Məhkəmə qərarları › İş №e-2(021)-595/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-595/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-595/2023 09.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG Soyuducu üçün 1473,9 manat ödənilməmiş hissə, 147,1 manat cərimə, 2) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1, Huawei Qulaqlıq üçün 455,6 manat ödənilməmiş hissə, 45,4 manat cərimə, 3) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********328002 Samsung Galaxy A 51 markalı mobil telefon üçün 440,10 manat ödənilməmiş hissə, 45,4 manat cərimə, 4) xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED Tv üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə, 5) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ARDESTO Ətçəkən, GORENJE Tozsoran üçün 327,6 manat ödənilməmiş hissə, 32,4 manat cərimə, 6) xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88016 Xiaomi Redmi 9 C markalı mobil telefon, Ekran qoruyucusu üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 7) xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46327 Samsung Galaxy A 11 markalı mobil telefon üçün 187 manat ödənilməmiş hissə, 18 manat cərimə, 8) xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hovuz İntex üçün 146,4 manat ödənilməmiş hissə, 14,6 manat cərimə, ümumilikdə 4040 manat borcun və ödənilmiş 60,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG Soyuducunu 18 ay müddətinə hər ay 86,7 manat olmaqla, cəmi 1560,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1, Huawei Qulaqlığı 18 ay müddətinə hər ay 26,8 manat olmaqla, cəmi 482,18 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********328002 Samsung Galaxy A 51 markalı mobil telefonu 12 ay müddətinə hər ay 48,9 manat, 45 manat ilkin ödəniş olmaqla, cəmi 631,8 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED Tv-ni 18 ay müddətinə hər ay 67,2 manat olmaqla, cəmi 1209,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ARDESTO Ətçəkəni, GORENJE Tozsoranı 18 ay müddətinə hər ay 18,2 manat olmaqla, cəmi 327,6 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88016 Xiaomi Redmi 9 C markalı mobil telefon, Ekran qoruyucusunu 18 ay müddətinə hər ay 28 manat, 24 manat ilkin ödəniş olmaqla, cəmi 528 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46327 Samsung Galaxy A 11 markalı mobil telefonu 18 ay müddətinə hər ay 26,7 manat olmaqla, cəmi 480,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hovuz İntex-i 12 ay müddətinə hər ay 12,2 manat olmaqla, cəmi 146,4 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin 1) xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 1473,9 manat ödənilməmiş hissə, 147,1 manat cərimə, 2) xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 455,6 manat ödənilməmiş hissə, 45,4 manat cərimə, 3) xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 440,10 manat ödənilməmiş hissə, 45,4 manat cərimə, 4) xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 336 manat ödənilməmiş hissə, 33 manat cərimə, 5) xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 327,6 manat ödənilməmiş hissə, 32,4 manat cərimə, 6) xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 7) xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 187 manat ödənilməmiş hissə, 18 manat cərimə, 8) xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 146,4 manat ödənilməmiş hissə, 14,6 manat cərimə, ümumilikdə 4040 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli, №23033219 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2020-ci il tarixli, №22146906 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli, №23037634 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli, №22373472 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2020-ci il tarixli, №21053730 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2020-ci il tarixli, №20319422 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli, №23141338 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2020-ci il tarixli, №22042205 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli, №23168125 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, cavabdehin aylıq ödənişi xx.xx.2021-ci il tarixli, №23033219 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 86,7 manat, xx.xx.2021-ci il tarixli, №23037634 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 26,8 manat, xx.xx.2021-ci il tarixli, №22373472 saylı müqaviləsi üzrə 12 ay müddətinə hər ay 48,9 manat, xx.xx.2020-ci il tarixli, №20319422 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 67,2 manat, xx.xx.2021-ci il tarixli, №23141338 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 18,2 manat, xx.xx.2020-ci il tarixli, №22042205 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 28 manat, xx.xx.2020-ci il tarixli, №21053730 saylı müqaviləsi üzrə 18 ay müddətinə hər ay 26,7 manat, xx.xx.2021-ci il tarixli, №23168125 saylı müqaviləsi üzrə 12 ay müddətinə hər ay 12,2 manat təşkil edir. Mülki işə əlаvə edilmiş Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, №23033219 saylı müqavilə üzrə cəmi 1623 manat, xx.xx.2021-ci il tarixli, №23037634 saylı müqavilə üzrə 501 manat, xx.xx.2021-ci il tarixli, №22373472 saylı müqavilə üzrə 485 manat, xx.xx.2020-ci il tarixli, №20319422 saylı müqavilə üzrə 369 manat, xx.xx.2021-ci il tarixli, №23141338 saylı müqavilə üzrə 360 manat, xx.xx.2020ci il tarixli, №22042205 saylı müqavilə üzrə 338 manat, xx.xx.2020-ci il tarixli, №21053730 saylı müqavilə üzrə 205 manat, xx.xx.2021-ci il tarixli, №23168125 saylı müqavilə üzrə 161 manat borcu vardır. Mülki işə əlаvə edilmiş bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Bərdə rayonun Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonun Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Bərdə rayonun Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonun Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG Soyuducunu 18 ay müddətinə hər ay 86,7 manat olmaqla, cəmi 1560,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1, Huawei Qulaqlığı 18 ay müddətinə hər ay 26,8 manat olmaqla, cəmi 482,18 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********328002 Samsung Galaxy A 51 markalı mobil telefonu 12 ay müddətinə hər ay 48,9 manat, 45 manat ilkin ödəniş olmaqla, cəmi 631,8 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED Tv-ni 18 ay müddətinə hər ay 67,2 manat olmaqla, cəmi 1209,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ARDESTO Ətçəkəni, GORENJE Tozsoranı 18 ay müddətinə hər ay 18,2 manat olmaqla, cəmi 327,6 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88016 Xiaomi Redmi 9 C markalı mobil telefon, Ekran qoruyucusunu 18 ay müddətinə hər ay 28 manat, 24 manat ilkin ödəniş olmaqla, cəmi 528 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46327 Samsung Galaxy A 11 markalı mobil telefonu 18 ay müddətinə hər ay 26,7 manat olmaqla, cəmi 480,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hovuz İntex-i 12 ay müddətinə hər ay 12,2 manat olmaqla, cəmi 146,4 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Cаvаbdeh əsas borcundan cəmi 1692,4 manat ödəniş etmiş, qalan bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" MMC-nin iddiasının xx.xx.2021-ci il tarixli, №23033219 saylı müqavilə üzrə 147,1 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 10 manat, xx.xx.2021-ci il tarixli, №23037634 saylı müqavilə üzrə 45,4 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 4 manat, xx.xx.2021-ci il tarixli, №22373472 saylı müqavilə üzrə 44,9 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 4 manat, xx.xx.2020-ci il tarixli, №20319422 saylı müqavilə üzrə 33 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 3 manat, xx.xx.2021-ci il tarixli, №23141338 saylı müqavilə üzrə 32,4 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 3 manat, xx.xx.2020-ci il tarixli, №22042205 saylı müqavilə üzrə 30 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 2 manat, xx.xx.2020-ci il tarixli, №21053730 saylı müqavilə üzrə 18 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 2 manat, xx.xx.2021-ci il tarixli, №23168125 saylı müqavilə üzrə 14,6 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 5 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG Soyuducu üçün 1473,9 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1, Huawei Qulaqlıq üçün 455,6 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********328002 Samsung Galaxy A 51 markalı mobil telefon üçün 440,10 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED Tv üçün 336 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ARDESTO Ətçəkən, GORENJE Tozsoran üçün 327,6 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88016 Xiaomi Redmi 9 C markalı mobil telefon, Ekran qoruyucusu üçün 308 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46327 Samsung Galaxy A 11 markalı mobil telefon üçün 187 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hovuz İntex üçün 146,4 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 3708,6 manat borcun və ödənilmiş 60,4 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG Soyuducu üçün 1473,9 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1, Huawei Qulaqlıq üçün 455,6 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********328002 Samsung Galaxy A 51 markalı mobil telefon üçün 440,10 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED Tv üçün 336 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ARDESTO Ətçəkən, GORENJE Tozsoran üçün 327,6 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88016 Xiaomi Redmi 9 C markalı mobil telefon, Ekran qoruyucusu üçün 308 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46327 Samsung Galaxy A 11 markalı mobil telefon üçün 187 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hovuz İntex üçün 146,4 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 3708,6 manat borcun və ödənilmiş 60,4 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar