Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3252/2025 05.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 İl xidməti üçün 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat, 40 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti üçün , 261.47 (iki yüz altmış bir manat, 47 qəpik) manat ödənilməmiş hissə, 26.15 (iyirmi altı manat, 15 qəpik) manat cərimə ,ümumilikdə 391.02 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 İl, Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti almış və nəticədə 391.02 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 169.68 manat (24 ay x 7.07 manat + 0 manat ilkin ödəniş) olan Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 İl xidməti üçün ümumilikdə, 103.4 manat olmaqla ondan, 94 (doxsan dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.4 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597.6 manat (18 ay x 33.2 manat + 0 manat ilkin ödəniş) olan Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti üçün ümumilikdə, 287.62 (iki yüz səksən yeddi manat, 62 qəpik) manat olmaqla ondan, 261.47 manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.15 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 411.81 manat təşkil edir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 24 ay hər ay 7.07 manat ödəniş edilməsi şərti ilə Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 İl xidməti almış, və nəticədə 103.40 manat borc yaranmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 18 ay hər ay 33.2 manat ödəniş edilməsi şərti ilə Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti almış, və nəticədə 287.62 manat borc yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 169.68 manat məbləğində 24 ay hər ay 7.07 manat ödəniş edilməsi şərti ilə Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 İl xidməti almış, 94 manat ödənilməmiş hissə, 9.40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 597.6 manat məbləğində 18 ay hər ay 33.2 manat ödəniş edilməsi şərti ilə Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti almış, 261.47 manat ödənilməmiş hissə, 26.15 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Mıxer Daewoo, Fen Gorenje, 2 Ədəd X1 3 iL xidməti almış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Xıaomı Redmı 12, X1 3 İl Xidməti, Paket L xidməti almış lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, borcundan cəmi 411.81 manat ödəmiş, nəticədə hər iki müqavilə üzrə cəmi 391.02 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 09 mart 2024-cü il tarixli 02006829 saylı müqavilə üzrə 94 manat ödənilməmiş hissə, 9.4 manat cərimə, cəmi 103.40 manat , 09 mart 2024-cü il tarixli 02006827 saylı müqavilə üzrə 261.47 manat ödənilməmiş hissə, 26.15 manat cərimə, cəmi 287.62 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 –Cİ maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09 mart 2024-cü il tarixli 02006829 saylı müqavilə üzrə 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat, 40 qəpik) manat cərimə, cəmi 103.40 (yüz üç manat 40 qəpik ) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 09 mart 2024-cü il tarixli 02006827 saylı müqavilə üzrə 261.47 (iki yüz altmış bir manat, 47 qəpik) manat ödənilməmiş hissə, 26.15 (iyirmi altı manat, 15 qəpik) manat cərimə, cəmi 287.62 (iki yüz səksən yeddi manat 62 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-3252/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3252/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver