Məhkəmə qərarları › İş №e-2(021)-3771/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3771/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3771/2025 21.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 9 ədəd Zəmanət + 2 il xidməti, 8 ədəd stul, Alyans-Paris masa üçün 623.36 manat ödənilməmiş hissə, 62.34 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Paket XL xidməti, X1 3 il xidməti, İmei kod **********66925 X2 13 markalı telefon üçün 525.8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 52.58 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 1 il xidməti, Paket XL xidməti, İmei Kodu **********65067 Xıaomı Redmı 13 markalı telefon üçün 502.64 manat ödənilməmiş hissə, 50.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 3 il xidmət, Ətçəkən Panasonic üçün 223.5 manat ödənilməmiş hissə, 22.35 manat cərimə, ümumilikdə 2086.43 manat borc, 40.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən, 9 ədəd Zəmanət + 2 il xidməti, 8 ədəd stul, Alyans-Paris masa, Paket XL xidməti, X1 3 il xidməti, İmei kod **********66925 X2 13 markalı telefon, X1 1 il xidməti, Paket XL xidməti, İmei Kodu **********65067 Xıaomı Redmı 13 markalı telefon, Zəmanət + 3 il xidmət, Ətçəkən Panasonic almış və nəticədə onun 2086.43 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2020.08 manat (24 ay x 84.17 manat + 0 manat ilkin ödəniş) olan 9 ədəd Zəmanət + 2 il xidməti, 8 ədəd stul, Alyans-Paris masa üçün ümumilikdə 685.7 manat olmaqla ondan, 623.36 manat ödənilməmiş hissə, 62.34 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 767.76 manat (12 ay x 63.98 manat + 0 manat ilkin ödəniş) olan Paket XL xidməti, X1 3 il xidməti, İmei kod **********66925 X2 13 markalı telefon üçün 601.98 manat olmaqla ondan 525.8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 52.58 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 663.24 manat (12 ay x 55.27 manat + 0 manat ilkin ödəniş) olan X1 1 il xidməti, Paket XL xidməti, İmei Kodu **********65067 Xıaomı Redmı 13 markalı telefon üçün 552.9 manat olmaqla ondan 502.64 manat ödənilməmiş hissə, 50.26 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 415.98 manat (18 ay x 23.11 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 il xidmət, Ətçəkən Panasonic üçün 245.85 manat olmaqla, ondan 223.5 manat ödənilməmiş hissə, 22.35 manat cərimə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 595.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli 02695024 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 2020 manat dəyərində mal ilkin ödəniş edilmədən 24 ay müddətinə hissə-hissə hər ay 84.17 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 04141419 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 767.45 manat dəyərində mal ilkin ödəniş edilmədən 12 ay müddətinə hissə-hissə hər ay 63.95 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 13985202 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 663.28 manat dəyərində mal ilkin ödəniş edilmədən 12 ay müddətinə hissə-hissə hər ay 55.27 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2024-cü il tarixli 03737130 nömrəli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 416.04 manat dəyərində mal ilkin ödəniş edilmədən 18 ay müddətinə hissə-hissə hər ay 23.11 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır. xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" tərəfindən cavabdehə satılmış mobil telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1396.72 manat əsas borca ödənilmiş məbləğ, 623.36 manat ödənilməmiş hissə, 62.34 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 241.96 manat əsas borca ödənilmiş məbləğ, 525.8 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 52.58 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 160.6 manat əsas borca ödənilmiş məbləğ, 502.64 manat ödənilməmiş hissə, 50.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 192.48 manat əsas borca ödənilmiş məbləğ, 223.5 manat ödənilməmiş hissə, 22.35 manat cərimə; dörd müqavilə üzrə ümumilikdə 2086.43 manat borcu vardır. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin "xxxx" QSCyə olan borcun məbləği 116457.74 manat təşkil edir. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40.87 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Müqavilələrə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilələrə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. İş üzrə iddia ərizəsində İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsuma görə pul tələbi qeyd edilsə də, cavabdehin əldə etdiyi mal üçün həmin rüsumun ödənilməsi və pul məbləğinin cavabdehdən tutulmalı olduğu sübut edilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 623.36 manat ödənilməmiş hissə, 31.17 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 525.8 manat ödənilməmiş hissə, 26.3 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 502.64 manat ödənilməmiş hissə, 25.13 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 223.5 manat ödənilməmiş hissə, 11.17 manat cərimə; ümumilikdə 1969.07 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 39.69 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1.18 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 623.36 manat ödənilməmiş hissə, 31.17 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 525.8 manat ödənilməmiş hissə, 26.3 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 502.64 manat ödənilməmiş hissə, 25.13 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 223.5 manat ödənilməmiş hissə, 11.17 manat cərimə; ümumilikdə 1969.07 (bir min doqquz yüz altmış doqquz manat yeddi qəpik) manat borc məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 39.69 (otuz doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 1.18 (bir manat on səkkiz qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar