Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3364/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********17349 Honor X9b markali telefon üçün 332,78 (üç yüz otuz iki manat, 78 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 33,28 (otuz üç manat, 28 qəpik) manat cərimə, cəmi 389,66 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********17349 Honor X9b markalı telefonalmış və nəticədə 389,66 (üç yüz səksən doqquz manat, 66 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 803,04 (səkkiz yüz üç manat, 04 qəpik) manat (yəni 12 ay x 66,92 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********17349 Honor X9b markalı telefon üçün ümumilikdə, 389,66 (üç yüz səksən doqquz manat, 66 qəpik) manat olmaqla ondan 332,78 (üç yüz otuz iki manat, 78 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olaraq 33,28 (otuz üç manat, 28 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 470,26 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiklərinə görə iş üzrə icraata xitam verilməsini və rüsumun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi üzrə başlanmış 2(021)-3364/2025 saylı mülki işin icraatına MPM-nin 261.0.4-cü maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu iddiaçıya qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(021)-3364/2025 saylı mülki iş üzrə icraata xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(021)-3364/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddianın verilməsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-3364/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3364/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver