Məhkəmə qərarları › İş №e-2(021)-325/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-325/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-325/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı P-AQRO MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı P-AQRO MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı P-AQRO MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh onun xeyrinə 5625.66 manat məbləğində borcun, 562.56 manat cərimənin, 81.89 manat məbləğində dövlət rüsumunun, cəmi 6270.11 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, P-AQRO MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-255 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Mustafaağalı kəndi ərazisində 7.0 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14423 manat məbləğində vəsaiti (iş xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitinin dəyərini xam-pambıq ödəməli və avans götürdüyü vəsait (iş və xidməti) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 250 manat məbləğində şum, 195 manat məbləğində rotasion mala, 1000 manat məbləğində mala çəkmə,108 manat məbləğində kanal çəkmə, 153 manat məbləğində çiyid səpini, 288 manat məbləğində kultivasiya, 266 manat məbləğində gübrə kultivasiyası, 120 manat məbləğində rotasion kultivasiya, 416 manat məbləğində dərman səpini, 630 manat məbləğində pambığın maşınla yığımı, 100 manat məbləğində tirə vurma, 6650 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4199 manat məbləğində dərman və gübrə, 948 manat məbləğində lifsiz çiyid, ümumilikdə 14423 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 11027.91 kq- 8797.34 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bugünədək iddiaçıya 5625,66 manat məbləğində borcu qalmışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. İddiaçı P-AQRO MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1997ci il tarixdə anadan olmuşdur. PAM00001488 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 4200 manat məbləğində pul köçürülmüşdür. PAM00005875 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 700 manat məbləğində pul köçürülmüşdür PAM00006018 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 175 manat məbləğində pul köçürülmüşdür PAM00009604 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 525 manat məbləğində pul köçürülmüşdür PAM00010444 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 700 manat məbləğində pul köçürülmüşdür PAM00012385 nömrəli ödəniş tapşırığından görünür ki, P-AQRO MMC tərəfindən Cavabdeh kart hesabına 350 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki. Fermerə görə ödənilmiş yekun xərc 14423 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh aktı imzalayaraq P-Aqro MMC tərəfindən M-ağalı kultiftor həcmi 25b olmaqla almışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh aktı imzalyaraq P-Aqro MMC tərəfindən sım1 işin həcmi 1 h olmaqla almışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh aktı imzalyaraq P-Aqro MMC tərəfindən 1 mala 5 hektar olmaqla almışdır. xx.xx.2023-il tarixli aktdan görünür ki, Cavabdeh aktı imzalyaraq P-Aqro MMC tərəfindən səpin həcmi 5.20 olmaqla almışdır. xx.xx.2022-ci il tarixli 05/23-255 saylı xam-pambığın alqı-satqısına dair müqavilədən görünür ki, P-Aqro MMC ilə Cavabdeh arasında müqavilə imzalanmışdır. Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, P Aqro MMC-nin Bərdə filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-255 saylı alqı-atqı müqaviləsinə əsasən ona məxsus (icarəsində olan) Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 7 ha torpaq sahəsində pambığın becərməyi ilə bağlı sifarişləri əsasında, 14423 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Bugünədək 11027.91 kq - 8797.34 manat məbləğində xam pambıq təhvil verilməsi, çəkilmiş xərclərdən 5625.66 manat məbləğində ödənilməmiş borcun qalması bildirilmişdir. xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, P-Aqro MMC tərəfindən Cavabdeh ilə qiymətlərin razılaşdırılması haqqında protokol imzalanmışdır xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X2 etibarnamə əsasında nümayəndə səlahiyyətləri verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia təmin edildiyindən ödənilmiş 81,89 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 5625.66 manat məbləğində pul, 562.56 manat cərimə, 81.89 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6270.11 manat pul vəsaiti tutularaq P-Aqro MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 5625.66 manat məbləğində pul, 562.56 manat cərimə, 81.89 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6270.11 manat pul vəsaiti tutularaq P-Aqro MMC-nin xeyrinə ödənilsin.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar