Məhkəmə qərarları › İş №e-2(021)-4606/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4606/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4606/2025 25.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, paket Apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti, İmei kod **********49543 olan İPHONE 11 vinil mat üçün 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə, 124.90 (yüz iyirmi dörd manat 90 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96909 olan İPHONE 12, paket Apple xidməti qızıl zamənət ultra 2 il xidməti APPLE adapter üçün 1701(bir min yeddi yüz bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 170.10 (yüz yetmiş manat 10 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3268.62 (üç min iki yüz altmış səkkiz manat 62 qəpik ) borc, 52.69 (əlli iki manat 69 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən paket Apple xidməti, qızıl zamanət ultra 1 il xidməti İmei kod **********49543 olan İPHONE 11, vinil mat, İmei kod **********909 olan İPHONE 12, paket Apple xidməti , qızıl zamanət ultra 2 xidməti, Apple adapter almış və nəticədə 3268.62 (üç min iki yüz altmış səkkiz manat 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı xidməti 1249.02 (bir min iki yuz qırx doqquz manat 02 qəpik) manat (18ay × 69.39 manat + 0 manat ilkin ödəniş) olan paket Apple xidməti, qızıl zamanət ultra 1 il xidməti imei kod **********49543 İPHONE 11, vinil mat üçün ümumilikdə, 1373.92 (bir min üç yüz yetmiş üç manat 92 qəpik) manat olmaqla ondan 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 124.90 (yüz iyirmi dörd manat 90 qəpik ) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1701(bir min yeddi yüz bir) manat (18 ay × 94.5 manat +0 manat ilkin ödəniş) olan imei kod **********96909 olan İPHONE 12, paket APPLE xidməti, qızıl zamanət ultra 2 il xidməti , APPLE adapter üçün ümumilikdə, 1894.70 (bir min səkkiz yüz doxsan dörd manat 70 qəpik ) manat olmaqla ondan, 1701 (bir min yeddi yüz bir) manat ödənilmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) rüsum, güzəşt olunaraq 170.10 (yüz yetmiş manat 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilləin ayırmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarındaa olan telefon danışığı, həmnçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məkdubunda mübahisənin Məhkəmədəm kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə , qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra edməmişdir . Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, o cümlədən, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materallarında olan və məhkəmə iclаsındа tədqiq edilən: Şəxsiyyət vəsiqəsi məlumantından görünür ki, Cavabdeh xx.xx.1997-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri M.Cəfərov küçəsi ev 52-də qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən "xxxx" MMC imei kod **********9609 İPHONE 12, PAKET APPLE xidməti, qızıl zamanət ultra 2 il xidməti, apple adapderin pulunu hissə-hissə ödəmək şərtilə Cavabdeh 1701 manata satmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödəniş ləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə paket Apple xidməti, qızıl zamanət ultra 1 il xidməti imei kod **********49543 İPHONE 11, vinil matın pulunu hissə-hissə ödəmək şərtilə cavabdehə 1249,02 manata satmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, müştəri xx.xx.2025-ci il tarixdə bağlanmış **********3 saylı müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” malın istifadəsini mümkünsüz edə bilər, o cümlədən, əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilənin bütün şərtlərini və 3.5-ci bənddə göstərilən ödəniş ləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 3.14-cü bəndlərində göstərilmiş tələblərin icrasının dayandırılması barədə müraciət edə bilər. "xxxx" MMC-nin 07 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********96909 olan İPHONE 12 markalı telefona görə, X1 23,60 (iyirmi üç manat 60 qəpik) manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2025-ci tarixə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1701 (bir min yeddi yüz bir manat) ödənilməmiş hissə, 23,60 (iyirmi üç manat 60 qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 170.10 (yüz yetmiş manat 10 qəpik ) manat cərimə, cəmi 1894.70 (bir min səkkiz yüz doxsan dörd manat 70 qəpik ) borcu, xx.xx.2025-ci tarixli müqavilə üzrə 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə,124.90 (yüz iyirmi dörd manat 90 qəpik) manat cərimə, cəmi 1373.92 (bir min üç yüz yetmiş üç manat 92 qəpik) borcu, ümumilikdə 3268.62 (üç min iki yüz altmış səkkiz manat 62 qəpik) manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, müqavilə şərtlərinə uyğun olaraq əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməli olması, əks təqdirdə müvafiq olaraq aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, 76228619 nömrəli çek məlumatından görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 52.69 (əlli iki manat 69 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən paket Apple xidməti, qızıl zamanət ultra 1 il xidməti İmei kod **********49543 olan İPHONE 11, vinil mat, İmei kod **********909 olan İPHONE 12, paket Apple xidməti , qızıl zamanət ultra 2 xidməti, Apple adapter almış və nəticədə 3268.62 (üç min iki yüz altmış səkkiz manat 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı xidməti 1249.02 (bir min iki yuz qırx doqquz manat 02 qəpik) manat (18ay × 69.39 manat + 0 manat ilkin ödəniş) olan paket Apple xidməti, qızıl zamanət ultra 1 il xidməti imei kod **********49543 İPHONE 11, vinil mat üçün ümumilikdə, 1373.92 (bir min üç yüz yetmiş üç manat 92 qəpik) manat olmaqla ondan 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 124.90 (yüz iyirmi dörd manat 90 qəpik ) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1701(bir min yeddi yüz bir) manat (18 ay × 94.5 manat +0 manat ilkin ödəniş) olan imei kod **********96909 olan İPHONE 12, paket APPLE xidməti, qızıl zamanət ultra 2 il xidməti, APPLE adapter üçün ümumilikdə, 1894.70 (bir min səkkiz yüz doxsan dörd manat 70 qəpik ) manat olmaqla ondan, 1701 (bir min yeddi yüz bir) manat ödənilmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) rüsum, güzəşt olunaraq 170.10 (yüz yetmiş manat 10 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrin ayırmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı cavabdehlə aralarındaa olan telefon danışığı, həmnçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məkdubunda mübahisənin Məhkəmədəm kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra edməmişdir. Beləliklə "xxxx" MMC müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan öz xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, paket Apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti, İmei kod **********49543 olan İPHONE 11 vinil mat üçün 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə, 124.90 (yüz iyirmi dörd manat 90 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96909 olan İPHONE 12, paket Apple xidməti qızıl zamənət ultra 2 il xidməti APPLE adapter üçün 1701(bir min yeddi yüz bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 170.10 (yüz yetmiş manat 10 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3268.62 (üç min iki yüz altmış səkkiz manat 62 qəpik ) borcun və 52.69 (əlli iki manat 69 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx.xx.2025-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə məişət avadanlıqlarını borcluya verilməsi öhdəliyini, borclu isə bu avadanlıqların dəyərinin hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müddətli (nisyə) alqı-satqı müqaviləsidə onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən müəyyən edilmiş xx.xx.2025-ci il tarixli müqavilə üzrə 170.10 (yüz yetmiş manat 10 qəpik) manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 124.90 (yüz iyirmi dörd manat 90 qəpik) manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 (on) manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 (on) manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə, müddətli (nisyə) Alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olduğundan iddia həmin hissədə təmin, dəbbə puluna münasibətdə isə qismən təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 52.69 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 49,63 (qırx doqquz manatt 93 qəpik) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216 - 220, 239, 284-1 - 284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə, paket Apple xidməti, qızıl zəmanət ultra 1 il xidməti, İmei kod **********49543 olan İPHONE 11 vinil mat üçün 1249.02 (bir min iki yüz qırx doqquz manat 02 qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2025ci il tarixli müqavilə üzrə, İmei kod **********96909 olan İPHONE 12, paket Apple xidməti qızıl zamənət ultra 2 il xidməti APPLE adapter üçün 1701(bir min yeddi yüz bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 10 (on) manat cərimə, 49,93 (qırx doqquz manat 93 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3043,55 (üç min qırx üç manat 55 qəpik) borc tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar