Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3149/2025 19.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 360 manat borcun, 54 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat dövlət rüsumun ödənilməsi ilə bağlı xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumat əsasında Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı müəyyən edilmişdir. Cavabdehin əsas fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsi fəaliyyətidir. xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti olan mal maşının ehtiyat hissələridir (ön fara, güzgü, duman işığı, kalpak və.s). Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən müqavilə sahibkarlıq fəaliyyəti məqsədləri üçün bağlandığından mübahisənin məhkəmə aidiyyəti kommersiya məhkəməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3–cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- **********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №e-2(021)-3149/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3149/2025
19.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver