Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-316/2025 28.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi , İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə , İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2265 manat borc və ödənilmiş 42,65 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. ünvan 1 ünvanında rəsmi qeydiyyatda olan, faktiki olaraq Bərdə rayonunun Əyricə kəndində yaşayan Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin "Proqram bazası"nda **********00163 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla xx.xx.2019-cu il tarixdə quraşdırılmış Paud MP106 tipli, zavod nömrəsi **********3 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2023-cü il tarixinə kimi istifadə etmiş, həmin tarixdən hal-hazıra kimi isə Paud MP 106 tipli, zavod nömrəsi **********1 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında "Elektrik enerjisinin alqi-satqısının bir tipli müqaviləsi" bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən enerji təchizati müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş "Bildiriş-Xəbərdarlığ"a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilerinə əsasən dəyəri 378 manat məbləğində elektrik enerjisi istehlak etmişdir. Cavabdeh yaşadığı evde mütəmadi olaraq elektrik enerjisinden sayğacdan kenar xətt vasitəsi ilə istifade etdiyinə görə Bərdə EŞ-in əməkdaşları tərəfindən barəsində Elektrik Enrjisindən istifadə Qaydalarının tələblərinə uyğun olaraq Aktlar tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə Bərdə EŞ-in əməkdaşları Şahid, Ə.Abdullayev və E.Hüseynov tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı cavabdehin sayağcın alt qapaq möhürünü qıraraq elektrik enerjisinden qanunsuz olaraq sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilərək barəsində AKT R No218528 saylı akt tərtib edilmişdir. Akta əsasən "Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 331,65 manat təşki eden 4415 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdə Berde EŞ-in əməkdaşları Şahid, Ruhani Asim və Kərəmov Fuad tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin sayğacın giriş faza yuvasından birbaşa xətt çekǝrǝk enerjidən qanunsuz istifadə etdiyi aşkar edilərək barəsində AKT R Ne245154 saylı akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 370,17 manat təşki edən 3447 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022cü il Bərdə EŞ-in əməkdaşları Şahid, Ruhani Asim və Rzayev Amil tərəfindən cavabdeh M.Qoğayevanın yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin elektrik enerjisinə sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilərək barəsinde AKT RN 271127 saylı akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 1001,35 manat təşkil edən 10165 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci tarixdə Bərdə EŞ-in əməkdaşları Şahid, Elşən Abbasov və Ələkbər Abdullayev tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin yeniden elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifade etmesi faktı aşkar edilərek barəsində AKT R No271508 saylı akt tərtib edilmişdir. Akta əsasən "Aran" RETSİ-də fəaliyyet göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 162,93 manat təşki edən 1361 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-in eməkdaşları Vasif Əkberov, Rühani Asim və Hüseynov Elşən tərəfindən nəzarət qaydasında cavabdehin "EEİQ"na riayət edib-etmədiyi yoxlanılarkən onun barəsində tərtib edilmiş aktlara, aparılmış izahlı söhbətlərə baxmayaraq yenidən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi aşkar edilmişdir. Faktla bağlı Ə.M.Qocayeva barəsində AKT R Ne283182 saylı akt tərtib edilmişdir. Aktın tərtibatında cavabdehin nümayəndəsi qismində X3 iştirak etmişdir. Akta əsasən "Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq 76,78 manat təşkil edən qanunsuz istifadə nəticəsində itirilmiş 806 kvt saat miqdarında elektrik enerjisi bərpa edilmişdir. Cavabdehin nümayəndəsi akta imza etməkdən imtina etmişdir. Pozuntu faktlarının mobil telefon vasitəsi ilə video çəkilişləri aparılmışdır. Cavabdeh tərəflərindən Bərdə EŞ-in əməkdaşları vasitəsi ilə xx.xx.2024-cü il tarixinə elektrik enerjisinden istifadəyə görə yaratmış olduğu 2265 manat məbləğində borcun ödənilməsi barədə 18 nömreli Pretenziya təqdim edilmişdir.. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC –nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi. Həmçinin məhkəməyə 1 ədəd CD və əlavə aktlar təqdim edərək bildirdi ki, cavabdeh cüzi ödəniş etmişdir, hazırda cavabdehin 2167 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki: xx.xx.2024-cü il tarixli, 983482 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli R №218528 saylı Aktdan və xx.xx.2021-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları yaşadığı evin elektrik enrjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı cavabdehin sayağcın alt qapaq möhürünü qıraraq elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də əaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 341,65 manat təşki edən 4415 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2021-ci il tarixli R №245154 saylı Aktdan və xx.xx.2021-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin sayğacın giriş faza yuvasından birbaşa xətt çəkərək enerjidən qanunsuz istifadə etdiyi aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 307,17 manat təşkil edən 3447 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixli R №259846 Aktdan və həmin akt üzrə tərtib edilmiş İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin elektrik enerjisinə sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 285,81 manat təşki edən 2261 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixli R №o259992 saylı Aktdan və həmin akt üzrə tərtib edilmiş İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin elektrik enerjisinə sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 63,83 manat təşki edən 491 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-cü il R №271127 saylı Aktdan və xx.xx.2022-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən Cavabdeh yaşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin elektrik enerjisinə sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən yenidən hesablama aparılaraq dəyəri 991,35 manat təşki edən 8165 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci tarixli R №271508 saylı Aktdan və xx.xx.2022-ci il tarixli İcra vərəqəsindən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən Cavabdeh aşadığı evin enerji təchizatına növbəti dəfə baxış keçirilmişdir. Baxış zamanı cavabdehin yenidən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilərək barəsində akt tərtib edilmişdir. Akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 162,93 manat təşki edən 1361 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdə R №283182 saylı Aktdan görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən nəzarət qaydasında cavabdehin “EEİQ”na riayət edib-etmədiyi yoxlanılarkən onun yenidən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi aşkar edilmişdir. Faktla bağlı Ə.M.Qocayeva barəsində akt tərtib edilmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən yenidən hesablama aparılaraq 76,78 manat təşkil edən qanunsuz istifadə nəticəsində itirilmiş 806 kvt saat miqdarında elektrik enerjisi bərpa edilmişdir. Arayışdan isə görünür ki, itirilmiş sərfiyyata görə 76,78 manat hesablanmışdır. Video diskdən görünür ki, Bərdə EŞ-in əməkdaşları tərəfindən 5 dəfə müxəlif vaxtlarda (xx.xx.2022-ci il tarixdə və digər tarixlərdə) nəzarət qaydasında cavabdehin “EEİQ”na riayət edib-etmədiyi yoxlanılarkən onun və digər elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etmə faktları aşkar edilmişdir. Abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********00163 olan abonent Cavabdeh 2167 manat borcu vardır. xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, abonent kodu **********00163 olan abonent Cavabdeh eleketrik enerjisindən istifadəyə görə 2265 manat borcun 7 gün müddətində ödənilməsi barədə xəbədarlıq edilmişdir. Abonent kodu **********00163 olan abonent Cavabdeh ünvanlanmış Bildirişdən görünür ki, ödəniləcək məbləğ 2265 manat təşkil edir. xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 42,65 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 983482 nömrəli elektrik enerjisinin alqı-satqı müaviləsi bağlanmışdır. Abonent Cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq kənar xətdən istifadə etmişdir. Hazırda abonent kodu **********00163 olan abonent Cavabdeh elektrik enerjisinə görə görə borcu 2265 manat deyil, 2167 təşkil təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 9.8.2. enerjitəchizatı müəssisəsinin və ya «Dövlət Enerjinəzarət» İdarəsinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməyə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclular icranı gecikdirməklə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqıstqı müqaviləsinə dair cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 42,65 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 42,65 mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2261 manat borc tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 42.65 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-316/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-316/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver