Məhkəmə qərarları › İş №e-2(021)-4415/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4415/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4415/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması» tələbinə dаir mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 290 manat məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqının tutularaq iddiaçının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** NG *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** XV *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** XV *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət olunmuşdur. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** XV *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 290,00 manat (iki yüz doxsan manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021ci il tarixli “Sığorta aktı”na əsasən 290,00 manat məbləğində sığorta ödənişi etibarnamə əsasında zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Odur ki, iddiaçı "xxxx" ASC Cavabdeh 290 manat məbləğində vurulmuş zərərin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Buna baxmayaraq Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş Abşeron dövlət yol polisi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, xx.xx.1991-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş və Bərdə rayonu, Lənbəran kəndində yaşayan Cavabdeh idarə etdiyi VAZ 2106 markalı, ** NG *** dövlət nömrə nişanlı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən Yol hərəkət qaydalarını pozan yol nəqliyyat hadisəsi yerindən yayınma, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hallarına yol vermiş və Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. AC № 359969 saylı X1 Şəhadətnaməsinin surətindən “VAZ 2106” minik markalı, **-NG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Əliyev Əli Xanış oğlunun mülkiyyətindədir. AE №103091 X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 1317 saylı reyestr nömrəli Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 tərəfindən “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X7 etibar edilmişdir. ƏN-İ № 862 845 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 tərəfindən X7 “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən 10 il müddətinə, xx.xx.2031-ci il tarixinədək idarə etmək və avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. Nəqliyyat vasitəsini idarə etmək haqqında ƏN-V № 766655 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 tərəfindən X5 “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən 8 ay müddətinə, xx.xx.2022-ci il tarixinədək idarə etmək hüququ verilmişdir. xx.xx.2021-ci il tarixli Hesablamanın nəticələrindən görünür ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 290 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC-yə X8 tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC-nin PPA seriyalı ********** nömrəli müqavilə ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2106” minik markalı, **-NG-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən xx.xx.2021-cü il tarixdə “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin əvəzində sığorta ödənişi verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nə Cavabdeh verdiyi izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə Qobul yolu Ağ bazarın qarşısında idarə etdiyi “VAZ 2106” minik markalı, **-NG-*** dövlət nömrə nişanlı avtomobili geri hərəkət etdirərkən, arxada hərəktdə olan X4 idarə etdiyi “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nə X4 verdiyi izahatdan görünür ki, xx.xx.2021ci il tarixdə idarə etdiyi “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobillə Qobul yolu Ağ bazarla üzbəüz düzünə hərəkətdə olarkən Cavabdeh “VAZ 2106” minik markalı, **-NG-*** dövlət nömrə nişanlı avtomobili geri hərəkət etdirərək onun avtomobilinin sol ön hissəsindən vuraraq onunla toqquşmuşdur. AE234809 saylı Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş və Bərdə rayonu, Lənbəran kəndində yaşayan Cavabdeh BC dərəcəli sürücülük hüququ verilmişdir. AC727556 saylı Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci ildə Şəki şəhərində doğulmuş və Şəki şəhəri, Baş Göynük kəndində yaşayan X5 BC dərəcəli sürücülük hüququ verilmişdir. xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitələrinin siğorta hadisəsinə və zərərinə dair ilkin aktından müəyyən edilir ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Opel Vectra B” markalı **- XV-*** dövlət nömrə nişanlı avtomobilə 300 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabtdan görünür ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Opel Vectra” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilə 290 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli Sığorta aktından və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, X7 290 manat icbari zərər ödənişi verilmişdir. xx.xx.2022-ci il tarixli, 3142/L saylı Subroqasiya hüququ ilə əlaqədar bildirişdən görünür ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh bildiriş verilmişdir. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 00:30 dəqiqədə Əliyev Əli Xanış oğlu mülkiyyətində olan “VAZ 2106” minik markalı, **-NG-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən, X2 mülkiyyətində olan “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobil X8 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi törənmiş və “Opel Vectra” minik markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol hissəsi əzilmişdir. xx.xx.2020-ci il tarixli İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Əliyev Əli Xanış oğlu 75 manat ödəməklə “VAZ 2106” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 12 (on iki) ay müddətinə (xx.xx.2021-ci ilədək) icbari sığorta növü ilə əmlaka vurulan zərərə görə 50000 manatadək sığortalanmışdır. AZE №17544160 saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1993-cü ildə Qusar rayonu, Gedəzeyxur kəndində doğulmuş, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, “VAZ 2106” minik markalı, **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh sığorta müddətində, yəni xx.xx.2021ci il tarixində “VAZ 2106” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 tərəfindən idarə olunan “Opel Vectra B” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. "xxxx" ASC tərəfidən Sığorta ödənişi ilə X5 290 manat icbari zərər ödənişi verilmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da o, "xxxx" ASC-ə olan borcunu ödəməmişdir. Cаvаbdeh Cavabdeh "xxxx" ASC-ə olan bоrcu ödəmədiyi üçün iddiаçının məhkəmədə subroqasiya hüququ yаrаnmışdır. Beləliklə, iddiaçı "xxxx" ASC Cavabdeh 290 manat məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” qanunun 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 925.3-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Beləliklə məhkəmə hesab edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh “VAZ 2106” minik markalı, **-NG-*** minik markalı avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə “Opel Vectra” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Opel Vectra B” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 290 manat məbləğində ziyan sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tam şəkildə təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 290 (iki yüz doxsan) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar