Məhkəmə qərarları › İş №e-2(021)-4139/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4139/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4139/2025 22.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Borcun tutulması” haqqında iddia tələbinə və Cavabdeh İddiaçınə qarşı “Ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 30549,60 (otuz min beş yüz qırx doqquz manat 60 qəpik) manat məbləğində borcun, 3000 (üç min) manat cərimənin, 190,65 (yüz doxsan manat 65 qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 33740,25 (otuz üç min yeddi yüz qırx manat 25 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 05/24-298 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Qaratəpə kəndi ərazisində 24,61 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 37573,20 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 1635 manat məbləğində şum, 754 manat məbləğində rotor mala, 580 manat məbləğində mala çəkmə, 196 manat məbləğində kanal çəkmə, 493 manat məbləğində çiyid səpini, 2268 manat məbləğində kultivasiya, 1102 manat məbləğində rotasion kultivasiya, 410 manat məbləğində rotasion kultivasiya, 1024 manat məbləğində dərman səpini, 4275 manat məbləğində pambığın maşınla yığımı, 580 manat məbləğində tirə kipləşdirici, 6085 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 14196 manat məbləğində dərman və gübrə, 3975 manat məbləğində lifsiz çiyid, ötən ildən ödənilməmiş 15987,29 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 53560 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 28763,61 kq- 23010,89 manat məbləğində xam pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 30549,60 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək “Alıcı”ya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarsa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini , mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 3000 manat məbləğində cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı MMC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh 24999,47 manat məbləğində borcun, 3000 manat məbləğində cərimənin və 190,65 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin verdiyi iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq 23000 (iyirmi üç min) manat maddi ziyanın və ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun İddiaçı MMC-dən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC məhkəmədə ona qarşı “Borc tələbinə dair” iddia qaldırmışdır. İddiaçı MMC-nin iddia tələbi əsassızdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin Bərdə filialı ilə 05/24-298 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən o, Bərdə rayonu Qaratəpə kəndi ərazisində yerləşən 24.61 hektar torpaq sahəsində pambıq əkərək yetişdirdiyi bütün məhsulu İddiaçı MMC-yə təhvil verməli idi. Müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri vaxtında və vicdanla yerinə yetirmişdir. Torpağın şumlanması, hazırlanması, əkin işləri, suvarması və aqrotexniki qaydaların icrası tam vaxtında aparılmışdır. Lakin pambıqçılıqda ən vacib mərhələlərdən biri olan alaq təmizlənməsi üçün tələb olunan maliyyə vəsaiti cavabdeh tərəfindən vaxtında və təyin olunmuş qaydada ona ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona torpaq sahəsinin alağının təmizlənməsi üçün ayrılması nəzərdə tutulan pul gecikdirilmiş, nəticədə alaq otları pambıq sahəsini tam basmışdır. Bu səbəbdən vaxtında aqrotexniki tədbirlər görülə bilməmiş, 24.61 ha sahədə əkilən pambıq məhsuldarlığını tamam itirmişdir. Nəticədə il ərzində əldə etməli olduğu 50.000 - 60.000 manat arası gəlirdən məhrum olmuşdur. Bu məbləğ həmin torpaq sahəsinin orta illik məhsuldarlığına və əvvəlki illərin faktiki göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdehin öz öhdəliyinə laqeyd yanaşması təkcə ona maddi ziyan vurmamış, həm də ailəsinin sosial vəziyyətini son dərəcə ağırlaşdırmışdır. Həmin torpaqdan əldə etdiyi gəlirlə gün-güzəranını çətinliklə təmin edən, yalnız kənd təsərrüfatı ilə dolanan bir ailə başçısıdır. Pambıq məhsulundan gəlir əldə edə bilmədiyi üçün ailəsinin gündəlik ehtiyaclarını ödəməkdə ciddi çətinliklərlə üzləşmişdir. Ailəsinin əsas ərzaq, gündəlik dolanışıq xərclərini qarşılamaq mümkün olmamış, borca düşmüş, övladlarının məktəb və digər ehtiyaclarını qarşılamaq üçün əlavə imkanı qalmamış, ev təsərrüfatının saxlanılması, qışa hazırlıq, yanacaq, yemək, suvarma və digər zəruri xərclər tam olaraq onu çıxılmaz vəziyyətdə qoymuşdur. Ailədə psixoloji gərginlik artmış, həm fiziki, həm də mənəvi cəhətdən çətin dövr yaşamışdır. Bu ziyan onun yalnız bu gününə yox, həm də gələcək təsərrüfat işlərinə ciddi mənfi təsir göstərmişdir. Çünki məhsul olmayanda növbəti ilin işlərini aparmaq üçün də vəsait qalmır. Cavabdehin müqavilə ilə üzərinə götürdüyü maliyyə öhdəliyini vaxtında yerinə yetirməməsi birbaşa səbəb olaraq pambığın məhv olmasına gətirib çıxarmışdır. Əgər vəsait vaxtında ödənilsəydi, alağı vaxtında təmizləyəcək, pambığın məhsuldarlığı qorunacaq və ziyan yaranmayacaqdır. Bu səbəbdən cavabdeh tərəfindən ona vurulan maddi ziyan 23000 manat məbləğində hesablanmışdır. Bu rəqəm pambığın məhv olması nəticəsində çəkdiyi xərclər, 24.61 ha torpaq sahəsinin işlənməsi, əkin və suvarma xərcinin itməsindən yaranmış real ziyan əsasında məntiqli və əsaslı şəkildə müəyyən olunmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və qarşılıqlı iddianın təmin olunmasını, ilk iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, mülki iş materallarında olan və məhkəmə iclаsındа tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1959-ci ildə Bərdə rayonu Tutçuluq-İpəkçilik Sovxozunda anadan olmuşdur, Bərdə rayonu Nazırlı Ə/D, Qaratəpə kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, 05/24-298 nömrəli “Xam-pambığın alqı-satqısına dair” Müqavilədən görünür ki, hazırkı müqavilənin predmetini "Alıcı"-İddiaçı MMC tərəfindən "Satıcı”-Cavabdeh məxsus (istifadə və ya icarədə olan) Bərdə rayonu Qaratəpə kəndlərində yerləşən 24,61 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, "Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, "Alıcı"ya təhvil verilməsi və "Alıcı" tərəfindən "Satıcı"nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. 30 mart 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1,50 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 30 mart 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 3,50 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 01 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 4 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 01 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 4 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 01 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 4 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 02 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 6 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 02 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 3 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 02 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 3 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 19 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 29 ha torpaq sahəsində rotor mala işi görülmüşdür. 16 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 29 ha torpaq sahəsində mala çəkmə işi görülmüşdür. 22 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 29 ha torpaq sahəsində tirəvurma işi görülmüşdür. 22 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 14,5 ha torpaq sahəsində səpin işi görülmüşdür. 22 aprel 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 14,5 ha torpaq sahəsində səpin işi görülmüşdür. 20 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 24 ha torpaq sahəsində dərman çiləmə işi görülmüşdür. 17 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1 ha torpaq sahəsində İİ şum işi görülmüşdür. 19 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsində dərman çiləmə işi görülmüşdür. 20 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 24 ha torpaq sahəsində dərman çiləmə işi görülmüşdür. 23 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 12 ha torpaq sahəsində rotor kultivator işi görülmüşdür. 24 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 8,50 ha torpaq sahəsində rotor kultivator işi görülmüşdür. 24 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 5 ha torpaq sahəsində kultivsiya işi görülmüşdür. 24 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 5 ha torpaq sahəsində kultivator işi görülmüşdür. 27 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 9 ha torpaq sahəsində becərmə kultivasiya işi görülmüşdür. 28 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 5 ha torpaq sahəsində kultivator işi görülmüşdür. 28 may 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 9 ha torpaq sahəsində becərmə kultivasiya işi görülmüşdür. 06 iyun 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 14,50 ha torpaq sahəsində kultivator kübrə işi görülmüşdür. 06 iyun 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 14,50 ha torpaq sahəsində kultivator kübrə işi görülmüşdür. 16 iyun 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 12 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 15 iyun 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 11 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 16 iyun 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 6 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 18 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 7 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 18 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 5 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 19 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 13 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 19 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 15 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 20 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 16 ha torpaq sahəsində kultivator kübrə işi görülmüşdür. 20 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 13 ha torpaq sahəsində kultivator kübrə işi görülmüşdür. 21 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 8 ha torpaq sahəsində kanal çəkmə işi görülmüşdür. 25 iyul 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1 ha torpaq sahəsində İ sum işi görülmüşdür. 09 avqust 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1 ha torpaq sahəsində kanal çəkmə işi görülmüşdür. 18 avqust 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1 ha torpaq sahəsində İ şum işi görülmüşdür. 21 avqust 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 3 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 23 avqust 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 16 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 23 avqust 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 9 ha torpaq sahəsində kultivasiya işi görülmüşdür. 05 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 15 ha torpaq sahəsində dərmanlama işi görülmüşdür. 02 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 0,80 ha torpaq sahəsində sahəkənarı əkin işi görülmüşdür. 20 dekabr 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 9,50 ha torpaq sahəsində İ pambıq yığım işi görülmüşdür. 21 dekabr 2024-cü il tarixli aktdan görünür ki, fermer Cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 19 ha torpaq sahəsində İ pambıq yığımı işi görülmüşdür. 17 fevral 2024-cü il tarixli, 298 saylı “Xam pambığın alqı-satqısı haqqında” Müqavilənin 1 saylı Əlavəsi olan 17 fevral 2024-cü il tarixli Qiymət razılaşma protokolundan görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh 1 ha torpaq sahəsində- çöp doğrama işini 22 manata, İ sum işini 50 manata, İİ şum işini 45 manata, ripper işini (45 sm) 37 manata, tandem disk çəkmə işini 23 manata, rotor mala çəkmə işini 26 manata, mala çəkmə işini 20 manata, kanal çəkmə işini 14 manata, sahədaxili kanal çəkilməsi işini 16 manata, kanal doldurma işini 14 manata, çiyid səpini (90 sm) işini 17 manata, təkrar çiyid səpini (90 sm) işini 17 manata, çiyid səpini (gübrə səpini ilə) işini 17 manata, təkrar çiyid səpini (gübrə səpini ilə) işini 17 manata, kultivasiya işini 18 manata, kultivasiya (gübrə səpini ilə) işini 19 manata, rotasion işini 20 manata, boroza işini 18 manata, dərman səpini işini 16 manata, gübrə səpini işini 18 manata, çizel çəkmə işini 18 manata, 1 ha sahədən pambığın yığılması (birinci yığım) işini 150 manata, 1 ha sahədən pambığın yığılması (ikinci yığım) işini 120 manata, tirə vurma (kipləşdirici) işini 20 manata, baraza (gübrə səpini ilə) işini 18 manata, qaysaq dağıdan işini 14 manata, ucvurma işini 16 manata, lazerli mala 150 manata, su motoru ilə su vurma işini 28 manata razılaşmışlar. İddiaçı MMC ilə fermer Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2025ci il tarixli İş və Xidmətlərin yerinə yetirilməsi Aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 05/24-298 nömrəli müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə işlər görülməsi, xidmətlər göstərilməsi, avans verilməsi üzrə üzləşmə aparılmış və təsdiq edilmişdir ki, fermer-Cavabdeh yekun xərci 30549,60 manat təşkil edir. xx.xx.2025-ci il tarixli İş və Xidmətlərin yerinə yetirilməsi Aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 05/24-181 nömrəli müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə işlər görülməsi, xidmətlər göstərilməsi, avans verilməsi üzrə üzləşmə aparılmış və təsdiq edilmişdir ki, fermer-Cavabdeh yekun xərci 24999,47 manat təşkil edir. 10 iyun 2024-cü il tarixli PAM00030581 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4320 manat məbləğində avans ödənişi edilmişdir. 15 avqust 2024-cü il tarixli PAM00037155 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1765,20 manat məbləğində avans ödənişi edilmişdir. 06 may 2024-cü il tarixli XHR seriyalı 085466 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 300 manat dəyərində mal verilmişdir. 06 may 2024-cü il tarixli XHR seriyalı 085460 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 760 manat dəyərində mal verilmişdir. 27 aprel 2024-cü il tarixli XHR seriyalı 085319 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 20 manat dəyərində mal verilmişdir. 12 aprel 2024-cü il tarixli XHR seriyalı 085023 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3975 manat dəyərində mal verilmişdir. 15 may 2024-cü il tarixli XHR seriyalı 085586 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 400 manat dəyərində mal verilmişdir. 05 iyun 2024-cü il tarixli XHR seriyalı 085925 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2200 manat dəyərində mal verilmişdir. 06 iyun 2024-cü il tarixli XHR seriyalı 085983 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 700 manat dəyərində mal verilmişdir. 13 iyun 2024-cü il tarixli XHR seriyalı 086066 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 800 manat dəyərində mal verilmişdir. 21 iyun 2024-cü il tarixli XHR seriyalı 101582 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1644 manat dəyərində mal verilmişdir. 02 iyul 2024-cü il tarixli XHR seriyalı 101808 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1632 manat dəyərində mal verilmişdir. 18 iyul 2024-cü il tarixli XHR seriyalı 102167 nömrəli “Malların fiziki şəxslərə təhvilqəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2820 manat dəyərində mal verilmişdir. 08 avqust 2024-cü il tarixli XHR seriyalı 113273 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 700 manat dəyərində mal verilmişdir. 08 avqust 2024-cü il tarixli XHR seriyalı 113272 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 148 manat dəyərində mal verilmişdir. 28 avqust 2024-cü il tarixli XHR seriyalı 113558 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 240 manat dəyərində mal verilmişdir. 10 avqust 2024-cü il tarixli XHR seriyalı 113324 nömrəli “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2180 manat dəyərində mal verilmişdir. 23 avqust 2024-cü il tarixli 88 nömrəli Malların geri qaytarılması aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən götürdüyü mallardan 580 manat dəyərində malı geri qaytarmışdır. 03 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu qısa müddətdə İddiaçı MMC-yə ödəməsi xahiş edilmiş, əks halda borcun ödənilməsi istiqamətində barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı 18 iyun 2025-ci ildə poçt sənədinə imza etməklə almışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 190,65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/24-298 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Qaratəpə kəndi ərazisində 24,61 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. İlk iddia üzrə cavabdehin sifarişi əsasında 1635 manat məbləğində şum, 754 manat məbləğində rotor mala, 580 manat məbləğində mala çəkmə, 196 manat məbləğində kanal çəkmə, 493 manat məbləğində çiyid səpini, 2268 manat məbləğində kultivasiya, 1102 manat məbləğində rotasion kultivasiya, 410 manat məbləğində rotasion kultivasiya, 1024 manat məbləğində dərman səpini, 4275 manat məbləğində pambığın maşınla yığımı, 580 manat məbləğində tirə kipləşdirici, 6085 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 14196 manat məbləğində dərman və gübrə, 3975 manat məbləğində lifsiz çiyid, ötən ildən ödənilməmiş 15987 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 53560 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 28763,61 kq- 23010,89 manat məbləğində xam pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 30549,60 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcundan bir qismini ödəmiş, iddiaçıya 24999,47 manat borcu qalmışdır. Beləliklə, İddiaçı MMC müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz xeyrinə 24999,47 (iyirmi dörd min doqquz yüz doxsan doqquz manat 47 qəpik) manat məbləğində borcun, 3000 (üç min) manat məbləğində cərimənin və 190,65 (bir yüz doxsan manat 65 qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh məhkəmə iclasında ona qarşı qaldırılmış iddianı qəbul etməyərək ilk iddia üzrə iddiaçının öz öhdəliklərini vaxtında icra etməməsi səbəbindən məhsuldarlığın aşağı düşdüyünü və bu səbəbdən də borcunu ödəyə bilmədiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh öz izahatında göstərmişdir ki, pambıq çiyidinin yerə səpilməsi aprel ayında aparılır, may ayında isə pambıq sahəsinin alaq otlarından təmizlənməsi işi görülür. İddiaçı MMC xx.xx.2024-cü il tarixli, 05/24-298 saylı alqı-satqı müqaviləsinə əsasən pambığın becərilməsi üçün avans ödənişini vaxtında verməyərək gecikdirdiyindən pambıq sahəsini alaq otlarından vaxtında təmizlədə bilməmiş, vaxtında aqrotexniki tədbirlər görülə bilməmiş və nəticədə pambığı alaq otları basdığından məhsuldarlıq aşağı olmuşdur. Cavabdehin həmin arqumenti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC ilə fermer Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2025-ci il tarixli İş və Xidmətlərin yerinə yetirilməsi Aktından görünür ki, 05/24-298 saylı alqı-satqı müqaviləsinin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və müəyyən edilmişdir ki, hesabat ilində alaq təmizləmə və suvarma pulu qismində Cavabdeh 6085 manat 20 qəpik məbləğində avans vəsait ödənilmişdir. 10 iyun 2024-cü il tarixli PAM00030581 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4320 manat məbləğində avans ödənişi edilmişdir. 15 avqust 2024-cü il tarixli PAM00037155 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1765,20 manat məbləğində avans ödənişi edilmişdir. Göründüyü ki, cavabdehin iddia etdiyi pambıq sahəsinin alaqdan təmizlənməsi işlərinin yerinə yetirilməsinə görə avans ödənişləri 10 iyun 2024-cü il tarixdə artıq ödənilməyə başlanılmışdır ki, həmin tarixidə gecikmə kimi qəbul etmək düzgün deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx.xx.2024-cü il tarixli 05/24-298 nömrəli “Xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi öhdəliyini, borclu isə tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, "Alıcıya" təhvil verilməsi və "Alıcı" tərəfindən "Satıcının" borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilədə onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən müəyyən edilmiş 3000 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 300 (üç yüz) manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçının qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilənin şərtlərinə əməl etmişdir. Cavabdeh isə, xx.xx.2024-cü il tarixli, 05/24-298 nömrəli “Xam pambığın alqısatqısına dair” Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək müqavilədə nəzərdə tutulan çəkidə xam pambıq təhvil verməmişdir. Nəticədə cavabdehin iddiaçıya 24999,47 (iyirmi dörd min doqquz yüz doxsan doqquz manat 47 qəpik) manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə ilk iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olduğundan həmin hissədə təmin, cərimə məbləğinə münasibətdə isə qismən təmin edilməlidir. Cavabdeh İddiaçı MMC-nin verdiyi iddia tələbinin rədd edilməsi, 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın alınıb ona verilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, iddiaçının nümayəndəsi isə qarşılıqlı iddianı etiraf etmədiyindən, habelə işin gerçək halların ilə qarşılıqlı iddianın dəlilləri təkzib edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmiş, lakin Cavabdeh qarşılıqlı iddia tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 190,65 manat, cavabdeh, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 159 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 165,9 (bir yüz altmış beş manat 90 qəpik) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “Borcun tutulması” haqqında ilk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 24999,47 (iyirmi dörd min doqquz yüz doxsan doqquz manat 47 qəpik) manat borc, 300 (üç yüz) manat məbləğində cərimə, 165,90 (bir yüz altmış beş manat 90 qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 25465,37 (iyirmi beş min dörd yüz altmış beş manat 37 qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçınə qarşı “Ziyanın ödənilməsi” haqqında qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar