Məhkəmə qərarları › İş №e-2(021)-3989/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3989/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3989/2023 21.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********36147 olan Samsung Galaxy A13S markalı mobil telefon üçün 556,23 manat ödənilməmiş hissə, 55,77 manat cərimə borcu olmaqla, ümumilikdə 612 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia qaytarılası barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçıya məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259,260,263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar