Məhkəmə qərarları › İş №e-2(021)-3131/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3131/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3131/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17450 manat məbləğində vurulmuş zərər və 142,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 17592,35 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra ismin müvafiq hallarında “sığortalı” adlandırılacaqdır) mülkiyyətində olan “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalanmışdır. Sığortalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il oktyabrın 24-də Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelinin qarşısında X2 idarə etdiyi “BMW 750” MARKALİ, **-AS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı rayon polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən 11 dekabr 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Suraxanı RPİ-nin DYPŞ-in xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 2019-cu il oktyabrın 24-də Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücü təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilə 40000 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 (bir yüz) manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 39900 manat olmuşdur və iddiaçı həmin məbləği "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödəmişdir. Cavabdehin avtomobili "xxxx" ASC-də icbari qaydada sığortalandığından sonuncu tərəfindən iddiaçıya 2500 manat sığorta ödənişi verilmiş və baş vermiş sığorta hadisəsində hər iki sürücünün təqsiri olduğundan sığortalıya dəyən zərər olan 39900 manat ikiyə bölündükdən sonra icbari sığortadan verilən məbləğ çıxılaraq (39900:2=19950-2500=17450) alınan 17450 manat rəqəmi cavabdehdən tələb edilir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Bərdə rayonu Tumaslı kəndində anadan olmuş həmin ünvanda qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh məxsus olan “BMW 750” markalı, 10- AS-101 dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətində icbari sığorta olunmuşdur. İşə əlavə edilmiş “”Avtolux Azərbaycan” tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, “BMW 750” markalı, 10- AS-101 dövlət qeydiyyat nişanlı avtomobilə 40.000 manat məbləğində ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 40000 manat məbləğində ziyan dəymiş, Sığorta şirkəti tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına 39900.00 AZN ödənilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X1 11 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materialın Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, TP3412035 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi vermək üçün 142,75 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra ismin müvafiq hallarında “sığortalı” adlandırılacaqdır) mülkiyyətində olan “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalanmışdır. Sığortalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2019-cu il oktyabrın 24-də Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelinin qarşısında X2 idarə etdiyi “BMW 750” MARKALİ, **-AS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı rayon polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən 11 dekabr 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Suraxanı RPİ-nin DYPŞ-in xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 2019-cu il oktyabrın 24-də Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yolunda, “Araz” otelin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücü təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “BMW 750” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobilə 40000 manat məbləğində zərər dəymişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17450 manat məbləğində vurulmuş zərər və 142,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 925.3-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanunun 56.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Həmin Qanunun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, avtonəqliyyat hadisəsi baş vermiş, başqa avtomobilə 39900 manat məbləğində zərər vurulmuş, həmin hadisənin törədilməsinə hər iki sürücü təqsirli bilindiyindən 39900 manat məbləği ikiyə bölünərək alınan rəqəmdən icbari sığortanın ödədiyi məbləği olan 2500 manat çıxılmış və son nəticədə yekun rəqəm olan 17450 manat iddiaçı tərəfindən Cavabdeh tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsində göstərilən icbari sığorta məbləği olan 5000 manatın yarısı icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən ödənilmişdir. Sığortalıya dəymiş zərərin miqdarını iddiaçı 39900 manat məbləğində qiymətləndirməsinə baxmayaraq icbari sığortanın avtomobilə dəymiş zərərlə bağlı ödəməli olduğu məbləğin hansı səbəbdən 2500 manat olmaqla ödənilməsi və nəyə görə tam şəkildə, yəni 5000 manat məbləğində ödənilməməsi, həmçinin iddiaçının hansı səbəblə əlaqədar Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobilin sığortalandığı "xxxx" ASC tərəfindən həmin məbləği tam şəkildə, yəni geri qalan 2500 manat miqdarında tələb etməməsi sual doğurur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı icbari sığorta qaydasında tam ödənilməli olan, lakin ödənilməyən 2500 manat məbləği Cavabdeh avtomobilinin sığortalandığı "xxxx" ASC-dən tələb etməli, geri qalan (17950-2500=14950) 14950 manat pulu isə subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və 14950 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 142,35 manat məbləğində dövlət rüsumunun 140 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 2,35 manat hissə və rüsum ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14950 (on dörd min doqquz yüz əlli) manat və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,35 manat hissəsi və rüsum ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar