Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3405/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffman, X22 İl Xidməti üçün 696,92 manat ödənilməmiş hissə, 69,69 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 2 X3 Gt 4 qol saatı üçün 640,18 manat ödənilməmiş hissə, 64,02 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Poco C65 markali telefon, Paket L Xidməti, X2 2 İl Xidməti üçün 371,96 manat ödənilməmiş hissə, 37,20 manat cərimə, ümumilikdə 1879,97 manat borc, 38,80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən, Soyuducu Hoffman, X22 İl Xidməti, 2 X3 Gt 4 Qol saatı, Poco C65 Markali Telefon, Paket L Xidməti, X2 2 İl Xidməti almış və nəticədə 1879,97 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 898,8 manat (24 ay x 37,45 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffman, X22 İl Xidməti üçün 696,92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69,69 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 771,12 manat (18 ay x 42,84 manat + 0 manat ilkin ödəniş) olan 2 X3 Gt 4 Qol saatı üçün 640,18 (altı yüz qırx manat, 18 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64,02 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 552,96 manat (18 ay x 30,72 manat + 0 manat ilkin ödəniş) olan Poco C65 Markali Telefon, Paket L Xidməti, X2 2 İl Xidməti üçün 371,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,20 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 513,82 manat təşkil edir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 898.80 manat dəyərində 24 ay x 37.45 manat ödənilməsi şərti ilə Soyuducu Hoffman, X22 İl Xidməti almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 771.12 manat dəyərində 18 ay x 42.84 manat ödənilməsi şərti ilə 2 X3 Gt 4 Qol saatı almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 552.96 manat dəyərində 18 ay x 30.72 manat ödənilməsi şərti ilə Poco C65 Markali Telefon, Paket L Xidməti, X2 2 İl Xidməti almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 898.80 manat dəyərində 24 ay x 37.45 manat ödənilməsi şərti ilə Oppo A78 Markali Telefon, X1 Örtük, Plyonka İstehsali Xidməti, Paket M Xidməti, X22 İl Xidməti, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 771.12 manat dəyərində 18 ay x 42.84 manat ödənilməsi şərti ilə Paltaryuyan Hoffmann, Oğlul Zəmanət Ultra3 İl Xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 552.96 manat dəyərində 18 ay x 30.72 manat ödənilməsi şərti ilə Poco C65 Markali Telefon, Paket L Xidməti, X2 2 İl Xidməti cavabdehə satılmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 696.92 manat ödənilməmiş hissə, 69.69 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 640.18 manat ödənilməmiş hissə, 64.02 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 371.96 manat ödənilməmiş hissə, 37.20 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38.80 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən, Soyuducu Hoffman, X22 İl Xidməti, 2 X3 Gt 4 Qol saatı, Poco C65 Markali Telefon, Paket L Xidməti, X2 2 İl Xidməti cavabdehə satılmış, lakin cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə üç müqavilə üzrə cəmi 1879.97 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı «ABC TELECOM MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 14 manat məbləğində, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 13 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9 manat məbləğində cərimənin tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 696.92 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 710.92 (yeddi yüz on manat 92 qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 640.18 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 653.18 (altı yüz əlli üç manat 18 qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 371.96 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 380.96 (üç yüz səksən manat 96 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 38.80 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 –Cİ maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 696.92 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 710.92 (yeddi yüz on manat 92 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 640.18 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 653.18 (altı yüz əlli üç manat 18 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 371.96 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 380.96 (üç yüz səksən manat 96 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 38.80 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-3405/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3405/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver