Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3247/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.194 (on üç min yüz doxsan dörd) manat, dövlət rüsumu qismində ödənilmiş 130 (bir yüz səksən səkkiz) manat, vəkil xərcləri üçün ödənilmiş 300 (üç yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, cavabdeh ondan un məhsulları almışdır. Ümumilikdə onun aldığı mallara görə 13.194 (on üç min yüz doxsan dörd) manat borcu qalmışdır. Cavabdeh öhdəliklərini icra etməkdən yayınır, bəhanələr gətirir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iş onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Masazır qəsəbəsi Qurtuluş küçəsi 93 ev 12 mənzil 14-də yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə rayon sakini Cavabdeh xx.xx.2020-ci il tarixədək un məhsulları satdığını lakin Cavabdeh 13194 manat pulunu verməməsini bildirmiş, həmin müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Masazır qəsəbəsi Qurtuluş küçəsi 93 ev 12 mənzil 14-də yaşayan yaşayan İddiaçı Bərdə rayon ərazisində Cavabdeh 13194 manat dəyərində un məhsulları satmış, lakin sonuncu Pandemiya dövründə çörək sexinin fəaliyyəti zəif olmuş, İddiaçı pulunu verməmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Bərdə şəhəri Gəncə küçəsi ev 77-də yaşayır və rəsmi olaraq heç yerdə işləmir. O, Bərdə-Tərtər yolunun 2-ci km-də çörək sexi işlədir, İddiaçı Dergah oğlunun şikayət ərizəsi ilə tanış olmuş, 4-5 il olar ki, İddiaçı tanıyır, Bakı şəhərindən ona un məhsulları gətirmiş satmış, vaxtı vaxtında pulunu vermişdir. Pandemiya dövründə çörək sexinin fəaliyyəti çox zəyif olmuş, İddiaçı ona satdığı unun pulunu verə bilməmişdir. 2020ci ilin axırlarından İddiaçı borcu yaranmağa başlamış, bu günə qədər 13194 manat pul borcu yığılmışdır. Buda ona görə olmuş ki, ondan bir neçə nəfər şəxs çörək götürmüş pulunu verməmişlər buna görə o, İddiaçı borclu olduğu 13194 manat pulu verə bilməmişdir. O, İddiaçı verəcəyi puldan çox alacaqları olmasını, ona köməklik göstərilməsini alacaqlarını alaraq İddiaçı pulunu verəcəyini demişdir. O, hal-hazırda çörək sexinin mənfəət gətirə bilməməsini, onun çörək sexi və evinin bankda girovda olmasını bildirmişdir. İddiaçı etibarından sui istifadə edərək onu aldatmamasını nədə ki, 13194 manat pulunu ələ keçirməməsini, nə vaxt ona borclu olan şəxslər onun 13891 manat pulunu versələr o, da İddiaçı 13194 manat pulunu verəcəyini bildirmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ş****** E******* Ş****** adlı şəxsin 416974******2617 nömrəli kart hesabına 300 manat ödəniş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 130 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh 13194 manat dəyərində un məhsulları satmış, lakin sonuncu Pandemiya dövründə çörək sexinin fəaliyyəti zəif olmuş, İddiaçı pulunu verməmişdir. İddiaçı bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında borcunu etiraf etmiş və Bərdə RPŞ–nin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən,Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567 -ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 13194 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 130 (bir yüz) manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 13.194 (on üç min yüz doxsan dörd) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 130 (bir yüz otuz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-3247/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3247/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver