Məhkəmə qərarları › İş №e-2(021)-3260/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3260/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3260/2025 04.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Paket L xidməti, İmei Kodu **********28666 X2 13 markalı telefon üçün 550.26 manat ödənilməmiş hissə, 55.03 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paket L xidməti, İmei Kodu **********74227 X2 13 markalı telefon üçün 511.92 manat ödənilməmiş hissə, 51.19 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 3 il xidməti, Paket XL xidməti, İmei Kodu **********55515 Oppo A40M markalı telefon üçün 500.4 manat ödənilməmiş hissə, 50.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 il xidməti, Paket XL xidməti, İmei Kodu **********78748 X2 13 markalı telefon üçün 470.04 manat ödənilməmiş hissə, 47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket L xidməti, X1 3 il xidməti, İmei Kodu **********86840 X2 13 markalı telefon üçün 449.94 manat ödənilməmiş hissə, 44.99 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei Kod **********77529 Samsung Galaxy A05S markalı telefon üçün 256.80 manat ödənilməmiş hissə, 25.68 manat cərimə, ümumilikdə 3013.3 manat borc, 50.14 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən, X1 2 il xidməti, Paket L xidməti, İmei Kodu **********28666 X2 13 markalı telefon, Paket L xidməti, İmei Kodu **********74227 X2 13 markalı telefon, X1 3 il xidməti, Paket XL xidməti, İmei Kodu **********55515 Oppo A40M markalı telefon, X1 2 il xidməti, Paket XL xidməti, İmei Kodu **********78748 X2 13 markalı telefon, Paket L xidməti, X1 3 il xidməti, İmei Kodu **********86840 X2 13 markalı telefon, İmei Kod **********77529 Samsung Galaxy A05S markalı telefon almış və nəticədə 3013.3 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 574.26 manat (18 ay x 30.57 manat + 24 manat ilkin ödəniş) olan X1 2 il xidməti, Paket L xidməti, İmei Kodu **********28666 X2 13 markalı telefon üçün ümumilikdə 605.29 manat olmaqla, ondan 550.26 manat ödənilməmiş hissə, 55.03 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 511.92 manat (18 ay x 28.44 manat + 0 manat ilkin ödəniş) olan Paket L xidməti, İmei Kodu **********74227 X2 13 markalı telefon üçün 563.11 manat olmaqla ondan 511.92 manat ödənilməmiş hissə, 51.19 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620.4 manat (12 ay x 41.7 manat + 120 manat ilkin ödəniş) olan X1 3 il xidməti, Paket XL xidməti, İmei Kodu **********55515 Oppo A40M markalı telefon üçün 550.44 manat olmaqla ondan 500.4 manat ödənilməmiş hissə, 50.04 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 587.04 manat (12 ay x 39.17 manat + 117 manat ilkin ödəniş) olan X1 2 il xidməti, Paket XL xidməti, İmei Kodu **********78748 X2 13 markalı telefon üçün 517.04 manat olmaqla ondan 470.04 manat ödənilməmiş hissə, 47 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 571.44 manat (12 ay x 45.62 manat + 24 manat ilkin ödəniş) olan Paket L xidməti, X1 3 il xidməti, İmei Kodu **********86840 X2 13 markalı telefon üçün 494.93 manat olmaqla, ondan 449.94 manat ödənilməmiş hissə, 44.99 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.80 manat (12 ay x 21.40 manat + 96 manat ilkin ödəniş) olan İmei Kod **********77529 Samsung Galaxy A05S markalı telefon üçün 282.48 manat olmaqla ondan, 256.80 manat ödənilməmiş hissə, 25.68 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən X1 3 il xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 97.50 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 24 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 97.50 manat, ümumilikdə, 121.50 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 357 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli ******* nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 574.19 manat dəyərində mal ilkin ödəniş olaraq 24 manat ödənilməklə, 18 ay müddətinə hissə-hissə hər ay 30.57 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 511.97 manat dəyərində mal ilkin ödəniş edilmədən, 18 ay müddətinə hissə-hissə hər ay 28.44 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 620.4 manat dəyərində mal ilkin ödəniş olaraq 120 manat ödənilməklə, 12 ay müddətinə hissə-hissə hər ay 41.7 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 586.99 manat dəyərində mal ilkin ödəniş olaraq 117 manat ödənilməklə, 12 ay müddətinə hissə-hissə hər ay 39.17 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 571.49 manat dəyərində mal ilkin ödəniş olaraq 24 manat ödənilməklə 12 ay müddətinə hissə-hissə hər ay 45.62 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olan Bildirişdən görünür ki, 352.8 manat dəyərində mal ilkin ödəniş olaraq 96 manat ödənilməklə 12 ay müddətinə hissə-hissə hər ay 21.4 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 550.26 manat ödənilməmiş hissə, 55.03 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 511.92 manat ödənilməmiş hissə, 51.19 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500.4 manat ödənilməmiş hissə, 50.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 470.04 manat ödənilməmiş hissə, 47 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 449.94 manat ödənilməmiş hissə, 44.99 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 256.8 manat ödənilməmiş hissə, 25.68 manat cərimə; altı müqavilə üzrə ümumilikdə 3013.3 manat borcu vardır. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.14 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 550.26 manat ödənilməmiş hissə, 27.51 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 511.92 manat ödənilməmiş hissə, 25.59 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500.4 manat ödənilməmiş hissə, 25.02 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 470.04 manat ödənilməmiş hissə, 23.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 449.94 manat ödənilməmiş hissə, 22.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 256.8 manat ödənilməmiş hissə, 12.84 manat cərimə; ümumilikdə 2876.32 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 48.77 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.37 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 550.26 manat ödənilməmiş hissə, 27.51 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 511.92 manat ödənilməmiş hissə, 25.59 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500.4 manat ödənilməmiş hissə, 25.02 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 470.04 manat ödənilməmiş hissə, 23.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 449.94 manat ödənilməmiş hissə, 22.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 256.8 manat ödənilməmiş hissə, 12.84 manat cərimə; ümumilikdə 2876.32 (iki min səkkiz yüz yetmiş altı manat otuz iki qəpik) manat borc məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 48.77 (qırx səkkiz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.37 (bir manat otuz yeddi qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar