Məhkəmə qərarları › İş №e-2(021)-3952/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3952/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3952/2025 24.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********20633 Oppo Reno 12F üçün 514.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 51.49 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********90197 Oppo A38, X1 3 İl Xidməti, Paket L xidməti üçün, 354.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 35.49 manat cərimə, ümumilikdə 1004.07 manat borc, 30.05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024 -cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei Kod **********20633 Oppo Reno 12F, İmei Kod **********90197 Oppo A38, X1 3 İl Xidməti, Paket L xidməti xidməti almış və nəticədə 1004.07 (min dörd manat, 7 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 581.94(beş yüz səksən bir manat, 94 qəpik) manat (18 ay x 32.33 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********20633 Oppo Reno 12F üçün ümumilikdə, 590.03 (beş yüz doxsan manat, 3 qəpik) manat olmaqla ondan, 514.94 (beş yüz on dörd manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 51.49 (əlli bir manat, 49 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 509.94 (beş yüz doqquz manat, 94 qəpik) manat (18 ay x 28.33 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********90197 Oppo A38, X2 3 İl Xidməti, Paket L xidməti üçün ümumilikdə, 414.03 (dörd yüz on dörd manat, 3 qəpik) manat olmaqla ondan, 354.94 (üç yüz əlli dörd manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 35.49 (otuz beş manat, 49 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 222 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 581.94 manat dəyərində 18 ay x 32.33 manat ödənilməsi şərti ilə İmei Kod **********20633 Oppo Reno 12F almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 509.94 manat dəyərində 18 ay x 28.33 manat ödənilməsi şərti ilə İmei Kod **********90197 Oppo A38, X1 3 İl Xidməti, Paket L xidməti almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 581.94 manat dəyərində 18 ay x 32.33 manat ödənilməsi şərti ilə İmei Kod **********20633 Oppo Reno 12F, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 509.94 manat dəyərində 18 ay x 28.33 manat ödənilməsi şərti ilə İmei Kod **********90197 Oppo A38, X1 3 İl Xidməti, Paket L xidməti cavabdehə satılmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 514.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum 51.49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 354.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 35.49 manat cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.05 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kod **********20633 Oppo Reno 12F, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kod **********90197 Oppo A38, X1 3 İl Xidməti, Paket L xidməti almış və nəticədə hər iki müqavilə üzrə cəmi 1004.07 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı «ABC TELECOM MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 11 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6 manat məbləğində pulun tutulması ədalətlidir. İnnovativ Layihələr mərkəzinə ödənilmiş xx.xx.2024-cü il tarixli müqavilə üzrə 23.6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 23.6 manat məbləğində ödəniş hissəsində isə məhkəmə qeyd edir ki, bu halın cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi nəticəsində onun üzərinə qoyulması qanunvericiliklə müəyyən olunmadığından təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 514.94 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 525.94 (beş yüz iyirmi beş manat 94 qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 354.94 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 360.94 (üç yüz altmış manat 94 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 –Cİ maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 514.94 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 525.94 (beş yüz iyirmi beş manat 94 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 354.94 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 360.94 (üç yüz altmış manat 94 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar