Məhkəmə qərarları › İş №e-2(021)-4631/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4631/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4631/2025 30.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 582,54 manat borcunun abonentin **********02260 nömrəli koduna və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin Tərtər RQİİ-nin X1 filialı, Kod 200457, VÖEN **********, M/H AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2XXXX, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ95AİİB******************** nömrəli hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən çıxarışı araşdıraraq hesab edir ki, iş üzrə Cavabdeh öldüyündən, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Asan-Bərdə/1245 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci maddəsindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. AZE №0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 7-də qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli, **********65 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261 və 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair e-2(021)-4631/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar