomobil “Khazar” markalı, **-PZ-***, “Hyundai Tucson” markalı, **-EN-***, “VAZ 21063” markalı, **-BT-*** və “Mercedes Benz” markalı, **-SB-*** X7 avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş İş № 3(021)- 618/2022 saylı qərardan aydın olur ki, hadisə zamanıCavabdeh1 “QAZ 2417” markalı, **- RH-*** X7 avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- Sürücülük vəsiqəsi olmadan) və 334.1, 334.3-cü maddəsində (şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" tərəfindən tərtib edilmiş Qüsur aktlarında göstərilmişdir ki,“Khazar” markalı, **-PZ-*** X7 avtomobilə vurulmuş maddi zərər 450,00 (dörd yüz əlli) manat,“Hyundai Tucson” markalı, **-EN-***X7 avtomobilə vurulmuş maddi zərər 1150,00 (bir min yüz əlli) manat, VAZ 21063” markalı, **-BT-*** X7 avtomobilə vurulmuş maddi zərər 270,00( iki yüz yetmiş) manat, “Mercedes Benz” markalı, **-SB-***X7 avtomobilə vurulmuş maddi zərər 2254,00( iki min iki yüz əlli dörd) manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrəPXA109656/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 450,00 (dörd yüz əlli) manat, PXA109655/22 saylı sığorta aktı üzrə 270,00( iki yüz yetmiş) manat , PXA109653/22 saylı sığorta aktı üzrə 2254,00( iki min iki yüzəlli dörd) manat və PXA109654/22 saylısığorta aktı üzrə isə 1150,00 (bir min yüzəlli) manat məbləğində sığorta ödənişizərəçəkənlərə ödənilmişdir. (ümumilikdə 4124,00 (dörd min yüziyirmi dörd) manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlısəlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Tərəflərin iştirakı və izahatları: İddiaçı "xxxx" ASC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 14 avqust 20205-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, “QAZ2417” markalı, **-RH-*** X7 avtomobil Cavabdeh2 etibarnamə əsasında satın almışdır. Sürücülük hüququ yoxdur. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına istinad: PXA ********** nömrəli, xx.xx.2022-ci il tarixli İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 Mirzə oğluna məxsus, “QAZ2417”markalı, 10 RH824 X7 avtomobil əmlaka vurulan zərərə görə sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. PXA 109654 nömrəli, sığorta aktından görünür ki, PXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortalı Cavabdeh2 Mirzəağa oğluna məxsus olan “QAZ2417”1989markalı, 10RH824 X7 avtomobil xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri Sahil küçəsində baş vermiş nəqliyyat hadisəsi zamanı “Hyundai Tucson” markalı, 99En088 X7, “Mercedes Benz” markalı 99SB902, “VAZ21063” markalı 09BT273 X7 və “Khazar” markalı 99PZ974 X7 avtomobillərlə toqquşmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1285 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Veto” markalı, 99SB902 X7 avtomiblə dəymiş ziyan 2254 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1477 nömrəli qiymətləndirmə aktından görünür ki, “Hyundai Tucson” markalı, 99EN088 X7 avtomiblə dəymiş ziyan 1150 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1481 nömrəli qiymətləndirmə aktından görünür ki, “Khazar LX” markalı, 99PZ974 X7 avtomiblə dəymiş ziyan 450.00 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1479 nömrəli qiymətləndirmə aktından görünür ki, “VAZ2106” markalı, 09BT273 X7 avtomiblə dəymiş ziyan 270 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli, 4471 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “Xalq” Bankı tərəfindən X4 270.00 AZN sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 4478 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “Xalq” Bankı tərəfindən "xxxx" MMC-yə 450.00 AZN sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 4937 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “Xalq” Bankı tərəfindən X5 1150.00 AZN sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 4936 nömrəli ödəniş tapşırığından görünür ki, ASC “Xalq” Bankı tərəfindən X1 2254.00 AZN sığorta ödənişi ödənilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-618/2022 nömrəli qərarından görünür ki,Cavabdeh1 Azərbaycan Respublikası İnziabti Xətalar Məclləsinin 327.1, 332.2, 334.1 və 334.3-cü maddələriilə təqsirli bilinib həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə barəsində 800 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Bakı şəhəri DYPİ-nin 8 yanvar 2022-ci il tarixli X11 İXP ******* nömrəli Protokoldan görünür ki, X2 3 yanvar 2022-ci il tarixdə saat 11:50-də baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələri ilə təqsirli bilinmiş. “AutoBox automobile services” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “Honda Element minik” markalı, ** EA *** markalı avtomobilə dəymiş zərər 120 manat təşkil edir. 16 iyun 2022-ci il tarixli xx/xx-1344 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 4126 manat sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-yə 7 iş günü ərzində könüllü ödənilməsi təklif edilmiş, əks halda qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də tutulacağı bildirilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə müəyyən etmişdir ki, “xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində Bərdə rayonu, Sahil küçəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “QAZ 2417” markalı, **-RH- *** X7 avtomobil “Khazar” markalı, **-PZ-***, “Hyundai Tucson” markalı, **-EN-***, “VAZ 21063” markalı, **-BT-*** və “Mercedes Benz” markalı, **-SB-*** X7 avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş İş № 3(021)-618/2022 saylı qərardan aydın olur ki, hadisə zamanıCavabdeh1 “QAZ 2417” markalı, **-RH-*** X7 avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) və 334.1, 334.3-cü maddəsində (şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" tərəfindən tərtib edilmiş Qüsur aktlarında göstərilmişdir ki,“Khazar” markalı, **-PZ-*** X7 avtomobilə vurulmuş maddi zərər 450,00 (dörd yüz əlli) manat,“Hyundai Tucson” markalı, **-EN-***X7 avtomobilə vurulmuş maddi zərər 1150,00 (bir min yüz əlli) manat, VAZ 21063” markalı, **- BT-*** X7 avtomobilə vurulmuş maddi zərər 270,00 (iki yüz yetmiş) manat, “Mercedes Benz” markalı, **-SB-***X7 avtomobilə vurulmuş maddi zərər 2254,00( iki min iki yüz əlli dörd) manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrəPXA109656/22 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 450,00 (dörd yüz əlli) manat, PXA109655/22 saylı sığorta aktı üzrə 270,00( iki yüz yetmiş) manat , PXA109653/22 saylı sığorta aktı üzrə 2254,00( iki min iki yüzəlli dörd) manat və PXA109654/22 saylısığorta aktı üzrə isə 1150,00 (bir min yüzəlli) manat məbləğində sığorta ödənişi zərəçəkənlərə ödənilmişdir. Sığortaçı ümumilikdə 4124,00 (dörd min yüziyirmi dörd) manat məbləğində ödənişi “İcbari sığorta haqqında” Qanunun müddəalarına uyğun olaraq cavabdehdən tələb etməyə haqlıdır, yəni iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehə xəbərdarlığı göndərməklə pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ümumilikdə 4124 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4124 (dörd min yüz iyirmi dörd) manat pul tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar