Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-5063/2025 12.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 mart 2024-cü il tarixli ALY-2100 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 29 mart 2024-ci il tarixli ALY-2100 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 dekabr 2025-ci il tarixə 1940.50 manat gecikdirilmiş əsas, 106.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1161.13 manat dəbbə pulu olmaqla, cəmi 3208.40 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-ci il tarixli ALY-2100 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10190 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 22 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 532.66 manat, ümumilikdə isə 11718 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 dekabr 2025-ci il tarixə 1940.50 manat gecikdirilmiş əsas, 106.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1161.13 manat dəbbə pulu olmaqla, cəmi 3208.40 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçındən 2021-ci ildə lizinq müqaviləsinə əsasən buraxılış ili 2021-ci il olan yeni “Changan” markalı avtomobil almışdır. Avtomobili qardaşı oğlunun adına almış, bir müddət keçdikdən sonra onun özünün adına rəsmiləşdirilmişdir. Lizinq üçün hər ay 550 (beş yüz əlli) manat ödəniş etməklə avtomobili sürmək üçün aylıq etibarnamələr almışdır. Avtomobili aldıqdan sonra xeyli xərclər çəkmiş, daha sonra avtomobilin sürətlər qutusu sıradan çıxmışdır. Sürətlər qutusunu təmir etmək üçün 4600 (dörd min altı yüz) manat xərc çəkib təmir etmiş, təmir etdikdən sonra avtomobil yenidən xarab olmuş, bu dəfə isə 2500 (iki min beş yüz) manat xərc çəkmişdir. Buna görə də şirkətilə qarşılıqlı razılıq əsasında 2024-cü ildə yenidən lizinq müqaviləsi bağlamışlar. Avtomobil dediyi səbəblərdən xarab olduğuna görə işləyə bilməmiş, bu səbəbdən maddi problemlər yaşadığı üçün lizinq ödənişini altı ay ərzində edə bilməmişdir. Hazırda altı aylıq borcu qalmışdır. Borcunu hər ay ödəyəcəyini bildirsə də, şirkət ona maşını sürmək üçün etibarnamə verməmişdir. Avtomobil yeni avtomobildir, ilk sahibi özü olmuşdur. Avtomobil hazırda onun istifadəsindədir, Bakı şəhərində təmir sexində usta yanındadır. Lizinq ödənişini 2026-cı ilin yanvar ayında ödəyib qurtarmalı idi. Sonuncu ödənişi 2025-ci ilin iyul ayında etmiş, altı aylıq borcu qalmışdır. Əvvəldən indiyə kimi avtomobilə təxminən 40000 (qırx min) manat ödəniş etmişdir. Əgər iddiaçı ona sürmək üçün etibarnamə verərsə söz verir ki, qalıq borcunu yaxın zamanlarda ödəyib bitirəcəkdir. Avtomobilə etdiyi ödənişlərin nəzərə alınmasını xahiş edərək, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuşdur, Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ALY-2100 nömrəli X2ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən-İddiaçı MMC lizin alan-Cavabdeh sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. -Lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. -Bu lizinq müqaviləsinin əsas məbləğini 10190 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləği 22 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyriiş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-ci il tarixdən xx.xx.2024-ci il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021-ci il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021-ci il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarix daxil olmaqla etibarlıdır. POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. xx.xx.2025-ci il tarixli POA********** nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh (Bərdə r. Türkmən k. qeydiyyatda olan, sürücülük vəsiqəsi BD Ns 205270 saylı. xx.xx.2021 il tarixində AZ.Res. DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ALY-2100 saylı "X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB192925 seriyalı, 2021 il buraxılışlı, ban №LS5A2ASE9MD912683, mühərrik № L3CT518975, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. - Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. - Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə xx.xx.2024-cü ildə 540 manat, xx.xx.2024-cü ildə 550 manat, xx.xx.2024-cü ildə 550 manat, xx.xx.2024-cü ildə 550 manat, xx.xx.2024-cü ildə 550 manat, xx.xx.2025-ci ildə 550 manat, xx.xx.2025-ci ildə 535 manat, xx.xx.2025-ci ildə 540 manat, xx.xx.2025-ci ildə 540 manat, xx.xx.2025-ci ildə 550 manat, xx.xx.2025-ci ildə 530 manat, xx.xx.2025-ci ildə 540 manat ödəniş etmişdir. İddiaçı MMC-nin 25 dekabr 2025-ci il tarixli, 1089 nömrəli Arayışından görünür ki, borclu Cavabdeh 29 mart 2024-cü il tarixli, ALY-2100 saylı X2 üzrə xx.xx.2025-ci il tarixə gecikdirilmiş 1940,50 manat əsas borc, 106,77 manat mukafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 1161,13 manat dəbbə pulu olmaqla, cəmi 3208 manat 40 qəpik borcu vardır. xx.xx.2025-ci il tarixli 985 nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcu dərhal ödəməsi və lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb edilmiş, əks təqdirdə X2nin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ALY-2100 nömrəli X2nə əsasən İddiaçı MMC-dən 10190 manat dəyərində Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı avtomobil almış, 22 ay hər ay ödəniş cədvəli üzrə 532,66 manat, sonuncu ay isə 532,54 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyin çox hissəsini icra etmiş, xx.xx.2025-ci il tarixə iddiaçıya 1940,50 manat əsas və 106,77 manat gecikdirilmiş mükafat borcu qalmışdır. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində lizinq müqaviləsinin ləğv edilməsini, cavabdehdən lizinq obyekti olan avtomobilin alınaraq qaytarılmasını, eyni zamanda isə ödəniş üzrə qalan borcu tələb etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 1940,50 manat məbləğində əsas borcu və 106,77 manat gecikdirilmiş mükafat borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh da məhkəmə iclasında verdiyi izahatında iddiaçıya qeyd olunan məbləğdə borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə görə, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3-cü maddəsinə görə, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 747-1.1-ci maddəsinə görə, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2-ci maddəsinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-ci maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə görə, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 747-2-ci maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1-ci maddəsinə görə, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə görə, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.3-cü maddəsinə görə, lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər. 748-1.4-cü maddəsinə görə, lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdən keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.6-cı maddəsinə görə, lizinq obyektinə təminatlı xidmət, əgər bu, alqı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.7-ci maddəsinə görə, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə görə, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10-cu maddəsinə görə, əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. 748-1.11-ci maddəsinə görə, əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. 748-1.12-ci maddəsinə görə, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-2.1-ci maddəsinə görə, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə görə, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.5-ci maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh iddiaçıdan 10190 manata razılaşaraq Changan Alsvin markalı, 77PX563 qeydiyyat nişanlı avtomobili lizinqə götürmüş, 22 ay hər ay ödəniş cədvəli üzrə 532,66 manat, sonuncu ay isə 532,54 manat ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1940,50 manat əsas və 106,77 manat gecikdirilmiş mükafatı iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli ALY-2100 saylı X2 ləğv edilməli, cavabdehdən 1940,50 manat əsas borc, 106,77 manat gecikdirilmiş mükafat alınaraq iddiaçıya verilməlidir. MM-nin: 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, İddiaçı MMC tərəfindən müəyyən edilmiş 1161,13 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 100 (bir yüz) manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. İddiaçının lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh 10190 manata lizinqə götürdüyü avtomobilin lizinq ödənişinin çox hissəsini ödəmiş, əsas məbləğdən cəmi 1940,50 manat olmaqla az miqdarda borcu qalmışdır. Qalan az məbləğdə lizinq ödənişi borcuna görə həm qalan məbləğin tələb edilərək alınması, eyni zamanda lizinq obyektinin cavabdehdən geri alınması ədalətsizlik olardı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi lizinq predmetinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsan Haqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 41,47(qırx bir manat 47 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli, ALY-2100 nömrəli X2 ləğv edilsin. Cavabdeh 1940,50 (bir min doqquz yüz qırx manat 50 qəpik) manat məbləğində əsas borc, 106,77 (bir yüz altı manat 77 qəpik) manat məbləğində gecikdirilmiş mükafat, 100 (bir yüz) manat məbləğində cərimə və 41,47 (qırx bir manat 47 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2188,74 (iki min bir yüz səksən səkkiz manat 74 qəpik) manat məbləğində vəsait alınaraq İddiaçınə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-5063/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-5063/2025
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver