Məhkəmə qərarları › İş №e-2(021)-3022/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3022/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3022/2025 03.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Fen Philips üçün 66 manat ödənilməmiş hissə, 6.6 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********00023 Xıaomı Redmı 12, Paket XL xidməti, Zəmanət + 3 il xidməti üçün 227.6 manat ödənilməmiş hissə, 22.76 manat cərimə pulu; dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99194 Oppo A78, X6 2 il, Paket L xidməti üçün 591.33 manat ödənilməmiş hissə, 59.1 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********32226 Honor X7C, X6 2 il xidməütçiün 520 manat ödənilməmiş hissə, 52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Hoffmann musiqi mərkəziüçün 461.28 manat ödənilməmiş hissə, 46.13 manat cərimə; ümumilikdə 2052.83 manat borc və 40.53 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən, Fen Philips, İmei kod **********00023 Xıaomı Redmı 12, Paket XL xidməti, Zəmanət + 3 il xidməti, İmei kod **********99194 Oppo A78, X6 2 il, Paket L xidməti, İmei kod **********32226 Honor X7C, X6 2 il xidməti, Hoffmann musiqi mərkəzi almış və nəticədə 2052.83 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 66 manat (6 ay x 11 manat + 0 manat ilkin ödəniş) olan Fen Philips üçün ümumilikdə 72.6 manat olmaqla, ondan 66 manat ödənilməmiş hissə, 6.6 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 518 manat (18 ay x 26.4 manat + 42.8 manat ilkin ödəniş) olan İmei kod **********00023 Xıaomı Redmı 12, Paket XL xidməti, Zəmanət + 3 il xidməti üçün 250.36 manat olmaqla ondan 227.6 manat ödənilməmiş hissə, 22.76 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 815.94 manat (18 ay x 45.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********99194 Oppo A78, X6 2 il, Paket L xidməti üçün 650.5 manat olmaqla ondan 591.33 manat ödənilməmiş hissə, 59.1 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32226 Honor X7C, X6 2 il xidməti üçün 572 manat olmaqla ondan 520 manat ödənilməmiş hissə, 52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 694.98 manat (18 ay x 38.61 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann musiqi mərkəzi üçün 507.41 manat olmaqla, ondan 461.28 manat ödənilməmiş hissə, 46.13 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 768.71 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Tərəflərin iştirakı və izahatları: Bərdə Rayon Məhkəməsinin qərardadı ilə iddiаçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Mhkəmə iclasında Cavabdeh iddia təlbini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçıdan göstərilən əşyaları götürmüşdür. Sonradan maddi imkanı olmadığından, heç bir yerdə işləmədiyindən, maddi vəziyyəti pis olduğundan ödəniş edə bilməmişdir. Hazırda tələb olunan borcu hissə-hissə ödəyə bilər. Odur ki, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İş materiallarına istinad: xx.xx.2024-cü il tarixli, ********* nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 815.99 manat dəyərində mal ilkin ödəniş olaraq 0 manat ödənilməklə, 18 ay müddətinə hissə-hissə hər ay 45.33 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli, 17771239 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 694.98 manat dəyərində mal ilkin ödəniş olaraq 0 manat ödənilməklə, 18 ay müddətinə hissə-hissə hər ay 38,61 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli, 04822947 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 518 manat dəyərində mal ilkin ödəniş olaraq 42.8 manat ödənilməklə, 18 ay müddətinə hissə-hissə hər ay 26.4 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli, 819493 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən görünür ki, tərəflər malın nisyə altı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2024-cü il tarixli, 819493 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, 66 manat dəyərində mal ilkin ödəniş olaraq 0 manat ödənilməklə, 6 ay müddətinə hissə-hissə hər ay 11 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli, 819493 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, 540.04 manat dəyərində mal ilkin ödəniş olaraq 0 manat ödənilməklə, 18 ay müddətinə hissəhissə hər ay 30 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 66 manat ödənilməmiş hissə, 6.6 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 227.6 manat ödənilməmiş hissə, 22.76 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 591.33 manat ödənilməmiş hissə, 59.1 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 520 manat ödənilməmiş hissə, 52 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 461.28 manat ödənilməmiş hissə, 46.13 manat cərimə; beş müqavilə üzrə ümumilikdə 2052.83 manat borcu vardır. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40.53 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş üzrə 66 manat ödənilməmiş hissə, 3.3 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 227.6 manat ödənilməmiş hissə, 11.38 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 591.33 manat ödənilməmiş hissə, 29.56 manat cərimə; xx.xx.2024-cü il tarixli bildiriş üzrə 520 manat ödənilməmiş hissə, 26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 461.28 manat ödənilməmiş hissə, 23.06 manat cərimə; ümumilikdə 1959.51 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 39.6 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 0.93 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş üzrə 66 manat ödənilməmiş hissə, 3.3 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 227.6 manat ödənilməmiş hissə, 11.38 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 591.33 manat ödənilməmiş hissə, 29.56 manat cərimə; xx.xx.2024-cü il tarixli bildiriş üzrə 520 manat ödənilməmiş hissə, 26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 461.28 manat ödənilməmiş hissə, 23.06 manat cərimə; ümumilikdə 1959.51 (bir min doqquz yüz əlli doqquz manat əlli bir qəpik) manat borc məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 39.6 (otuz doqquz manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 0.93 (doxsan üç qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar