Məhkəmə qərarları › İş №e-2(021)-3147/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3147/2023

15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3147/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X27 iclas kаtibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Maraqlı şəxs3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi və mirasda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-161 reyetsr qeydi nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrinin etibarsız hesab edilməsinə, 23 may 2002-ci il tarixdə vəfat etmiş X17 mirasıqalan Bərdə rayon Türkmən kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin, həmçinin Bərdə rayonun, Türkmən kəndində yerləşən 1.02 ha torpaq sahəsinin vərəsələr Cavabdeh1, X10 və İddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsinə, xx.xx.2002-ci ildə vəfat etmiş miras qoyan X23 məxsus olmuş fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin miras əmlak kimi qanuni vərəsələr Cavabdeh1, və xx.xx.2017-ci ildə vəfat etmiş qanuni vərəsə X10 qanun üzrə vərəsələri İddiaçı, Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı, Maraqlı şəxs3 Elburus qızı və Maraqlı şəxs1 arasında yenidən bölünməsinə və hər bir vərəsənin payımın müəyyən olunmasına, hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manatın cavabdelərdən alınaraq ona qaytarmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qaynanası, digər Cavabdeh3 Farhad oğlu isə qaynıdır. O, Cavabdeh1 oğlu olan xx.xx.1964-cü il təvəllüdlü X18 ilə nikahı xx.xx.1997-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində qeyd etdirməklə (qeyd № 28) evlənib ailə qurmuş və onun ünvan 2ində yerləşən, atası X23 məxsus olan evə gəlin köçmüşdür. Cehiz əşyaların da həmin evə gətirilmiş və 2017-ci ilin may ayınadək həmin evdə 10 il yaşamışlar. (həmin ev X17 atasından miras olaraq qalmış ev olmuşdur) Elburus Məhərrəmovla birgə nikahdan 3 (üç) övladı vardır 1. Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı 2. Maraqlı şəxs3 Elburus qızı və 3 Maraqlı şəxs1 olmaqla yuxarıda göstərilən miras evdə daimi qeydiyyatdadırlar. X6 23 may 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlakı olaraq ünvan 2ində yerləşən, 170,9 kv.metr ümumi sahədən ibarət olan və xüsusi mülkiyyət hüququ ilə X17 özünə məxsus olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi qalmışdır. Həmin vaxt, yəni 23 may 2002-ci il tarixdə Fərhad Məhərrəmov vəfat edən zaman o və həyat yoldaşı Elburus Məhərrəmov övladlarıyla birlikdə həmin evdə yaşamışlar, Elburus faktiki olaraq evin bütün yükünü öz üzərinə götürmüş, onunla birlikdə evi idarə etmiş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, o və əri həmin miras əmlakda yaşamışlar, əmlakdan istifadə etmişlər və onun qorunub saxlanılmasını həyata keçirmişlər. Bundan başqa X17 Bərdə rayonu, Türkman kəndi ərazisində 1.02 hektar torpaq sahəsi olmuş, həmin torpaq sahəsi ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini də faktiki olaraq onun əri Elburus Məhərrəmov tərəfindən idarə olunmuşdur. Həyat yoldaşı Elburus Məhərrəmov 23 fevral 2017-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Onun vəfatından sonra o övladlarıyla həmin evdə yaşamağa davam etmiş, lakin bir müddət keçdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onu 3 uşağıyla birlikdə və heç bir əşyalarını götürməyə imkan vermədən zorla evdən çıxartmış, məcbur olub Bərdə şəhərində kirayədə ev tutub, orada yaşamışdır. X17 vəfat etdiyi gündən etibarən onun mirasını faktiki olaraq onlar 4 nəfər qəbul etmişlər və mirası, yəni evə və onun 0.18 ha həyətyanı torpaq sahəsinə sahiblik etmiş, onu idarə etmiş, orada yaşamaqla onlardan istifadə etmiş, mühafizə etmiş, abadlaşdırmış və kommunal xərclərini, torpaq vergisini və s. ödəmişlər. Bu vəziyyət, yəni mərhum Fərhad Məhərrəmovun mirasını faktiki olaraq qəbul edib, ona birlikdə sahiblik və idarə etməkləri 2017-ci ilin may ayının əvvəllərinədək davam etmişdir. 23 fevral 2017-ci il tarixdə həyat yoldaşı Elburus Məhərrəmov vəfat etdikdən sonra da onun miras payı da daxil olmaqla mərhum atası Fərhad Məhərrəmovun miras evini və onun həyətyanı torpaq sahəsini Cavabdeh1 o, həmçinin də onun 3 övladı birlikdə təxminən 2 ay sahiblik və idarə etməkdə davam etmişdir. Yuxarıda qeyd etdiyi kimi 2017-ci ilin may ayından etibarən onu və 3 uşağını cavabdehlər həmin evdən zorla çıxartmışlar. Buna baxmayaraq onun cehiz əmlakları və mərhum həyat yoldaşı Elburus Məhərrəmovla birgə nikah dövründə əldə etdikləri həmin evdə qalmışdır, indi də qalırlar, Cavabdeh1 və Cavabdeh3la cehiz və digər əmlak tələblərinə əlaqədar 2019-cu ildən məhkəmə mübahisələri davam edir. Onun heç bir xəbəri olmadan Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əldə etmək üçün onlardan xəbərsiz olaraq 31 mart 2017ci il tarixdə etibarnamə üzrə nümayəndəsi X19 vasitəsi ilə Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə müraciət etmiş, bu zaman Notariat ofisinə özünün Fərhad Məhərrəmovun yeganə vərəsəsi olması barədə yalan məlumatlar və saxta arayışlar təqdim etmişdir. Notariat ofisinin xüsusi notariusu X9 isə cəmi 7 gün ərzində ona xx.xx.2017-ci il tarixli, 2V-161 reyestr qeydli "Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə" vermişdir. Həmin şəhadətnamədə göstərilir ki, "xx.xx.2002-ci il tarixdə ölmüş X17 vərəsəsi arvadı Cavabdeh1dır və o miras əmlakından 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən Çıxarışa əsasən ünvan 2ində mülkiyyətdə olan 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 170,9 kv/m, yaşayış sahəsi 102,3 kv/m, yardımçı sahəsi 68,6 kv/m olan 4 (dörd) otaqlı fərdi yaşayış evindən və 0,18 ha torpaq sahəsinin X23 məxsus olan hissəsindən ibarətdir." (Hesab edir ki, X8 ölüm tarixi texniki səhv olaraq "xx.xx.2002-ci il göstərilmişdir). Məhkəmənin diqqətinə çatdırmışdır ki, onun və qızları Gülnarə, Elnarə və X3 vərəsələri olmaqlarını təsdiq edən 24 may 2019-cu il tarixli, V-465 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələri vardır. Həmin şəhadətnamə onlara həyat yoldaşı Elburus Məhərrəmovun "Azərpoçt” MMC-nin Bərdə poçt filialında adına olan 248,03 manat pul vəsaitini ala bilməyi üçün notariat orqanı tərəfindən verilmişdir. Yuxarıda şərh etdiyi səbəblərdən məhkəmə qaydasında 23 may 2002-ci il tarixdə vəfat etmiş X6nun mirası olan evin və onun 0,18 ha həyətyanı torpaq sahəsinin, həınçinin ünvan 1ində yerləşən 1.02 ha torpaq sahəsi üzrə vərəsələri olan həyat yoldaşı Cavabdeh1 və oğlu X18 və onun (İddiaçı) tərəfindən birlikdə faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmalı, Cavabdeh1mın yeganə vərəsə olması barədə cavabdeh Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-161 reyestr qeyd nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə və həmin şəhadətnamənin doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməli, mərhum həyat yoldaşı X10 vərəsəsi kimi onun və qızları Gülnarə, Elnarə və Maraqlı şəxs1ların sağ olmaları nəzərə alınaraq miras qoyan X17 miras evin və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsinin, həmçinin Bərdə rayonu, türkman kəndində yerləşən 1.02 ha torpaq sahəsinin miras əmlak kimi yenidən qanuni vərəsələr arasında bölgüsü aparılmaqla, bu əmlaklarda onun və qızları Gülnarə, Elnarə və Maraqlı şəxs1ların payı müəyyən edilməlidir. Bunun üçün məhkəmə qətnaməsinə zərurət vardır. Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli Şəhadətnaməni alarkən digər vərəsələrin, o cümlədən də onun və uşaqlarının da olmasını gizlətmişdir. Halbuki, onların vərəsəlik hüququ Mülki Məcəllənin 1159.1.1-ci maddəsindən qaynaqlanır. Odur ki, Cavabdeh1 hazırkı iddia tələbi üzrə mülki cavabdehlik daşıması əsaslıdır. Digər Cavabdeh3 hazırkı iddia tələbi üzrə mülki cavabdehlik daşıması ona görə əsaslıdır ki, məhz o, anası Cavabdeh1 ilə əlbir olaraq onu və övladlarını mirasdan məhrum etmək məqsədi ilə 2017-ci ilin may ayında bizi Fərhad Məhərrəmovdan miras qalmış evdən zorla çıxardıb qovmuşdur. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. X43 "ASAN Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 Məhərrəmovaya xx.xx.2017-ci il tarixli, 2V-161 reyestr qeydi nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən qanunvericiliyin bu tələblərinə qətiyyən əməl etməmiş, digər vərəsələrin də olub-olmamasını müəyyənləşdirmək üçün qəsdən heç bir tədbir görməmiş, yalan məlumatlarla və saxta arayışlara əsaslanıb həmin şəhadətnaməni vermişdir. Odur ki, Notariat ofisinin hazırkı iddia tələbi üzrə mülki cavabdehlik daşınması da əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 anası İddiaçı ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsi ilə razı olmadığını və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da iddia ərizəsi ilə razı olmadığını və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Cavabdeh1, X9 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi və mirasda payın müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan 01 mart 2017-ci il tarixli, AZ-İ 866582 nömrəli Azərbaycan Respublikası Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X24 23 fevral 2017ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 – XX.XX.1940-cı ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 – xx.xx.1965-ci ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 – xx.xx.1999-cu ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində yaşayır. İş materiallarında olan AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1977-ci ildə anadan olmuşdur. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarında olan Bərdə Rayon Polis şöbəsi tərəfindən sorğuya vermiş olduğu cavabdan görünür ki, 1940-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2011-ci il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2016-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Gərənə kəndində anadan olmuş, 13 iyul 2013-cü il tarixdən ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX eriyalı, ******* nömrəli çıxarışdan görünür ki, **********34-10301 reyestr nömrəli, 0.18 ha torpaq sahəsi olan ünvan 1ində yerləşən fərdi yaşayış evi X17 adına rəsmləşdirilmişdir. Və bu Daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 273 nömrəli çıxarışdan görünür ki, X31 ilə X33 arasında nikah haqqında 30 may 1956-cı il tarixdə 12 saylı akt qeydi tərtib olunmuşdur. Ərə Məhərrəmov, arvada Məhərrəmova soyadları verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində notariat kontoru tərəfindən verilmiş 31 mart 2017-ci il tarixli, 622/2017 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası ünvan 2i ünvanında qeydiyyatda olan X17 23 may 2002-ci ildə ölməsi barədə Bərdə Regional "ASAN Xidmət" Mərkəzində notariat kontoruna məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X17 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. 1. Cavabdeh1 – arvadı. İş materiallarında olan 07 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Mən, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notarius X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2002 tarixdə ölmüş X31-nun vərəsəsi arvadı - Cavabdeh1 QİZİ - BƏRDƏ, TÜRKMƏN K., (AZE 0*******, xx/xx/2011 - BƏRDƏ RPŞ) və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1İNDƏ MÜLKİYYƏTİNDƏ OLAN 0.18 HA TORPAQ SAHƏSİNDƏ yerləşən ümumi sahəs 170.9 kv/m, yaşayış sahəsi 102.3 kv/m, yardımçı sahəsi 68.6 kv/m olan 4 (dörd) otaqlı fərd yaşayış evindən və 0.18 ha torpaq sahəsinin X31-na məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 2185 nömrəli ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı cavabdan görünür ki, 24 avqust 2023-cü il tarixli ərizəyə əsasən bildirilmişdir ki, ünvan 2ində qeydiyyatda olmuş, 13 may 2002-ci il tarixdə vəfat etmiş qaynatanız X20 vəfatından sonra irs qalmış miras əmlaka dair 07 aprel 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın tərkibi olan ünvan 2ində yerləşən fərdi yaşayış evinə dair 23 fevral 2017-ci il tarixdə vəfat etmiş əriniz X15 çatası miras pay hissəsinə dair sağlığında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün göstərilən müddət ərzində müraciət etmədiyinə görə susmuş vərəsə hesab olunur. Eləcə də şəhadətnamə almış digər vərəsə tərəfindən əriniz X13 miras əmlakı faktiki idarə etməyi barədə sənəd təqdim edilmədiyindən və ya X15 da onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün digər vərəsə ərizə ilə müraciət etmədiyindən əriniz X13 adı qaynatanız X17 Əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, şəhadətnamənin doğruluğunun mübahisələndirməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(021)- 758/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1qulu qızına və Cavabdeh3 Fərhat oğluna qarşı əmlak tələbinə dair ilk iddiası qismən təmin edilməsi, Cavabdeh1qulu qızından və Cavabdeh3 Fərhat oğlundan müştərək qaydada tikilmiş tikililərə çəkilmiş xərcə görə 5146 manat pul, 500 manat dəyərində 1 ədəd 24 kv-lıq kondisoner (LC), 750 manat dəyərində 1 ədəd 5 kq-lıq paltaryuyan maşın (LC), 800 manat dəyərində 1 ədəd iki qapılı soyuducu (Saratov), 350 manat dəyərində 1 ədəd 32 diaqanallı televizor (Supra), 600 manat dəyərində 1 divan 2 kreslo (Tülpan), 900 manat dəyərində 6 m x 3.50 m ölçüdə 2 ədəd gəbə (Türkiyə), 250 manat dəyərində 3 m x 2.50 m ölçüdə 1 ədəd gəbə (Türkiyə), 480 manat dəyərində 1 ədəd 3 metrlik mətbəx mebeli, 200 manat dəyərində 10 metr uzunluğunda tül pərdə, 150 manat dəyərində 1 ədəd 5 lampalı lüstur, 120 manat dəyərində 1 ədəd şüşədən televizor altlığı, 600 manat dəyərində 1 ədəd servand, 650 manat dəyərində 1 ədəd 3 qapılı şifoner, 320 manat dəyərində 4 ədəd döşək 200 manat dəyərində 4 ədəd yorğan, 300 manat dəyərində 10 ədəd yastıq həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, İlk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1qulu qızının və Cavabdeh3 Fərhat oğlunur İddiaçı qarşı pul və əmlak tələbi barədə qarşılıqlı iddia tələbinin təmir edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(104)-1758/2019 nömrəli qətnaməsi ilə Cavabdehlər X21 və Cavabdeh3 Farhat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(021)-758/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3 Fərhat oğlu və Cavabdeh1 qarşı ona məxsus ev əşyalarının və cavabdehlərə məxsus həyətyanı torpaq sahəsində tikilmiş tikililərə çəkilmiş xərcin naturada yaxud onların dəyəri olan 16369 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddiasının qismən təmin olunması, Dəyəri 500 manat olan 1 ədəd 24 kv-lıq kondisonerin (LG), dəyəri 720 manat olan 1 ədəd 5 kq-lıq paltaryuyan maşının (LG), dəyəri 800 manat olan 1 ədəd iki qapılı soyuducunu (Saratov), dəyəri 350 manat olan 1 ədəd 32 diaqanallı televizorun (Supra), dəyəri 600 manat olan 1 divan 2 kreslo (Tülpan) dəstimin dəyəri 250 manat olan 3m x 2.50m ölçüdə 1 ədəd gəbənin (Türkiyə), dəyəri 480 manat olan 1 ədəd 3 metrlik mətbəx mebelinin, dəyəri 200 manat olan 10 metr uzunluğunda tül pərdənin, dəyəri 150 manat olan 1 ədəd 5 lampalı çılçıraqu (lüstur), dəyəri 120 manat olan 1 ədəd şüşədən televizor altlığının, dəyəri 600 manat olan ədəd servantın, dəyəri 650 manat olan 1 ədəd 3 qapılı şifonerin ümumi dəyəri olan 5420 manatın ½ 2710 manat dəyəri 450 manat olan 6 m x 3,50 m ölçüdə 1 ədəd gəbə (Türkiyə istesalı), 160 manat dəyərində (birinin dəyəri 80 manat) 2 ədəd döşək, 100 mana dəyərində (birinin dəyəri 50 manat) 2 ədəd yorğan və 150 manat dəyərində (birinin dəyəri 3 manat) 5 ədəd yastıq, həmin əmlaklar naturada olmadıqda onların dəyəri və tikinti işlərin xərclənmiş 7613 manatin ½ hissəsi 3806.50 manat ilkin iddia üzrə Cavabdeh1 alınaraq, ilkin iddia üzrə İddiaçı verilməsi, İlkin iddia Cavabdeh3 Farhat oğluna aid, eləcədə qalan hissədə təmin edilməməsi, qarşılıqı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20.000 manat alınara qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verilməsi, eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(102)-7967/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 223 nömrəli arxiv arayışından görünür ki, Rayon Dövlət Arxivində 157 sayılı fondda mühafizə edilən Bərdə rayon X12 ərazi Vahidi üzrə Nümayəndəliyinin Trümən kəndi üzrə 1995-2000-ci illərə aid 3 saylı Təsərrüfatbaşına kitabın 260 saylı şəxsi hesabına əsasən vətəndaş, X14 ailə başçısı olduğu, Həyat yoldaşı- İddiaçı Sabiq qızı olduğu, adlarına olan torpağın 1997-2000-ci illərdə 0,08 ha olduğu, 2011-2015-ci illər üzrə 3 saylı təsərrüfatbaşına kitabın 232 saylı şəxsi hesabına əsasən, adlarına olan torpağın 0,08 olduğu qeyd olunub. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-161 reyetsr qeydi nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrinin etibarsız hesab edilməsinə, 23 may 2002-ci il tarixdə vəfat etmiş X17 mirasıqalan Bərdə rayon Türkmən kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin, həmçinin Bərdə rayonun, Türkmən kəndində yerləşən 1.02 ha torpaq sahəsinin vərəsələr Cavabdeh1, X10 və İddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsinə, xx.xx.2002-ci ildə vəfat etmiş miras qoyan X23 məxsus olmuş fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin miras əmlak kimi qanuni vərəsələr Cavabdeh1, və xx.xx.2017-ci ildə vəfat etmiş qanuni vərəsə X10 qanun üzrə vərəsələri İddiaçı, Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı, Maraqlı şəxs3 Elburus qızı və Maraqlı şəxs1 arasında yenidən bölünməsinə və hər bir vərəsənin payımın müəyyən olunmasına, hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manatın cavabdelərdən alınaraq ona qaytarmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: İddiaçı X6 23 may 2002-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən öncə onun aşağıdakı qanun üzrə birinci növbə vərəsələri qalmışdır: Cavabdeh1-arvadı Cavabdeh3-oğlu X18-oğlu İş materiallarından müəyyən edilir ki, İddiaçı həyat yoldaşı və miras qoyan X17 oğlu olan Elburus Məhərrəmov 23 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Elburus Məhərrəmov vəfat etməmişdən öncə aşağıda göstərilən qanun üzrə birinci növbəli vərəsələri qalmışdır: İddiaçı-arvadı Maraqlı şəxs3 Elburus qızı-qızı Maraqlı şəxs1-qızı Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı-qızı İş materiallarına və aparılan araşdırmalara, təqdim edilmiş sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X32 rayonu, Türkmən kəndində 0,18 ha torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi qalmışdır. İddia ərizəsində mərhum Fərhad Məhərrəmovdan 1,02 ha torpaq sahəsinin miras əmlak kimi qalması və onun qəbul edilməsi göstərilsə də məhkəməyə təqdim edilmiş materiallarda həmin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd və digər sübutlara rast gəlinmədi. Məhkəmə buna görə reyestrdə mövcud olmayan əmlakın qəbulunu mümkün hesab etmir və sözügedən 1,02 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu məsələsinə münasibət bildirməkdən imtina edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə iddiaçı və üçüncü şəxslər İddiaçı, Elnarə və Maraqlı şəxs1lar və Maraqlı şəxs2 mərhum Elburus Məhərrəmovun vərəsələri olmaqla ondan qalan miras əmlaka, həmçinin mərhum X26 Məhərrəmova miras qalan paya münasibətdə miras əmlakı qəbul etmişlər. Həmçinin, iş materiallarından və məhkəmə qətnamələrindən, qərarlardan müəyyən olunur ki, mərhum X31 vəfat etdikdən sonra mərhum Məhərrəmov Elburus öz arvadı və uşaqları, yəni ailəsi ilə birlikdə mərhum Fərhad Məhərrəmova məxsus torpaq sahəsi və yaşayış evində uzun illər yaşayaraq miras əmlakı qəbul etmiş, əmlaka faktiki sahiblik və istifadə etmişlər. Lakin, Fərhad Məhərrəmovun 23 may 2002-ci il tarixdə vəfat etməsindən uzun illər sonra, 23 fevral 2017-ci il tarixdə oğlu Elburus Məhərrəmov vəfat etmiş, mərhumun oğulun ölümündən az bir müddət sonra, yəni 07 aprel 2017-ci il tarixdə Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən mərhum X16 miras qalan ünvan 1ində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində tikilməklə yerləşən ümumi sahəsi 170,9 kv.m olan 4 otaqlı yaşayış evinə dair Cavabdeh1 tam, yəni 1/1 hissədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, Fərhad Məhərrəmovun qanun üzrə birinci növbəli vərəsəsi sırasına Elburus Məhərrəmov da daxil idi və miras qoyan vəfat edərkən adıçəkilən şəxs olan oğlu sağ olmuşdur. Bundan başqa işdən də müəyyən edilir ki, mərhum Fərhad Məhərrəmov hələ ölməmişdən qabaq 1997-ci ildə iddiaçı Elmira X2 Məhərrəmovla ailə həyatı quraraq ünvan 2ində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və Fərhad Məhərrəmovun ölümündən sonra əri Elburus Məhərrəmovun vəfat etdiyi tarix olan 23 fevral 2017-ci il tarixədək uşaqları ilə birlikdə həmin evdə yaşamış, ərinin ölümündən sonra hazırki cavabdehlər tərəfindən evdən çıxarılmışdır. Bununla da iddiaçı və üçüncü şəxslər Fərhad Məhərrəmova məxsus ünvan 2ində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə, habelə ünvan 1ində yerləşən 1,02 ha torpaq sahəsinə faktiki sahiblik və istifadə etmişlər. Lakin, Fərhad Məhərrəmovun qanun üzrə birinci növbə vərəsəsi sırasına mərhum Elburus Məhərrəmov da daxil olduğundan, lakin Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə vərəsələrin dairəsi notarius tərəfindən tam şəkildə araşdırılmadan və nəzərə alınmadan birtərəfli qaydada yalnız Cavabdeh1 vərəsə kimi tanındığından iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Xüsusilə, işdə olan Elburus Məhərrəmovla bağlı verilmiş şəhadətnamə və vətəndaşlıq vəziyyətinin qeydiyyatı aktları, habelə yaşayış yerindən arayışlarda hazırki iddiaçı və üçüncü (maraqlı) şəxslərin mərhum Elburus Məhərrəmovun qanun üzrə birinci növbə vərəsələri olması görünür, X1 olmaqla onun vərəsəsi olması və ondan qalan miras əmlakı hazırki iddiaçılar olan ailə üzvləri ilə birlikdə istifadə etməsi səbəbindən, həmçinin Fərhad Məhərrəmovla bağlı verilmiş xx.xx.2017-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin hansı səbəbdən və əsasla onun ölümündən 15 il sonra verilməsinin müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, həmin şəhadətnamə və onun nəticələri etibarsız hesab edilməli, 23 may 2002-ci il tarixdə vəfat etmiş miras qoyan X23 məxsus olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi Cavabdeh1 və mərhum Elburus Məhərrəmovun vərəsələri olan İddiaçı, Maraqlı şəxs3 Elburus qızı, Maraqlı şəxs1 və Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı tərəfindən qəbul edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsinə səbəb odur ki, hazırki iddia ərizəsində mirasın qəbulu faktından bəhs edilir ki, mirasın qəbulu faktı xüsusi icraat qaydasında həyata keçirildiyindən və hazırki işdə tərəflər arasında mübahisə olması səbəbindən iddia qaydasında məhkəməyə müraciət edildiyindən məhkəmə hesab edir ki, iddia mirasın qəbulu faktı ilə deyil, mirasın qəbul edilmiş hesab edilməsi ilə müəyyən edilə bilər. Məhkəmə iddia ərizəsini payın bölünməsi və tanınması hissəsində təmin etməyərək hesab edir ki, həmin məsələ notariusun səlahiyyətində olduğundan və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyindən notarius tərəfindən paylar müəyyən ediləcək və müvafiq şəhadətnamə təqdim ediləcək. Həmçinin, Fərhad Məhərrəmovdan miras qalan əmlaka xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi iddiaçı, üçüncü şəxslər və onun vəkilinə yalnız vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan sonra bəlli olduğundan kəsici müddət ötürülməmişdir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərdən müştərək qaydada tutulmalı, geri qalan 50 manat isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və üçüncü (maraqlı) şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi və mirasda payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-161 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilsin. 23 may 2002-ci il tarixdə vəfat etmiş miras qoyan X23 məxsus olmuş ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi Cavabdeh1 və mərhum X10 qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı, Maraqlı şəxs3 Elburus qızı, Maraqlı şəxs1 və Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı tərəfindən qəbul edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun geri qalan 50 manat hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar