Məhkəmə qərarları › İş №e-2(021)-3652/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3652/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3652/2022 21.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı ABC-TELECOM MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə, Müəyyənetdi: İddiaçı ABC-TELECOM MMC Cavabdeh qarşı “borcun ödənilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ABC-TELECOM MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsi ABC-TELECOM MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə onun imza etməyə səlahiyyəti olmasını təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa iddia ərizəsi məhkəməyə təqdim olunarkən MPM-nin 150.1-ci maddəsinin tələbləri pozulmuş, iddiaçı tərəfindən iddia ərizəsinə tələblərinin əsası kimi istinad etdiyi zəruri sənədlər əlavə olunmamışdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddiaçı ABC-TELECOM MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi “ tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı: İddiaçı ABC-TELECOM MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı ABC-TELECOM MMC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar