Məhkəmə qərarları › İş №e-2(021)-3312/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3312/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3312/2022 25.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, X1 iştirakları ilə, X1 övladı X7 şəxsin fəaliyyət qabillyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək övladı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 1982-ci il təvəllüdlüdür, bir üşaq anasıdır. Yeganə övladı 01 may 2004-cü il təvəllüdlü X9 anadangəlmə “Serebral iflic-Spastik tetraplegiya” diaqnozu qoyulmuş, ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. Əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissitasının 12 avqust 2022-ci il tarixli qərarı. O, mütamədi müalicə olunsa da, onun səthinin müalicə olunub bərpa olunması mümkün olmamış, hal-hazırda da özünü idarə etmək iqtidarında deyildir. O, heç nəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabiliyyəti yoxdur. Ona qəyyum təyin edilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinin himayəçilik və qəyyumluq orqanı şöbəsinə müraciət etsələrdə, ona X7 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Oğlunun fəailyyət qabiliyyəti olmadığından o, oğlu Gündüz Ədilova qəyyum təyin edilmədiyindən əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Odur ki, 01 may 2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında X2 tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən şəxsin psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məxburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından, iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməli, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə müvafiq olaraq, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda icraatı dayandıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97- 98, 263-264, 266-268-ci və 319-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 övladı X7 şəxsin fəaliyyət qabillyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:

1. 01 may 2004-cü ildə doğulmuş, ünvan 1 ünvanda yaşayan X6 hazırda hansı psixi xəstəlik aşkar olunur?

2. X9 hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi?

3. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? İş üzrə məhkəmə-psixiatrik ekspertizasının rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılsın. Ekspertiza xərci müəyyən edildiyi halda X2ndan ekspertiza keçirilməzdən əvvəl dövlət nəfinə tutulsun. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilsin. Ekspertizanın keçirilməsi üçün 2(021)-3112/2022 saylı mülki iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə təqdim edilsin. Rəy verə bilməsi üçün 01 may 2004-cü ildə doğulmuş X9 ekspertizaya cəlb edilsin. Ekspertiza keçirilməsi və rəyin verilməsi göstərilən şəxsin ekspertizaya cəlb edildiyi gündən 30 (otuz) gün müəyyən edilsin. Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin. Mülki işin materialları və X9 ekspertlərin sərəncamına təqdim edilsin. Mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra dayandırmaya aid olan hissədə 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilərlər.

HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar