Məhkəmə qərarları › İş №e-2(021)-3573/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3573/2023

06.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3573/2023 06.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X11 iclas kаtibliyi, İddiaçı, onun nümayəndəsi(vəkili) Vəkil, Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh və X1 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Güloğlular kənd i.ə.d-nin Divanlı kəndində yerləşən, həmin kəndin sakini X2 miras qalmış 0,08 ha torpaq sahəsi üzərinə tikilmiş 2 mərtəbəli 6 otaqdan və mətbəxdən ibarət olan fərdi yaşayış evini, həmin evin üzərində tikildiyi 0,08 ha həyətyanı torpaq sahəsini və həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yardımçı tikililərin miras olaraq onun və övladları X15 və X6 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına və həmin daşınmaz əmlaklar üzərində onun və yetkinlik yaşına çatmayan övladları X5 və X6 paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 5inin sakini, xx.xx.1980-cı ildə anadan olmuş X28 ilə Bərdə rayonu Güloğlular kənd i.ə.d üzrə icra nümayəndəliyində 30 iyun 2006-cı il tarixdə 03 nömrəsi ilə qeyd edilməklə evlənmişlər və gəlin olaraq onun valideyinlərinin Bərdə rayonu Güloğlular kənd i.ə.d-nin Divanlı kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş, həmin evdə həyat yoldaşı X28, onun atası X31 və anası X19 ilə birlikdə yaşamışlar. (Qədir Həsənov və Sevda Həsənova 1977-ci ildən rəsmi nikahla evli olmuşlar) X28 ilə birgə nikahdan xx.xx.2007-ci ildə anadan olmuş qızı X15 və xx.xx.2008ci ildə anadan olmuş oğlu X20 vardır. Sözügedən evə gəlin köçərkən ev 2 mərtəbəli yarımçıq tikili olmuş, 2 otaq alt mərtəbədə, 2 otaq isə üst mərtəbədə olmuşdur. Birlikdə yaşadığı müddətdə həyat yoldaşı Elmir Həsənovun və onun xərcləri hesabına evin yarımçıq tikilisi başa çatdırılmış, əlavə olaraq mətbəx və yardımçı tikililər də inşa edilmiş, otaq sayı 6-a çatdırılmışdır. Ev 0,08 ha həyətyanı torpaq sahəsində yerləşməklə rəsmi sənədlərlə X3na məxsus olmuşdur. X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Həmin vaxt sözügedən evdə onun vərəsələri olaraq həyat yoldaşı X19, oğlu (onun həyat yoldaşı) X28, o və uşaqları Qədir və Gülçin yaşayırdılar. Atasının yas mərasimini oğlu Elmir Həsənov keçirmiş, dəfn xərcləri onun tərəfindən çəkilmişdir. X34 mirası olaraq qalmış evi onun yerləşdiyi 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş yardımçı tikililərlə birlikdə həyat yoldaşı Elmir Həsənov və mərhum Qədir Həsənovun həyat yoldaşı olan qaynanası Sevda Həsənova qəbul etmiş, onu birlikdə idarə etmiş və sahiblik etmiş, həmçinin vəziyyətini yaxşılaşdırmış, qoruyub saxlamışlar. Həmçinin Bərdə rayon, Notariat ofisində X31 barəsində qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmiş, Şahadətnamə Bərdə rayon əmanət kassasında olan əmanət puluna görə verilmiş, vərəsələri X19, X28, Maraqlı şəxs1 və Cavabdeh hesab olunmuşdur. 26 sentyabr 2012-ci il tarixdə həyat yoldaşı X28 avto qəza nəticəsində həlak olmuşdur. Onun vəfatından sonra miras əmlakları – hazırkı mübahisənin predmeti olan ev, evin üzərində tikildiyi 0,08 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş yardımçı tiklilərlə birlikdə o və qaynanası olan Sevda Həsənova qəbul etmiş, həmin evdə yaşamış, evi və digər miras əmlakları idarə etmiş, onlara sahiblik etmişlər. X28 barəsində Bərdə rayon notariat ofisində vərəsəlik işiaçılara vərəsəlik şəhadətnaməsi verilmiş, vərəsləri o, anası X19, övladları X21 və X15 hesab edilmişdir. Gəncə şəhərində yaşayan baldızı Cavabdeh 2013cü ilin sonlarından başlayaraq onunla narazılıq və münaqişə yaratmağa çalışmış, bundan məqsədi isə onun evdən getməyinə nail olmaq olmuşdur. Ailədə tez-tez baş verən münaqişənin azyaşlı uşaqlarının mənəvi və psixoloji vəziyyətlərinə pis təsirini nəzərə alıb uşaqlarını da özüylə götürüb Divanlı kəndindəki məcburi köçkünlər qəsəbəsində yaşayan anasının evinə getmişdir. Cehiz əşyaları və ona aid olan digər əşya və əmlakları isə həmin evdə qalmışdır. Lakin tez-tez gəlib əşya və əmlaklarına, həmçinin qaynanası Sevda Həsənovaya baş çəkir, ona və əşyalarına qulluq edir, evi, onun həyətyani torpaq sahəsini təmizləyir, ağaclara qulluq edir və s. işlər görürdü. Qaynanası olan X19 xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra hazırkı mübahisənin predmeti olan miras əmlakları – evi, onun üzərində tikildiyi 0,08 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş yardımçı tikililər ilə birlikdə faktiki olaraq o qəbul etmiş, onlara sahiblik və idarə etmişdir. Evin açarları da onda olmuşdur. Lakin Cavabdeh hər dəfə Gəncə şəhərinə gələrək onunla dalaşıb, sözügedən miras əmlarlara sahiblik və idarə etməyindən narazılığını və evin ona məxsus olduğunu bildirib. Odur ki, yenidən anasının yanına gedib uşaqlarıyla birlikdə orada yaşayır. Miras ev isə bir müddət boş qalmış, hazırda isə Cavabdeh bu fürsətdən istifadə edərək onu tanımadığı şəxslərə kirayəyə vermişdir, onu və uşaqlarını isə evə buraxmır. Bərdə Regional ASAN xidmət mərkəzinin notariat ofisindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş Bərdə rayonu, Divanlı kəndində qeydiyyatda olmuş X14 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı vərəsələr arasında ixtilaflar olduğundan məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili X16 mərhum qardaşının payının yoldaşı və övladlarına verilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər cavabdehlər Tamaşa Atakişiyeva və Maraqlı şəxs1 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdilər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh və X1 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan AA******* nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh – xx.xx.1982-ci ildə Bərdə rayonu, Divanlı kəndində anadan olmuş, Bərdə rayonu, Divanlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 248945 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X28 və X17 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, 08092129 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 – xx.xx.1980-cı ildə Bərdə rayonu, Divanlı kəndində anadan olmuş, Bərdə rayonu, Divanlı kəndində yaşayır. İş materiallarında olan AA4797159 nömrəli, 8CR3BNK FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 – xx.xx.2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 1233 nömrəli arayışdan görünür ki, verilir Bərdə rayon Divanlı kənd sakinləri mərhum X31 və mərhum X19 barəsində ondan ötəri ki, Bərdə RİHB-nın Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyi ərazisində Divanlı kəndində birgə mülkiyyətlərində 1988-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi və 0.08 hek həyətyanı torpaq sahəsi var. Adlarında pay torpağı yoxdur. İş materiallarında olan Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil sorğusu əsasında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş məlumatda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1 xx.xx.1979-cu il təvəllüdlü Maraqlı şəxs1 xx.xx.2018-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 989055 nömrəli arayışdan görünür ki, X19 xx.xx.2019-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 441037 nömrəli arayışdan görünür ki, 08 avqust 1977-ci il tarixdə X31 ilə X22 arasında nikah bağlanmışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 360188 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs1 xx.xx.1979-cu ildə Bərdə rayonu, Divanlı kəndində anadan olmuşdur. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 409436 nömrəli arayışdan görünür ki, X31 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli, 1325 nömrəli arayışdan görünür ki, ünvan 5 sakini İddiaçı 1986-cı il tarixdə anadan olmuşdur. Ailə üzvləri:

1. X15 (2007),

2. X20 (2008). İş materiallarında olan 11 avqust 2012-ci il tarixli, AZ-İ 536015 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 – xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin oktyabr ayının 11 günündə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 143 nömrəli arxiv arayışından görünür ki, Rayon Dövlət Arxivində 71 sayılı fondda mühafizə edilən Bərdə rayon Güloğlular kənd İnzibati ərazi Vahidinin Divanlı kəndi üzrə 1996-2000-ci illərə aid 01 saylı Təsərrüfatbaşına kitabın 71 saylı şəxsi hesabına əsasən vətəndaş, X23 ailə başçısı olduğu və adına olan torpağın 1995-1999-cu illərdə 0,08 olduğu qeyd olunub.

1. X19- həyat yoldaşı,

2. Maraqlı şəxs1- oğlu,

3. X28- oğlu,

4. Cavabdeh- qızı,

5. X12- gəlini,

6. X24- nəvəsi. İş materiallarında olan Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, 1949-cu il təvəllüdlü X23 ölümü və nikahın, 1956-cı il təvəllüdlü X7 doğumu, 1982-ci il təvəllüdlü Cavabdeh doğumu, 1979-cu il təvəllüdlü Maraqlı şəxs1 doğumu barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və aşağıda ki, məlumatlar aşkar edilmişdir: 1.X31 (xx.xx.1949, Bərdə ray. Güloğlular kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.2010cu il tarixli 25 sayı ölüm haqqında) akt qeydi, 2.X23 Həsənova (Tağıyeva) Sevda Bəhmən qızı ilə (Bərdə ray. Güloğlular kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1977-ci il tarixli 18 saylı nikah haqqında) akt qeydi,

3. Cavabdeh (Bərdə ray. Güloğlular kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1982-ci il tarixli 75 saylı doğum haqqında) akt qeydi, 4.Maraqlı şəxs1 Qadir oğlu (Bərdə ray. Güloğlular kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1982-ci il tarixli 75 saylı doğum haqqında) akt qeydi aşkar edilmişdir. Qeyd: X19 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan 30 avqust 2008-ci il tarixli, AZ-İİ 153124 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 – 20 iyun 2008-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında 2008-ci ilin avqustun 30 günündə 957 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 19 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsin surətindən görünür ki, 26 sentyabr 2012-ci ildə vəfat etmiş : X18 vərəsələri: Bərdə rayon Divanlı kəndində yaşayan Arvadı - İddiaçı, anası-X13r, oğlu- X20, qızı - X8r. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. şəhadətnamə verilən miras əmlak: "xxxx" ASC-nin Bərdə filialının 12 may 2012 il tarixli Kredit müqaviləsinə və 186/1 nömrəli Qiymətli metal əşyalarının təhvil təslim aktina əsasən X18 adına qızıl əşyalarından ibarətdir. İş materiallarında olan 01 iyun 2010-cu il tarixli, AZ-İ 409436 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 – xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin iyun ayının 01 günündə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 06 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsin surətindən görünür ki, 06 may 2010-ci ildə vəfat etmiş X27r vərəsələri: Bərdə rayon Divanlı kəndində yaşayan, Arvadı: X13r, Oğlu- X25r, Oğlu-Maraqlı şəxs1dur, Qızı-Cavabdehdır, Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır Şəhadətnamə verilən miras əmlak; Azərbaycan Respublikası Əmanət Bankının Bərdə filialının 3407 nömrəli əmanət kassasında olan əmanət pulu və onun faizindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 853 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 3i ünvanında yerləşən 866 saylı məcburi köçkün qəsəbəsi, bina 13, mənzil 10 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 2205 nömrəli ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı cavabdan görünür ki, 25 avqust 2023-cü il tarixdə ərizə ilə Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət edərək 06 may 2010-cu ildə vəfat etmiş ünvan 5i ünvanında qeydiyyatda olmuş ərinizin atası-X14 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aranızda ixtilaflar olduğunu bildirmisiniz. Həmin ərizənizə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnamənin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Güloğlular kənd i.ə.d-nin Divanlı kəndində yerləşən, həmin kəndin sakini X2 miras qalmış 0,08 ha torpaq sahəsi üzərinə tikilmiş 2 mərtəbəli 6 otaqdan və mətbəxdən ibarət olan fərdi yaşayış evini, həmin evin üzərində tikildiyi 0,08 ha həyətyanı torpaq sahəsini və həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yardımçı tikililərin miras olaraq onun və övladları X15 və X6 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına və həmin daşınmaz əmlaklar üzərində onun və yetkinlik yaşına çatmayan övladları X5 və X6 paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Bundan başqa Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Hazırki ərizə, xüsusi icraat qaydasında deyil, tərəflər arasında miras bölgüsünə dair ixtilaf olması səbəbindən iddia icraatı qaydasında verildiyindən məhkəmə tələbi mirasın qəbulu faktı şəklində deyil, mirasın qəbul edilmiş müəyyən edilməsi və ya qəbul edilməsinin müəyyən edilməsi şəklində həll edə bilər. Məhkəmə iddia tələbinə baxaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi X2 miras qalmış Bərdə rayonu, Güloğlular İ.Ə.D.-nin Divanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində tikilmiş 2 mərtəbəli 6 otaqdan və mətbəxdən ibarət olan fərdi yaşayış evinin miras olaraq İddiaçı və övladları X15 və X20 tərəfindən qəbul edilməsinin müəyyən olunması hissəsində təmin edilməlidir. Belə ki, mərhum X23 vəfatından sonra onun oğlu mərhum X28 atasından miras qalmış ünvan 5ində yerləşən ev və torpaq sahəsinə sahiblik və istifadə etmişdir. Bu fakt iş materialları və tərəflərin izahatları ilə təsdiq edilir. X28 isə 26 sentyabr 2012-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Onun ölümündən sonra hazırki iddiaçı olan həyat yoldaşı İddiaçı övladları Gülçin və Qədir Həsənzadə ilə birlikdə bir müddət miras predmeti olan Bərdə rayonu, Divanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində yaşayaraq ora faktiki sahiblik və istifadə etdiklərindən və bununla da mərhum X18 özünə məxsus, habelə mərhum Qədir Həsənov və Sevda Həsənovadan oğulları olan Elmir Həsənova çatacaq miras paylarını qəbul etdiklərindən həmin miras payının qəbulu müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Bərdə rayonu, Divanlı kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində tikilmiş yardımçı tikililərin miras olaraq İddiaçı və onun övladları X15 və X20 tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına və həmin daşınmaz əmlaklar üzərində onun və övladlarının payının müəyyən olunması hissəsində təmin edilməməsi qənaətinə gəlir. Belə ki, tələbdə göstərilən yardımçı tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin tikililərin miras əmlak kimi vərəsə tərəfindən qəbulu və vərəsənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyil. Bundan başqa məhkəmə tərəfindən miras əmlakın qəbul edilmiş hesab edilməsi digər vərəsələrin payının itməsinə səbəb olmadığından və payın müəyyən edilməsi öhdəliyinin əsasən notariusun funksional öhdəliyi olduğundan və Cavabdeh mərhum qardaşına məxsus payın yoldaşı və uşaqları tərəfindən qəbuluna və vərəsəlik şəhadətnaməsi verilməsinə etiraz etmədiyindən məhkəmə bu hissədə notariusun payları müəyyən edərək vərəsəlik şəhadətnaməsi verməsinə hər hansı maneə və problem olmamasını və həmin məsələnin notarius tərəfindən həll edilməli olduğunu qeyd edərək miras paylarının məhkəmə qaydasında müəyyən edilməsi hissəsində tələbin təmin edilməsinə zərurətin olmaması qənaətinə varır. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət Rüsumu haqqında qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. İddia qismən təmin edildiyindən və iş üzrə dövlət rüsumu ödənilmədiyindən məhkəmə hesab edir ki, ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Maraqlı şəxs1 və Cavabdeh müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh və X1 qarşı “mirasın əmlakda payların bölünüb müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. X2 miras qalmış Bərdə rayonu, Güloğlular İ.Ə.D.-nin Divanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində tikilmiş 2 mərtəbəli 6 otaqdan və mətbəxdən ibarət ümumi sahəsi 116,6 kv.m olan fərdi yaşayış evi miras olaraq İddiaçı və övladları X15 və X20 tərəfindən qəbul edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Maraqlı şəxs1 və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar