Məhkəmə qərarları › İş №e-2(021)-4696/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4696/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4696/2025 27.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********66752 İphone 16 Pro, X5 2 il xidməti, Paket XXXL xidməti üçün 4363.65 (dörd min üç yüz altmış üç manat 65 qəpik) manat ödənilməmiş hissə, 436.37 (dörd yüz otuz altı manat 37 qəpik) manat dəbbə, xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********46770 OPPO A78, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 386.86 (üç yüz səksən altı manat 86 qəpik) manat ödənilməmiş hissə, 38.69 (otuz səkkiz manat 69 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********13371 OPPO A78, X5 2 il xidməti üçün 377.18 (üç yüz yetmiş yeddi manat 18 qəpik) manat ödənilməmiş hissə, 37.72 (otuz yeddi manat 72 qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5640.46 manat borc, 76.41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********66752 İPHONE 16 PRO, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, İmei kod **********46770 OPPO A78, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İmei kod **********13371 OPPO A78 , QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və nəticədə 5640.46 (beş min altı yüz qırx manat 46 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4565.04 (dörd min beş yüz altmış beş manat 4 qəpik) manat (24 ay x 190.21 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66752 İPHONE 16 PRO, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməütçi ün ümumilikdə, 4800.02 (dörd min səkkiz yüz manat 2 qəpik ) manat olmaqla ondan, 4363.65 (dörd min üçç yüz altmş üçmanat 65 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 436.37 (dörd yüz otuz altı manat 37 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 775.08 (yeddi yüz yetmiş beş manat 8 qəpik) manat (18 ay x 43.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********46770 OPPO A78, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməütçi ün ümumilikdə, 425.55 (dörd yüz iyirmi beş manat 55 qəpik) olmaqla ondan, 386.86 (üç yüz səksən altı manat 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.69 (otuz səkkiz manat 69 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13371 OPPO A78 , QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün ümumilikdə, 414.90 (dörd yüz on dörd m anat 90 qəpik) manat olmaqla ondan, 377.18 (üç yüz yetmiş yeddi manat 18 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.72 (otuz yeddi manat 72 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 968.43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə etdiyini qeyd edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh maddi imkansızlığı ilə əlaqədar öhdəliyi icra edə bilmədiyini bildirmişdir. Hissə-hissə icra etmək iqtidarındadır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 76.41 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ********** saylı müqaviləyə əsasən aşağıda qeyd olunan mal(lar)ı xidmət(lər)i tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli ********** saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumi məbləği 4565.06 manat olan məhsulların hissə hissə hər ayın 15-i 190.21 manat ödənilməsi şərtilə müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 18786200 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 18786200 nömrəli müqaviləyə əsasən aşağıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, alınan məhsulların toplam məbləği 774.99 manatdır. xx.xx.2024-cü il tarixli 03699635 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 03699635 nömrəli müqaviləyə əsasən aşağıda qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, alınan məhsulların toplam məbləği 756 manatdır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətin görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025ci il tarixdə imei kodu **********6752 İphone 16 Pro markalı telefon, X5 2 il xidməti, Paket XXXL xidməti almış ümumi dəyəri 4565.04 əsas borc 4363.65 manat dəbbə pulu 436.37 manat cəmi 4800.02 manat, xx.xx.2024-cü il tarixdə imei kod **********46770 Oppo A78 markalı telefon, X5 2 il xidməti almış ümumi dəyəri 775.08 manat əsas borc 386.86 manat dəbbə pulu 38.69 manat cəmi 425.55 manat, xx.xx.2024-cü il tarixdə imei kod **********13371 Oppo A78 markalı telefon, X5 2 il xidməti almış ümumi dəyəri 756 manat əsas borc 377.18 manat, dəbbə pulu 37.72 manat cəmi 414.90 manat borcu vardır. Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə "xxxx"MMC-ə 5127.69 manat əsas borc 512.77 manat dəbbə pulu olmaqla cəmi 5640.46 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 3 iş günü ərzində borc qaytarılmalı, əks halda tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx"MMC-nin baş direktoru tərəfindən Nümayəndə etibarnamə üzrə səlahiyyətlər verilmişdir. xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, "xxxx"MMC-nin baş direktoru tərəfindən X2 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən, imei kodu **********6752 İphone 16 Pro markalı telefon, X5 2 il xidməti, Paket XXXL xidməti, imei kod **********46770 Oppo A78 markalı telefon, X5 2 il xidməti, imei kod **********13371 Oppo A78 markalı telefon, X5 2 il xidməti cavabdehə satılmış, lakin cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə üç müqavilə üzrə cəmi 5640.46 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir,ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı «ABC TELECOM MMC-nin iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 167 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 14 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13 manat məbləğində cərimənin tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4363.65 manat ödənilməmiş hissə, 167 manat cərimə, cəmi 4530.65 (dörd min beş yüz otuz manat 65 qəpik ) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 386.86 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 400.86 (dörd yüz manat 86 qəpik) manat , xx.xx.2024-cü il tarixli müqavilə üzrə 377.18 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 390.18 (üç yüz doxsan manat 18 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 73.21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 –Cİ maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4363.65 manat ödənilməmiş hissə, 167 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 386.86 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 377.18 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla, cəmi 5321.69 (beş min üç yüz iyirmi bir manat 69 qəpik) manat və ödənilmiş 73,21 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar