Məhkəmə qərarları › İş №e-2(021)-4137/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4137/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4137/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh iddiaçının xeyrinə 484 manat məbləğində borcun, 40 manat cərimənin, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 554 manat pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/24-113 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Məmmədli kəndi ərazisində 1,5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 2453.8 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 33,00 manat məbləğində çöp doğrama, 75,00 manat məbləğində şum, 39,00 manat məbləğində rotor mala, 60,00 manat məbləğində mala, 25,50 manat məbləğində çiyid səpini, 117,00 manat məbləğində kultivasiya, 28,50 manat nməbləğində gübrə kultivasiya, 192,00 manat məbləğində dərman səpini, 225,00 manat məbləğində pambığın maşınla yığımı, 30,00 manat məbləğində tirə işləri, 1058,80 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 358,00 manat məbləğində dərman və gübrə, 212,00 manat məbləğində lifsiz çiyid, ümumilikdə, 2453,80 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2461,30 kiloqram 1969,04 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 484,00 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığılıması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək “Alıcı”ya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarsa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 40 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli Cavabdeh Ərizəsindən görünür ki, o, İddiaçı MMC-yə müqavilənin bağlanılması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 05/24-113 nömrəli alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında bağlanmış “Xam-pambığın alqı-satqısı haqqında” Müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmetini "Alıcı" tərətindən "Satıcı" ya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 1.5 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində " Alıcıya" təhvil verilməsi və "Alıcı" tərəfindən "Satıcının" borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, “Satıcı” istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcıya ödəmək üçün (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair" Təlimatın tələblərinə uyğun "Alıcı”ya təhvil verir. Təhvil verilən xam-pambığın dəyəri "Alıcı”dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa, o zaman "Alıcıya” həmin yaranan fərqi ödəyir. Müqaviləyə 1 saylı əlavə olan Qiymət razılaşma protokolundan görünür ki, xidmətlər üçün aşağıdakı qiymətlər müəyyənləşdirilib: Hər hektar üçün S/S Aqrotexniki xidmətin adı xidmətin dəyəri (manat) 1 Çöp doğrama 22 2 İ-ci şum 50 3 İİ-ci şum 45 4 Ripper işi (45 sm) 37 5 Tandem disk çəkmə 23 6 Rotor mala çəkmə 26 7 Mala çəkmə 20 8 Kanal çəkmə 14 9 Sahədaxili kanal çəkilməsi 16 10 Kanal doldurma 14 11 Çiyid səpini (90 sm) 17 12 Təkrar çiyid səpini (90 sm) 17 13 Çiyid səpini (gübrə səpini ilə) 17 14 Təkrar çiyid səpini (gübrə səpini ilə) 17 15 Kultivasiya 18 16 Kultivasiya (gübrə səpini ilə) 19 17 Rotasion kultivasiya 20 18 Boroza 18 19 Dərman səpini 16 20 Gübrə səpini 18 21 Çizel çökmə 18 1 ha sahədən pambığın yığılması (birinci 22 150 yığım) 23 1 ha sahədən pambığın yığılması (ikinci yığım) 120 24 Tirə vurma kipləşdirici 20 25 Baraza (gübrə səpini ilə) 18 26 Qaysaq dağıdan 14 27 Ucvurma 16 28 Lazerli mala 150 29 Su motoru ilə su vurma 28 xx.xx.2024-cü il tarixli PAM00000359 nömrəli Ödəniş tapşırığından görünür ki, 750 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına köçürülmüşdür. Ödənişin təyinatı avans ödəniş olmuşdur. xx.xx.2024-cü il tarixli PAM00030463 nömrəli Ödəniş tapşırığından görünür ki, 193 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına köçürülmüşdür. Ödənişin təyinatı avans ödəniş olmuşdur. xx.xx.2024-cü il tarixli PAM00037008 nömrəli Ödəniş tapşırığından görünür ki, 115.8 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabından Cavabdeh hesabına köçürülmüşdür. Ödənişin təyinatı avans ödəniş olmuşdur. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Şum İ” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Rotor mala” işləri görülmüşdür. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Çöp qırma” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 3 hektar sahədə “Mala çəkmə” işləri görülmüşdür. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Səpin” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “1 kultivasiya” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Kultivasiya” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 2 hektar sahədə “Kultivasiya” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Kultivasiya” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Kultivasiya gübrə” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərmanlama” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərman” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərmanlama” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərman” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərmanlama” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərman” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərman səpin” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Dərmanlama” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Kombayn 1-ci” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Elman Heydərovun ərazisində, 1.5 hektar sahədə “Tirə” işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli XHR seriyalı 085072 nömrəli Malların fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, 40 kiloqram çəkidə “Lazer” Cavabdeh təhvil verilmişdir. Mal vahidinin qiyməti 5.3 manat, ümumi məbləğ isə 212 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli XHR seriyalı 102471 nömrəli Malların fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, 2 kiloqram çəkidə “Viaduct” Cavabdeh təhvil verilmiş, mal vahidinin qiyməti 28 manat, ümumi məbləğ 56 manat olmuşdur; 1 kiloqram çəkidə “Gold plan” təhvil verilmiş, mal vahidinin qiyməti 20 manat, ümumi məbləğ 20 manat olmuşdur; 3 litr “Cot- Pax” təhvil verilmiş, mal vahidinin qiyməti 7 manat, ümumi məbləğ 21 manat olmuşdur. 3 dərmanın ümumi məbləği 97 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli XHR seriyalı 113495 nömrəli Malların fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, 0.40 litr “Bisect 20 se” Cavabdeh təhvil verilmiş, mal vahidinin qiyməti 200 manat, ümumi məbləğ isə 80 manat olmuş; 3 litr “Cot-Pax” təhvil verilmiş, mal vahidinin qiyməti 7 manat olmaqlda, ümumi məbləğ 21 manat olmuşdur. 2 dərmanın ümumi məbləği 101 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli XHR seriyalı 086107 nömrəli Malların fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, 320 kiloqram “Karbamid” Cavabdeh təhvil verilmişdir. Mal vahidinin qiyməti 0.50 manat, ümumi qiymət 160 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli İş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki (işin həcmi və dəyəri 0 olan hissələr qeyd olunmadan): S/S Aqrotexniki xidmətlərin adı İşin həcmi Ölçü vahidi İşin vahidinin Dəyəri qiyməti (manat) (manat) 1 Çöp doğrama (ha) 1,5 ha 22,00 AZN 33,00 2 Şum İ (ha) 1.5 ha 50,00 AZN 75,00 6 Rotor mala çəkmə (ha) 1.5 ha 26,00 AZN 39,00 7 Mala çəkmə (ha) 3 ha 20,00 AZN 60,00 11 Çiyid səpini 90 sm (ha) 1.5 ha 17,00 AZN 25,50 15 Kultivasiya (ha) 6.5 ha 18,00 AZN 117,00 16 Kultivasiya (gübrə səpini 1.5 ha 19,00 AZN 28,50 ilə) (ha) 19 Dərman səpini (ha) 12 ha 16,00 AZN 192,00 22 Kombayn İ (ha) 1.5 ha 150,00 AZN 225,00 24 Tirə vurma kipləşdirici 1.5 ha 20,00 AZN 30,00 Cəmi 825,00 S/S Ödənilmiş avans Məbləğ 2 Alaq təmizləmə və suvarma pulu 308,80 3 Avans ödənişi 750,00 Cəmi 1058,80 S/S Fermerlərə verilmiş dərman Ölçü vahidi Çəkisi (kq) Vahidin qiyməti Məbləğ gübrə azot və pestisidlər 3 Karbamid kq (L) 320 0,5 160,00 20 Goldplan 20SP kq (L) 1,00 20 20,00 24 Viaduct kq Ema kq (L) 2,00 28 56,00 30 Bisect SC kq (L) 0,40 200 80,00 48 Cot-Pax kq (L) 6,00 7 42,00 Cəmi 358,00 S/S Əkin üçün verilmiş Ölçü vahidi Çəkisi (kq) Vahidin qiyməti Məbləği toxumluq çiyid 4 Lifsiz toxum LAZER kq 40,00 5,3 212 Cəmi 212,00 Təhvil verilən xam pambıq kondisiya çəkisinin cəmi dəyəri S/S Pambığın növü Kondisiya çəkisi Məbləği 1 Xam pambıq 2461,30 1969,04 Cəmi pambığın dəyəri 1969,04 Fermerə yekun xərc 2453,80 Fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün 1969,04 ödənilmiş subsidiya Yekun -484,76 xx.xx.2025-ci il tarixli 001/1256 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 484,76 manat borcun qalması barədə məlumatlandırılmış, ondan borcun ödənilməsi xahiş edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Qəbz haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının “Pambıqçılıq haqqında” 11 may 2010-ci il tarixli 1012-İİİQ nömrəli Qanun: Maddə 11. Pambığın alqı-satqısının xüsusiyyətləri 11.1. Pambığın alqı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir. 11.2. Pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir. 11.3. Pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilir. Alqı-satqı müqaviləsində pambığın toxumluq və ya texniki məqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır. 11.4. Pambığın satınalma qiyməti tərəflər arasında razılaşma əsasında pambığın növləri üzrə ayrı-ayrılıqda müəyyən edilir. 11.5. Pambığın alqı-satqı müqaviləsində toxumluq və texniki pambıq istehsalçılarına təsərrüfat işlərinin vaxtında yerinə yetirilməsi üçün pambıq emalı müəssisəsi tərəfindən avans olaraq toxumluq çiyid, mineral gübrələr, bitki mühafizə və digər vasitələrin verilməsi və xidmətlərin göstərilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, alıcı İddiaçı MMC satıcı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə “Xam-pambığın alqı-satqısı haqqında” Müqavilə bağlamış, müqaviləyə əsasən alıcı iş və xidmətləri göstərmək, xərclər çıxıldıqdan sonra pambığa görə ödəniş etmək, satıcı isə yetişdirdiyi pambığı iddiaçıya satmaq öhdəliklərini üzərilərinə götürmüşlər. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, satıcı, təhvil verilən xam-pambığın dəyəri alıcıdan alınan avans məbləğin (göstərilən xidmətlərin dəyəri daxil olmaqla) dəyərindən az olduqda, alıcıya yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olunan Qiymətlərin razılaşdırılması protokolunda tərəflər İddiaçı MMC-nin göstərəcəyi xidmətlərin dəyəri barədə razılığa gəlmişlər. xx.xx.2025-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, “Fermerə yekun xərc”, yəni İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin, ödənilmiş avasların, verilmiş dərman, pestisid və toxumluq çiyidin cəmi dəyəri 2453.8 manat təşkil edir. İddiaçının “İş və xidmətlərin yerinə yetirilməsi aktı”nda qeyd etdiyi xidmətlər həmin həcmdə yerinə yetirilməsi Aktlar, verilmiş gübrə Malların fiziki şəxslərə təhvil-təslim qəbzləri, edilmiş avans ödənişlər isə Ödəniş tapşırıqları ilə təsdiq olunur. Cavabdeh tərəfindən təqdim edilmiş xam pambığın dəyəri 1969.04 manat təşkil edib, nəticədə İddiaçı MMC tərəfindən çəkilmiş xərclə 484.76 manat fərq yaranıb. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi əsas məbləğ 484 manat təşkil edir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı” olan cədvəlin 11-ci sətrində “Çiyid səpini 90 sm (ha) – 1.5 ha – iş vahidinin qiyməti 17 AZN – dəyəri 25.5 AZN” göstərilsə də, iş materiallarından görünür ki, Elmar Heydərovun 1.5 ha ərazisində “səpin” xidmətinin göstərilməsi xx.xx.2025-ci il tarixli aktda öz əksini tapır. Həmin aktın tarixi “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan sonrakı tarixə təsadüf etdiyindən, hazırkı işin həlli üçün aidiyyət meyarına cavab vermədiyindən, sübut kimi qəbul olunmamalıdır. Eyni zamanda xx.xx.2025-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı” cədvəlinin 11-ci sətrində qeyd olunan xidmətin göstərildiyini təsdiq edən digər sübut olmadığından, onun dəyəri cavabdehdən tələb olunan əsas borc məbləğindən çıxılmalı, yəni 484 – 25.5 = 458.5 manat əsas borc məbləği cavabdehdən tutulmalıdır. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 458.5 manat əsas borc, 22.9 manat cərimə, cəmi 481.4 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 458.5 manat əsas borc, 22.9 manat cərimə, ümumilikdə 481.4 (dörd yüz səksən bir manat qırx qəpik) manat borc məbləği İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar