Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3399/2023 16.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi İlə, İddiaçı Cavabdeh, maraqlı şəxslər X4, Maraqlı şəxs1 qarşı “mirasın qəbulu faktının müəyyən olunması və miras əmlaka payların müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Güloğlular kənd inzibati ərazi dairəsinin Divanlı kəndində yerləşən, həmin kəndin sakini mərhum X2 miras qalmış 0.08 ha torpaq sahəsi üzərinə tikilmiş 2 mərtəbəli 6 otaqdan və mətbəxdən ibarət olan fərdi yaşayış evini, həmin evin üzərində tikildiyi 0,08 ha həyətyanı torpaq sahəsini və həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yardımçı tikililərin miras olaraq, onun və övladları X3 və X1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına və həmin daşınmaz əmlaklar üzərində onların, həmçinin digər vərəsələr Maraqlı şəxs1 və Cavabdeh paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində görünür ki, İddiaçı tələbini əsaslandırdığı iddia ərizəsində “mirasın qəbulu faktının müəyyən olunması və miras əmlaka payların müəyyən edilməsini” xahiş etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olmayan forma və məzmunda ərizə tərtib etməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə aiddirsə, ərizə tərtib olunaraq tərəf kimi ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə aid olduqda isə, iddiaçı və cavabdeh kimi qeyd olunmaqla, iddia ərizəsi formasında təqdim olunmalıdır. Belə ki, "mirasın qəbul edilməsi faktı" hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aid olduğundan həmin işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılır. Mübahisə olarsa iddia icraatı qaydasında baxılır. Bundan başqa iddia ərizəsinin xahiş etdi hissəsində iddiaçının miras əmlak üzərində onun və övladlarının, həmçinin digər vərəsələrin paylarının müəyyən olunmasını tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh miras qalmış əmlakdan yalnız öz payının müəyyən olunmasını tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin əvvəlcədən məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş, müvafiq notarial orqana müraciət etməsi barədə heç bir sənəd təqdim etməmişdir. Halbuki iddiaçı məhkəməyə qədər nizama salınmasına riayət edilməsi üçün müvafiq notarial orqana müraciət etməli, mübahisənin məhkəməyə qədər həlli mümkün olmadıqda və ya notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə, həmin orqanın imtina etməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, maraqlı şəxslər X4, Maraqlı şəxs1 qarşı “mirasın qəbulu faktının müəyyən olunması və miras əmlaka payların müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh, maraqlı şəxslər X4, Maraqlı şəxs1 qarşı “mirasın qəbulu faktının müəyyən olunması və miras əmlaka payların müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-3399/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3399/2023
16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver