Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4747/2023 26.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 145,2 manat əsas borc, 21,7 manat cərimə olmaqla, cəmi 166,9 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 205,4 manat əsas borc, 30,8 manat cərimə olmaqla, cəmi 236,2 manat borc, ümumilikdə iki müqavilə üzrə 350,6 manat əsas borc, 52,5 manat cərimə olmaqla, cəmi 403,1 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumu məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Borcun ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanıldığından iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Borcun ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçınə qaytarılsın. İddiaçı 11 dekabr 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı KB ASC-nə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-4747/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4747/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver