Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4224/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Elman qızına qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA3 İl xidməti üçün 392.49 (manat ödənilməmiş hissə, 39.25 manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ Kod **********01920 POCO M6, BLACKVİEW AİRBUDS üçün 363.32 manat ödənilməmiş hissə, 36.33 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER üçün 25.65 manat ödənilməmiş hissə, 2.57 manat cərimə, ümumilikdə 859.61 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Elman qızından alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA3 İl xidməti, İMEİ Kod **********01920 POCO M6, BLACKVİEW AİRBUDS 8, SAMSUNG CHARGER almış və nəticədə 859.61 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 471.06 manat (18 ay x 26.17 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA3 İl xidmətiüçün ümumilikdə, 431.74 manat olmaqla ondan, 392.49 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.25 manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 503.04 manat (12 ay x 41.92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********01920 POCO M6, BLACKVİEW AİRBUDS üçün ümumilikdə, 399.65 olmaqla ondan, 363.32 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.33 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 37.2 manat (18 ay x 1.9 manat + 3 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER üçün ümumilikdə, 28.22 manat olmaqla ondan, 25.65 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.57 manat cərimə miqdarında borc yaranmışdır..Cavabdehin cəmi ödədiyi məbləğ 229.84 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirmələrinə baxmayaraq qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli ********** nömrəli "xxxx" MMC ilə Cavabdeh Elman qızı arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 37.2 manat dəyərində mal ilkin ödəniş 3 manat olmaqla , 18 ay müddətinə hissə-hissə hər ay 1.9 manat ödənilməsi şərtilə Cavabdeh Elman qızına satılmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli "xxxx" MMC ilə Cavabdeh Elman qızı arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 503.07 manat dəyərində mal ilkin ödəniş olmadan, 12 ay müddətinə hissə-hissə hər ay 41.92 manat ödənilməsi şərtilə Cavabdeh Elman qızına satılmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli "xxxx" MMC ilə Cavabdeh Elman qızı arasında bağlanmış Müqavilədən və müqaviləyə Əlavədən görünür ki, 470.97 manat dəyərində mal ilkin ödəniş olmadan, 18 ay müddətinə hissə-hissə hər ay 26.17 manat ödənilməsi şərtilə Cavabdeh Elman qızına satılmışdır xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh Elman qızının xx.xx.2025-ci il tarixli müqavilə üzrə 25.65 manat ödənilməmiş hissə, 2.57 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 363.32 manat ödənilməmiş hissə, 36.33 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 392.49 maant ödənilməmiş hissə, 39.25 manat cərimə olmaqla, ümumilikdə 859.61 manat borcu vardır. Müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 229.84 manat təşkil edir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh Elman qızı tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə "xxxx" MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib. xx.xx.2025-ci il tarixli çekdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh Elman qızı arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əlavə olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh malları qüsursuz halda təhvil almış, bununla da iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh müqaviləyə əlavələrdə nəzərdə tutulmuş müddətdə ödəniş etməmiş, yəni öhdəliyi lazımınca icra etməmişdir. xx.xx.2025/2 nömrəli Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edib, bununla da pretenziya qaydalarına riayət etmişdir. Mülki Məcəllənin 467-cı maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, işin hallarını qiymətləndirərək, hesab edir ki, cərimə borcu azaldılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Elman qızından xx.xx.2024-cü il tarixli müqavilə üzrə 392.49 manat ödənilməmiş hissə, 19.62 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 363.32 manat ödənilməmiş hissə, 18.16 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 25.65 manat ödənilməmiş hissə, 1.29 manat cərimə olmaqla ümumilikdə 820.53 manat borc məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Elman qızından iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Elman qızından xx.xx.2024-cü il tarixli müqavilə üzrə 392.49 manat ödənilməmiş hissə, 19.62 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 363.32 manat ödənilməmiş hissə, 18.16 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 25.65 manat ödənilməmiş hissə, 1.29 manat cərimə olmaqla ümumilikdə 820.53 (səkkiz yüz iyirmi manat əlli üç qəpik) manat borc məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh Elman qızından tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov