Məhkəmə qərarları › İş №e-2(021)-4231/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4231/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4231/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Epilyator Panasonic, Tərəzi Hoffmann üçün 869.08 manat ödənilməmiş hissə, 86.91 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Zəmanət + 1 İl Xidməti, Paltaryuyan Hoffmann üçün 458.64 manat ödənilməmiş hissə, 45.86 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, X1 2 İl Xidməti, Hoffmann üçün 296.16 manat ödənilməmiş hissə, 29.62 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, Epilyator Panasonic, Tərəzi Hoffmann üçün 138.04 manat ödənilməmiş hissə, 13.80 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Plitə Hoffmann üçün 107.50 manat ödənilməmiş hissə, 10.75 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, X1 3 İl Xidməti, İmei Kod **********67706 Xiaomi Redmi A3 markalı telefon üçün, 90.53 manat ödənilməmiş hissə, 9.05 manat cərimə, ümumilikdə 2155.95 manat borc və 41.56 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən Zəmanət + 1 İl Xidməti, Samsung markalı Paltaryuyan, Zəmanət + 1 İl Xidməti, Paltaryuyan Hoffmann, X1 2 İl Xidməti, Hoffmann , Epilyator Panasonic, Tərəzi Hoffmann , X1 3 İl Xidməti, İmei Kod **********67706 Xiaomi Redmi A3 markalı telefon almış və nəticədə 2155.95(iki min yüz əlli beş manat, 95 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1075.32(min yetmiş beş manat, 32 qəp) manat (18 ay x 59.74 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Samsung markalı Paltaryuyan üçün 869.08 (səkkiz yüz altmış doqquz manat, 08 qəp) manat ödənilməmiş hissə, 86.91 (səksən altı manat, 91 qəp) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 524.17 (beş yüz iyirmi dörd manat, 17 qəpik) manat (24 ay x 21.84 manat + 0.01 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Paltaryuyan Hoffmann üçün 504.50 (beş yüz dörd manat, 50 qəpik) manat olmaqla ondan, 458.64 (dörd yüz əlli səkkiz manat, 64 qəpik) manat ödənilməmiş hissə, 45.86 (qırx beş manat, 86 qəp) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 296.16 (iki yüz doxsan altı manat, 16 qəpik) manat (24 ay x 12.34 manat + 0 manat ilkin ödəniş) olan X1 2 İl Xidməti, Hoffmann üçün 325.78(üç yüz iyirmi beş manat, 78 qəpik) manat olmaqla ondan 296.16 (iki yüz doxsan altı manat, 16 qəpik ) manat ödənilməmiş hissə, 29.62 (iyirmi doqquz manat, 62 qəp) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 158.04 (beş yüz səksən yeddi manat, 04 qəpik) manat (18 ay x 8.78 manat + 0 manat ilkin ödəniş) X1 2 İl Xidməti, Epilyator Panasonic, Tərəzi Hoffmann 151.84 (yüz əlli bir manat, 84 qəpik) manat olmaqla ondan 138.04 (yüz otuz səkkiz manat, 04 qəpik) manat ödənilməmiş hissə, 13.80 (on üç manat, 80 qəpik) manat cərimə pulu xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 258 (İki yüz əlli səkkiz) manat (12 ay x 21.50 manat + 0 manat ilkin ödəniş) olan Plitə Hoffmann üçün 118.25 (yüz on səkkiiz manat, 25 qəpik) manat olmaqla ondan, 107.50 (yüz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 10.75 (on manat, 75 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 325.98 (üç yüz iyirmi beş manat, 98 qəpik) manat (18 ay x 18.11 manat + 0 manat ilkin ödəniş) olan X1 3 İl Xidməti, İmei Kod **********67706 Xiaomi Redmi A3 markalı telefon üçün 99.58 (doxsan doqquz manat, 58 qəpik) manat olmaqla ondan, 90.53 (doxsan manat, 53 qəpik) manat ödənilməmiş hissə, 9.05(doqquz manat, 05 qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən X13 İl xidmətindən xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 20 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 20 manat, ümumilikdə, 20 manat təşkil edir. Cavabdehin digər müqavilərlər üzrə cəmi ödədiyi məbləğ 657.72 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1075.32(min yetmiş beş manat, 32 qəp) manat (18 ay x 59.74 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Samsung markalı Paltaryuyan almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 524.17 (beş yüz iyirmi dörd manat, 17 qəpik) manat (24 ay x 21.84 manat + 0.01 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Paltaryuyan Hoffmann almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 296.16 (iki yüz doxsan altı manat, 16 qəpik) manat (24 ay x 12.34 manat + 0 manat ilkin ödəniş) olan X1 2 İl Xidməti, Hoffmann almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 158.04 (beş yüz səksən yeddi manat, 04 qəpik) manat (18 ay x 8.78 manat + 0 manat ilkin ödəniş) X1 2 İl Xidməti, Epilyator Panasonic, Tərəzi Hoffmann almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 258 (İki yüz əlli səkkiz) manat (12 ay x 21.50 manat + 0 manat ilkin ödəniş) olan Plitə Hoffmann almışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 325.98 (üç yüz iyirmi beş manat, 98 qəpik) manat (18 ay x 18.11 manat + 0 manat ilkin ödəniş) olan X1 3 İl Xidməti, İmei Kod **********67706 Xiaomi Redmi A3 markalı telefon almışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1075.32(min yetmiş beş manat, 32 qəp) manat (18 ay x 59.74 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Samsung markalı Paltaryuyan, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 524.17 (beş yüz iyirmi dörd manat, 17 qəpik) manat (24 ay x 21.84 manat + 0.01 manat ilkin ödəniş) olan Zəmanət + 1 İl Xidməti, Paltaryuyan Hoffmann, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 296.16 (iki yüz doxsan altı manat, 16 qəpik) manat (24 ay x 12.34 manat + 0 manat ilkin ödəniş) olan X1 2 İl Xidməti, Hoffmann , xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 158.04 (beş yüz səksən yeddi manat, 04 qəpik) manat (18 ay x 8.78 manat + 0 manat ilkin ödəniş) X1 2 İl Xidməti, Epilyator Panasonic, Tərəzi Hoffmann , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 258 (İki yüz əlli səkkiz) manat (12 ay x 21.50 manat + 0 manat ilkin ödəniş) olan Plitə Hoffmann , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 325.98 (üç yüz iyirmi beş manat, 98 qəpik) manat (18 ay x 18.11 manat + 0 manat ilkin ödəniş) olan X1 3 İl Xidməti, İmei Kod **********67706 Xiaomi Redmi A3 markalı telefon almışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 869.08 manat ödənilməmiş hissə, 86.91 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 458.64 manat ödənilməmiş hissə, 45.86 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 296.16 manat ödənilməmiş hissə, 29.62 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 138.04 manat ödənilməmiş hissə, 13.80 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 107.50 manat ödənilməmiş hissə, 10.75 manat cərimə , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 90.53 manat ödənilməmiş hissə, 9.05 manat cərimə orcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41.56 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli , xx.xx.2024-ci il tarixli , xx.xx.2025-ci il tarixli , xx.xx.2025ci il tarixli , xx.xx.2024-cü il tarixli , xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmış, cavabdeh həmin müqavilələrə əsasən müəyyən əşyalar almış, borcunu vaxtında ödəməmiş, nəticədə müqavilələr üzrə cəmi 2155.95 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı «ABC TELECOM MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 31 manat , xx.xx.2024-ci il tarixli müqavilə üzrə 22 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə, 14 manat , xx.xx.2025-ci il tarixli müqavilə üzrə 7 manat , xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3 manat , xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3 manat məbləğində cərimənin tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 869.08 manat ödənilməmiş hissə, 31 manat cərimə, cəmi 900.08 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 458.64 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 480.64 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 296.16 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 310.16 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 138.04 manat ödənilməmiş hissə, 7 manat cərimə, cəmi 145.04 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 107.50 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 110.5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 90.53 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 93.53 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 869.08 manat ödənilməmiş hissə, 31 manat cərimə, cəmi 900.08 (doqquz yüz manat 08 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 458.64 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 480.64 (üç yüz bir manat 40 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 296.16 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 310.16 (üç yüz on manat 16 qəpı̇ k) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 138.04 manat ödənilməmiş hissə, 7 manat cərimə, cəmi 145.04 (bir yüz qırx beş manat 04 qəpı̇ k) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 107.50 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 110.5 (bir yüz on manat 50 qəpı̇ k) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 90.53 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 93.53 (doxsan üç manat 53 qəpı̇ k) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 35 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar