Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-320/2024 29.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İcbari Sığorta Bürosu” X19 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 4700 manat sığorta ödənişi məbləğinin və 67 manat dövlət rüsumunun, cəmi 4767 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “İcbari Sığorta Bürosu” X12 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X19 iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST ********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vsaitəsi sahiblərinin mülki məsuliyyətinin icbari” növü üzrə Cavabdeh adına sığortalanmış Ford Kuga markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 04.07. 2020-ci il tarixində Tərtər, Hindarx yolu 35 km ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dadaşov Elçin Telman oğlunun və X2 əmlaklarına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” X19 tərəfindən zərərçəkənlərə dəymiş zərər üzrə zərərçəkən X10 2350 manat, X3 2350 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 iyul 2020-ci il tarixli qərardadn məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh Ford Kuga markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu səbəbdən də AR İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X19 məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 04 may 2020-ci il tarixli, PST********** nömrəli sığorta müqaviləsi haqqında məlumatın surətindən müəyyən olunur ki, icbari sığorta müqaviləsi Cavabdeh ilə ** MD *** dövlət qeydiyyat nişanlı, “FORD KUGA” markalı avtomobilə görə bağlanmışdır. İş materiallarında olan sığorta ödənişi ilə əlaqədar ödəniş tapşırıqlarının surətindən müəyyən olunur ki, X11 2350 manat, X10 2350 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 23 iyul 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, sürücü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və qərarın surətinin BDYPİ YPXA-nın Xİİİ tağımlna göndərilməsi, material saxlanılması üçün DİN-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 30995/2020 saylı Yol-Nəqliyyat hadisəsinə dair ərizədən görünür ki, X1 Mənsur Zakir oğlunun nəqıiyyat hadisəsi törədərək, onun avtomobilini vurduğunu, nəticədə ona zərər dəydiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən verilmiş 11 avqust 2020-ci il tarixli, 005-1/526 saylı arayışdan görünür ki, 04 iyul 2020-ci il tarixdə təxminən 01:50 radələrində Borcunlu-Tərtər Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 35-ci kilometrliyində Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “Ford KuGA” markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu kəndi istiqamətində hərəkətdə olan zaman həmin yolda olan xüsusi karantin postunda dayanmış vəziyyətdə X4 məxsus”Mercedes Benz 320” markalı 10-VU 203 qeydiyyat nişanlı digər avtomobillə toqquşmuş, nəticədə “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı digər avtomobillə toqquşmuş, nəticədə “Opel Astra” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X18 xəsarət alaraq Bərdə RMX-na müraciət etmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 642 saylı, 04 iyul 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh 04 iyul 2020-ci il tarixdə avtoqəza zamanı sərxoş olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 644 saylı, 04 iyul 2020-ci il tarixli aktdan görünür ki, X16 04 iyul 2020-ci il tarixdə avtoqəza zamanı sərxoş olmamışdır. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 643 saylı, 04 iyul 2020-ci il tarixli aktdan görünür ki, X6 04 iyul 2020-ci il tarixdə avtoqəza zamanı sərxoş olmamışdır. İş materiallarında olan AA0889212 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1979-cu ildə ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarında olan BC 058905 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi X10 məxsusdur. İş materiallarında olan AE 213998 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə aktından görünür ki, “Opel Astraa” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin qiyməti 1390 manat, xidmət haqqı 960 manat, ümumi 2350 manat təşkil etməsi aktlaşdırılmışdır. İş materiallarında olan İC AA 5544/20 saylı işə dair Sığorta Aktından görünür ki, “Opel Astraa” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta ödənişinin 2350 manat müəyyən edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan İC AA 5543/20 saylı işə dair Sığorta Aktından görünür ki, Mercedes Benz 320 minik markalı, 10VU 203 dövlət qeydiyyat nişanlı avtomobilin sığorta ödənişinin 2350 manat müəyyən edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan AZE 18650364 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 xx.xx.1958-ci ildə ünvan 3i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AE 229545 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, həmin sürücülük vəsiqəsi X4 məxsusdur. İş materiallarında olan AC-751369 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mercedes Benz 320 minik markalı, 10VU 203 dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan AB-428549 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Opel Astra minik markalı, 02BX966 dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə aktından görünür ki, Mercedes Benz 320 minik markalı, 10VU 203 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin qiyməti 1630 manat, xidmət haqqı 720 manat, ümumi 2350 manat təşkil etməsi aktlaşdırılmışdır. İş materiallarında olan Əmlaka dair qiymətləndirmə aktından görünür ki, FİAT DOBLO minik markalı, 90AP568 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin qiyməti 130 manat, xidmət haqqı 170 manat, ümumi 300 manat təşkil etməsi aktlaşdırılmışdır. İş materiallarında olan X18 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, X15 əmisidir, Opel Astra minik markalı, 02BX966 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə əmisinə məxsusdur. 04 iyul 2020-ci il tarixdə təxminən saat 00:20 radələrində onlar Tərtər- Hindarx-Borsunlu Bərdə rayonu ərazisindən keçən 35-ci km-də yerləşən Koronovirusla əlaqədar postda yoxlanışda dayanarkən Borsunlu istiqamətində yüksək surətlə hərəkət edən “Ford” markalı avtomobilin xüsusi karantin postunda olan “Dobla” markalı polis avtomobili ilə toqquşmuş, bundan başqa onlardan qarşıda dayanmış “Mercedes Benz 320 markalı avtomobillə, sonra isə onların avtomobili ilə toqquşmuş, o, həmin vaxt xəsarət almışdır, hadisə zamanı “Ford” markalı avtomobilin sürücüsü olan Mənsur adı şəxsdən kəskin alkoqol qoxusu gəlmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Mercedes benz 320 minik markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 04 iyul 2020-ci il tarixdə təxminən saat 00:20 radələrində onlar Tərtər-Hindarx- Borsunlu Bərdə rayonu ərazisindən keçən 35-ci km-də yerləşən Koronovirusla əlaqədar postda yoxlanışda dayanarkən Borsunlu istiqamətində yüksək surətlə hərəkət edən “Ford” markalı avtomobilin xüsusi karantin postunda olan “Dobla” markalı polis avtomobili ilə toqquşmuş, sonra isə onun avtomobillə, sonra isə başqa bir avtomobil ilə toqquşmuş, hadisə zamanı “Ford” markalı avtomobilin sürücüsü olan Mənsur adı şəxsdən kəskin alkoqol qoxusu gəlmişdir. İş materiallarında olan X13 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, 04 iyul 2020ci il tarixdə təxminən saat 00:20 radələrində onlar Tərtər-Hindarx-Borsunlu Bərdə rayonu ərazisindən keçən 35-ci km-də yerləşən Koronovirusla əlaqədar postda “ Fiat doblo” ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən, dayanarkən Borsunlu istiqamətində yüksək surətlə hərəkət edən “Ford” markalı avtomobili xüsusi karantin postunda olan “Dobla” markalı polis avtomobili ilə toqquşmuş, sonra yoxlanış üçün dayanmış “Mercedes Benz 320 markalı avtomobillə, sonra isə Opel Astra minik markalı, 02BX966 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə zamanı “Ford” markalı avtomobilin sürücüsü olan Mənsur adı şəxsdən kəskin alkoqol qoxusu gəlmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatdan göstərilmişdir ki, “X31” markalı 99- MD-594 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. 03 iyul 2020-ci il tarixdə o, yaşadığı evdə qonaq qəbul etmiş, həmin qonaqlarla şam edən zaman o, spirtli içki qəbul etmiş, bundan sonra o Bərdə rayonuu, Mirzalıbəyli kəndində yaşayan qaynatasının evindən azyaşlı uşağını gətirməli olmuşdur. Bu məqsədlə o, idarə etdiyi “X31” markalı avtomobillə təxminən saat 01:35 radələrində yaşadığı evdən həmin kəndə yola düşmüş, sərxoş vəziyyətdə avtomobili idarə etdiyini xatırlayır, sonra isə bə baş verdiyini xatırlamır, ayılan zaman isə sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə xüsusi karantin postunda dayanmış avtomobillərlə toqquşduğu ona məlum olmuşdur. İş materiallarında olan X21 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, 03 iyul 2020ci il tarixdə təxminən saat 00:20 radələrində onlar Tərtər-Hindarx-Borsunlu Bərdə rayonu ərazisindən keçən 35-ci km-də yerləşən Koronovirusla əlaqədar postda xidmətdə olarkən, yoxlanış üçün dayanmış “Mercedes Benz 320 markalı avtomobil saxlanılmış, həmin vaxt Bərdə rayonu istiqamətində hərəkətdə olan Ford Kuqa markalı avtomobil əvvəl postda olan dəmir məhəccərə çırpılmış, həmin dəmir məhəccər isə postda dayanmış “Fiat Doblo” markalı 90 AP-568 dövlət qeydiyyat nişanlı post patrul xidməti avtomobilinə çırpılmış, sonra isə həmin avtomobil tərəfindən saxlanılnan “ Mercedes Benz 320 markalı avtomobillə, daha sonra isə həmin postda saxlanılmışdigər avtomobil “Opel Astra” markalı avtomobillə qotqquşmuşdur. Toqquşma zamanı qeyd etdiyi avtomobillərin hamısına ziyan dəymişdir. İş materiallarında olan X15 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Opel Astra minik markalı, 02BX966 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 04 iyul 2020-ci il tarixdə təxminən saat 00:20 radələrində onlar Tərtər-Hindarx-Borsunlu Bərdə rayonu ərazisindən keçən 35-ci km-də yerləşən Koronovirusla əlaqədar postda yoxlanışda dayanarkən Borsunlu istiqamətində yüksək surətlə hərəkət edən “Ford” markalı avtomobilin xüsusi karantin postunda olan “Dobla” markalı polis avtomobili ilə toqquşmuş, bundan başqa onlardan qarşıda dayanmış “Mercedes Benz 320 markalı avtomobillə, sonra isə onların avtomobili ilə toqquşmuş, həmin vaxt onun avtomobilində olan sərnişin qardaşı oğlu Hüseyn xəsarət almışdır, hadisə zamanı “Ford” markalı avtomobilin sürücüsü olan Mənsur adı şəxsdən kəskin alkoqol qoxusu gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı “İcbari Sığorta Bürosu” X19 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4700 manat sığorta ödənişi məbləğinin və 67 manat dövlət rüsumunun, cəmi 4767 manat pulun tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X12 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla təsdiq edildiyindən və iddiaçı təşkilatın subroqasiya hüququ mövcud olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi imkanının olmaması iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı subroqasiya tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4700 manat sığorta ödənişi məbləğinin və 67 manat dövlət rüsumunun, cəmi 4767 (dörd min yeddi yüz altmış yeddi) manat tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X12 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-320/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-320/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver