Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-711/2023 26.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X16 iclas kаtibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X31 qarşı “Mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dаir qarşlıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X31, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X20na Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443,8 kv. m, əsas sahəsi 413,7 kv. m olan bir mərtəbəli qeyri-yaşayış binasının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlakdan ona vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədə 2/4 hissə payın ayılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra qalan hissədən bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək X47 tərəfindən İddiaçı verilmiş 2V-01-580 nreyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların barabər olaraq ¼ hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdeh Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X47 tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddiaçı tərəfindən ilkin iddia tələbi belə əsaslandırılmışdır ki, Bərdə rayonu Qaradağlı kənd sakini, 1943-cü il təvəllüdlü mərhum (miras qoyan) X47 doğma atasıdır. X20 25 mart 2021-ci ildə vəfat etmişdir. Anası Həsənova (Dorafiyeva) Valentina Nikolayevna isə 1947-ci ildə anadan olmuş, xx.xx.2006-cı ildə vəfat etmişdir. Faktiki olaraq 1967-ci ildə ailə qurmuş olsalar da, ata və anasının nikahı Bərdə rayon Qeydiyyat Şöbəsində (keçmiş Bərdə rayon VVAQ şöbəsi) 12 fevral 1971-ci ildə 15 nömrə ilə qeyd edilmiş və onlara AZ 188273 №-li Evlənmək haqqında şəhadətnamə verilmişdir. X9 və anası X3 nikahından 3 övladı xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 və 3.xx.xx.1981-ci təvəllüdlü Məmmədova (Həsənova) Mehriban Mədət qızı doğulmuşlar. X33 ilə nikahları Bərdə rayon Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 18 oktyabr 2000-ci ildə 08 nömrə ilə qeydə alındıqdan sonra “Məmmədova” soyadını qəbul etmişdir. Anası X3 vəfatından sonra X20 oğlu Həsənova (Aslanova) Məxmər Qədir qızı ilə Bərdə rayon Qeydiyyat şöbəsində 15 yanvar 2008-ci ildə 19 nömrə ilə nikah bağlamaqla evlənmişlər. Bu nikahdan onların övladı olmamışdır. Atasının vəfatından sonra tam xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bərdə şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binası miras qalmışdır. Bina Bərdə rayonu Qaradağlı bələdiyyəsindən götürülmüş 0,126 ha torpaq sahəsində yerləşməklə ümumi tikilialtı sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.metrdir və bir mərtəbəli qeyri-yaşayış binasıdır. Həmin qeyri-yaşayış binası 2004-cü ildə tikilmişdir. Onun hüquqi sənədi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış və DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İnventar nömrəsi 7997, reyestr nömrəsi **********57-06301 olan Texniki pasportdur. Həm Çıxarış, həm də Texniki pasport X9 adına qeydə alınmışdır. Atasının vəfatından sonra, yəni 25 mart 2021-ci ildən etibarən onun mirası olan sözügedən qeyri-yaşayış binasını miras kimi qəbul etmiş, ona sahiblik və idarə edir. Çünki, atası hələ 29 iyun 2012-ci il tarixdə notariat təsdiqli Vəsiyyətnamə ilə vəsiyyət etmişdir ki, ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. Odur ki, 02 iyul 2021-ci il tarixli ərizə ilə X59 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edərək, məlumat vermiş ki, “X20 25 mart 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qanun üzrə, yaxud vəsiyyətnamə üzrə ona çatası mirası qəbul edir”. Həmin miras əmlakı qəbul etməyinin rəsmiləşdirilməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əldə etmək və mirasın bölüşüdürülməsi məqsədi ilə X59 Xidmət Mərkəzində Notariat ofisinə 22 iyul 2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Eyni zamanla xx.xx.2022-ci il tarixli ərizə ilə qardaşı Cavabdeh3, xx.xx.2022-ci il tarixli ərizə ilə analığı Cavabdeh1 və xx.xx.2022-ci il tarixli ərizə ilə qardaşı Cavabdeh2 da həmin Notariat ofisinə həmin məzmunlu müraciət etmişlər. Onun tərəfindən 26 oktyabr 2022-ci il tarixli ərizə ilə X59 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edilərək 25 mart 2021-ci il tarixdə vəfat etmiş X12ndan miras qalmış miras əmlakın bölünməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aralarnda ixtilaf olunduğunu məlumat vermişlər. Notariat ofisi tərəfindən ona verilmiş 26 oktyabr 2022-ci il tarixli 2675/2022 nömrəli cavabla bildirilmişdir ki, “miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyinizi xahiş olunur.” Vərəsə olaraq mərhum atasının tam xüsusi mülkyyəti olmuş sözügedən qeyri-yaşayış binasından onun vəsiyyətnaməsi üzrə ½ hissənin, qalan hissədən isə vərəsə kimi məcburi pay alaraq 2/4 hissəsinin ona ayrılmalı olduğunu hesab edir. Eyni zamanda analığı Cavabdeh1 həmin mirasdan ½ hissəsinin irs kimi, qalan hissədən isə vərəsə kimi məcburi pay olaraq ¼ hissəsinin ona ayrılmalı olmasını tələb etməsini əsassız hesab edir. Çünki, həmin miras əmlaka atasının adına xüsusi mülkiyyət sənədi-reyestr Çıxarışı və Texniki Pasport 2022-ci ildə hazırlanıb verilmiş olsa da, sözügedən qeyri-yaşayış binası 2004-cü ildə tikilmişdir. Cavabdeh1 isə atamla 2008-ci ildə nikaha daxil olmuşdur. Odur ki, onun həmin mirasdan hər hansı bir pay tələb etməsini əsassız hesab edir. Eyni zamanda qardaşları cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin miras əmlakdan onunla bərabər, yəni hər birinə 1/3 hissə pay bölünüb verilməsini tələb etmələrini əsassız hesab edir. Çünki, ortada atasının ona verdiyi 2012-ci il tarixli vəsiyyətnamə vardır, həmin vəsiyyətnamədə isə göstərilir ki, atası ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmişdir ki, Dövlət vərəsəlik hüququna təminat verilir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı onlara qarşı “mirasın qəbul faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması tələbi”nə dair iddia qaldıraraq “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan fərdi yaşayış sahəsinin, vəsiyyətnamə üzrə məcburi pay hüququ ilə qalan hissədən 2/4 hissə payın ayrılmasına, Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra payların müəyyən edilməsinə, sözügedən fərdi yaşayış sahəsi üzrə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir”. İlkin iddia üzrə İddiaçı iddiası əsassız hesab edir və onun iddiasına qarşı aşağıdakıları göstərirlər. Belə ki, mərhum X12nun mülkiyyətində olan Bərdə şəhəri H.Əliyev prospektində yerləşən tikinti sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan qeyri-yaşayış sahəsindən həmişə onlar, yəni ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar istifadə edib, sahiblik hüquqlarını həyata keçirmişlər. Həmin qeyri-yaşayış sahəsi “Gülüstan” şadlıq evi kimi fəaliyyət göstərmişdir. Sağlığında da, vəfat etdikdən sonra da həmin şadlıq evini istifadə edərək əldə edilmiş gəlirdən ailələrini dolandırmışlar. Bu gün də, həmin obyekti icarəyə vermişlər və icarə haqqını da onlar alır. Qeyd etməyi zəruri hesab edirlər ki, ataları İddiaçı heç vaxt vəsiyyətnamə verməmişdir. Əgər versə idi, ən çox onları istədiyindən bu barədə onlara deyərdi. Özü də Bərdə rayonunda Regional ASAN Xidmət mərkəzi ola-ola, Ağdam rayonunda notariusda vəsiyyətnamə verməsi vəsiyyətnamənin saxta hazırlanmasından xəbər verir. Bundan başqa, həmin vəsiyyətnamə barədə xəbər tutduqdan sonra vəsiyyətnamənin verilməsində, guya iştirak etmiş Sara Bəylərova və Akif Hüseynovdan bu barədə soruşduqda hər ikisi nə Ağdam rayon notariusunda olmadıqlarını, nə də vəsiyyətnamənin verilməsində iştirak emtəyərək imza atmadıqlarını bildirmişlər. Bu barədə məhkəmədə iştirak edib izahatlarını verə bilərlər. Qeyd etməyi zəruri hesab edirlər ki, X12 ilə mərhum anaları X3 birgə nikahından dörd uşaq, (Fərhad adlı qardaşları uşaq ikən vəfat etmişdir) qalan üç uşağın ikisi hazırda qarşılıqlı iddia verən şəxslərdir. X12 xx.xx.2021-ci il tarixdə, anaları X11 isə xx.xx.2006-cı ildə vəfat etmişdir. Anaları vəfat etdikdən sonra ataları xx.xx.2008-ci ildə X27 adlı şəxslə ikinci dəfə evlənmişdir. X44 ilə aralarında hər-hansı problem yoxdur. Hesab edirlər ki, hazırda mübahisələndirdikləri vəsiyyətnamə saxta verildiyindən etibarsız sayılmalı və vəsiyyətnamənin doğurduğu hüquqi nəticələr ləğv edilməlidir. Bundаn sonra ilk iddiа üzrə cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ona qarşı iddia ərizəsiylə müraciət edərək, mərhum X12na Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443.8 kv.m əsas sahəsi, 413.7 kv.m olan birmərtəbəli qeyriyaşayış binasına dair miras əmlak kimi qəbul etməsi faktının müəyyən olunması, miras əmlakdan iddiaçıya vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədən 2/4 hissə payının ayrılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçını miras payı müəyyənləşdirildikdən sonra qalan hissədə bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə veilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının iddia ərizəsində istinad etdiyi vəsiyyətnamə tam şəkildə əsassızdır. 29 iyun 2012-ci il tarixli qeyd olunan vəsiyyətnamənin hansı formada ortalığa çıxması və realizə olunması, ümumiyyətlə müəyyən deyildir. Buna əsasən hesab edir ki, hazırki qarşılıqlı iddia üzrə iddiaçı ilə, yəni Cavabdeh1 ilə nikahda olunan tarixdə belə vəsiyyətamənin mövcud olması, yaranması mümkün olmamışdır. İddiaçının bu barədə məlumatı olmamış və vəsiyyətnamə mövcud deyildir, yəni etibarsızdır. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək ilkin iddanın təmin edilməsini xahiş etdilər. Bundan başqa İddiaçı elektron informasiya sistemindən istifadə etməklə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə göndərərək vəsiyyətnamənin təsdiq edilməsində və imzalanmasında iştirak etmiş X28 və X13 imza nümunələrinin götürülərək məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Ərizə ilə əlaqədar məhkəmə baxış iclası növbəti dəfə təxirə salınmaqla imza nümunələrinin toplanması məqsədilə vəsiyyətnamə tərtib və imzalanmasında iştirak edən sözügedən şəxslərə bildirişlər göndərilmiş, yalnız X17 imza nümunələri məhkəməyə təqdim edilmiş, X14 imza nümunələrinin alınması mümkün olmamış, həmçinin vəsiyyətnamənin əslinin də məhkəməyə təqdim edilməməsi və iş materiallarında olmaması səbəbindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən məhkəmə tərəfindən imtina edilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2, nümayəndələri və vəkilləri Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil4 ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi tam əsassızdır. Belə ki, vəsiyyətnamə tərtib edilən zaman həmin vəsiyyətnamədə iki şahid kimi adları keçən şəxslərdən biri Akif adlı şəxs məhkəmə prossesində iştirak edərək həmin iş üzrə vəsiyyət edən şəxsi tanımadığını və ordaki imzanın ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda digər şahid kimi adı keçən Sara adlı şəxslər onun istifadəsində olan mobil telefonla məhkəmə prossesində əlaqə saxlnılmış və həmin şəxs Abşeron rayonu, Xırdalan şəhərində yaşadığını bildirmiş və o, da vəsiyyət edən şəxs mərhum atası Mədət Həsənovu tanımadığını bildirmişdir. O, əlavə edərək Ağdam şəhərində, yəni Quzanlı qəsəbəsində olmadığını bildirmişdir. Bu fakt özlüyündə həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Eyni zamanda bildirir ki, o, yəni Cavabdeh1 mərhum X47 ilə xx.xx.2008-ci il tarində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Bu barədə nikah haqqında şəhadətnamə işə əlavə edilmişdir. Eyni zamanda həyat yoldaşı X47 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vəfatindan sonra birgə nikah dövründə əldə etmiş olduğu qeyri-yaşayış sahəsi miras qalmışdır. Hal-hazırda mərhumun birinci nikahdan 3 övladı: 2 oğlu və bir qızı vardır. Onlar da birinci növbədə qanun üzrə vərəsədirlər. Bu da MM-nin 1159.1-ci bəndinə əsasən qeyd edilmişdir. Miras əmlakın dövlət qeydiyytaına alınması və həmin qeyri-yaşayış sahəsinin çıxarışı iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, MM-nin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bu halda əmlak 2/1 hissədə, yəni onun mülkiyyətindədir. Digər hissədə 2/1 hissədə isə mərhumun birinci nikahından anadan olan uşaqları onunla birlikdə, yəni 2/1 hissədə bir pay olmaqla 4/1 müəyyən edilməli həmin əmlak 2 paya münasibətdə bölgü əmlak payları 8/5 hissədə mərhum X32 həyat yoldaşı Cavabdeh1 8/1 pay isə Məmmədova (Həsənova) Mehriban Mədət qızının 8/1 pay isə Cavabdeh2 8/1 pay isə qanun üzrə digər vərəsə X40 verilməklə qanunu üzrə vərəsəlik payları müəyyən edilməklə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs X46 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs X29 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X31 qarşı “Mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddiası qismən, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dаir qarşlıqlı iddia ərizəsi isə tam şəkildə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X59 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məlumatdan görünür ki, İddiaçı 26 oktyabr 2022-ci il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək 25 mart 2021-ci ildə vəfat etmiş atası Bərdə rayonu, Qaradağlı kəndi ünvanında qeydiyyatda olmuş X26 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aralarında ixtilaflar olduğunu bildirmişdir. Həmin ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə tərəfindən baxıldığı, əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalı olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4645 nömrəli arayışdan görünür ki, İddiaçı X20na məxsus Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binası ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 735-05/69 nömrəli arayışdan görünür ki, X47 ilə X27 xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 15 yanvar 2008-ci ildə 19 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası X32 adına qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X34 xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 066036 nömrəli arayışdan görünür ki, X35 xx.xx.1971-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X20, anası isə X4r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarix, 430 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 188273 nömrəli çıxarışdan görünür ki, X47 ilə X5 xx.xx.1971-ci ildə nikah bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 37933 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 37932 nömrəli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh3 Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 37931 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, Pasport xx.xx.2022-ci il tarixdə vəziyyətə əsasən tərtib olunmuş Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X39 məxsus 413,7 kv.m. sahəyə malik qeyri-yaşayış binasına verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 736-05/69 nömrəli arayışdan görünür ki, X47 xx.xx.2021-ci ildə Bərdə rayonu, Qaradağlı kəndində qaraciyər sirrozu səbəbindən ölmüşdür. Bu barədə Bərdə rayon Güloğlular kənd İN tərəfindən 01 aprel 2021-ci il tarixli, 371 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, Hacallı kəndidir. Rus dilində tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 41 seriyalı, 239655 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 438570 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 25 sentyabr 1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X20, anası X4r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 600 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, 188273 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X47 ilə X5 xx.xx.1971-ci ildə nikah bağlamışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən vəkil Nümayəndə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, 220 nömrəli məktuba müvafiq olaraq Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, xx.xx.2021-ci ildə vəfat etmiş X32 barəsində xx.xx.2021-ci il tarixdə açılmış V-743 saylı reyestrli vərəsləlik işinin açılması ilə əlaqədar zəruri olan sənədlərin təsdiq edilmiş kserosurətləri aiddiyyatı üzrə onlara göndərilmişdir. İddiaçı tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********334 nömrəli ərizədən görünür ki, atası Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olmuş və xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qanun üzrə yaxud vəsiyyətnamə üzrə ona çatası mirası qəbul etmişdir. İş materiallarında olan Bərdə rayon Qaradağlı kəndində yaşayan X47 tərəfindən Bərdə rayon Hacallı kəndində yaşayan qızı X8 verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X47 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan qızı İddiaçı vəsiyyət edir. Vəsiyyətnaməyə şahid qismində iştirak edən X36 öz ifadəsində göstərir ki, həmin vəsiyyətnamə onun yanında X10 olduğundan və yazmaqda çətinlik çəkdiyindən onun sözlərindən notarius tərəfindən hamılıqla qəbul edilmiş texniki vasitədə- kompüterdə latın qrafikasında tərtib edildi, ucadan oxundu və özü tərəfindən imzalandı. Şahid qismində iştirak edən X28 təsdiq edir ki, həmin vəsiyyətnamə onun yanında imzalanmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 801 nömrəli arayışdan görünür ki, X47 xx.xx.2021-ci ildə Bərdə rayonu, Qaradağlı kəndində vəfat etmişdir. Vəfat edənə qədər Qaradağlı kəndində yaşayıb. Vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışlar: Cavabdeh1 Cavabdeh3 Cavabdeh2 İddiaçı. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 088925 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X33 ilə X18 xx.xx.2000-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 255170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx xxxxxx 1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X20, anası isə X4r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarix, 16 nömrə ilə qeydə alınmışdır. X59 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olan X32 xx.xx.2021-ci ildə ölməsi barədə X59 Xidmət mərkəzində Notariat Ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirilir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin qanun üzrə 1-ci növbədə vərəsələri kimi tanımaq hüququna malikdirlər. İddiaçı-qızı Cavabdeh1-arvadı Cavabdeh3-oğlu Cavabdeh2-oğlu Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********069 nömrəli ərizədən görünür ki, Cavabdeh1 X32 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********070 nömrəli ərizədən görünür ki, Cavabdeh1 X32 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh3 tərəfindən Notariat ofisinə ünvanlanmış, xx.xx.2022-ci il tarixli, **********929 nömrəli ərizədən görünür ki, Cavabdeh3 X32 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh2 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********239 nömrəli ərizədən görünür ki, Cavabdeh2 X32 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, X47 əvvəl xx.xx.1971-ci ildə X7 ilə nikah bağlamışdır. Daha sonra xx.xx.2008-ci ildə isə Cavabdeh1 ilə nikah bağlamışdır. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1971-ci ildə anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, Qaradağlı kəndidir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 255170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X20, anası X4r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarix, 16 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1817-05/69 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1971-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X20, anası X6r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarix, 430 nömrə ilə qeydə alınmışdır. Mübahisə predmeti olan vəsiyyətnamədə adı və imzası olan və məhkəmədə şahid qismində dindirilən Ağdam rayonu Yusifcanlı kəndində qeydiyyatda olan X17 məhkəmə iclasında verdiyi ifadəsindən və Bərdə rayon məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, adıçəkilən şəxs 29 iyun 2012-ci il tarixdə Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.H.Əliyev tərəfindən tərtib olunmuş və təsdiqlənmiş Bərdə rayon sakini X32 qızı İddiaçı verilən vəsiyyətnamədə şahid qismində iştirak etməmiş, onun adından çəkilən imza ona məxsus deyil və həmin vaxt ümumiyyətlə notariat kontorunda olmamışdır. Nə vəsiyyət edən X41, nə də ki vəsiyyətnamədə iştirak edən digər şahid olan X19 tanımır. AZE seriyalı, 17192304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X36 xx.xx.1957-ci ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuşdur. Yaşayış yeri Ağdam rayonu, Yusifcanlı kəndidir. Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ərizəçi vəsiyyətnamədə şahid qismində iştirak edən X14 vəsiyyətnamədə şahid qismində iştirak etməməsi və imzalamasına dair səs qeydlərini diskə köçürərək ərizəyə əlavə etmişdir. Bərdə rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 152453 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X47 xx.xx.2021-ci ildə Bərdə rayonu, Qaradağlı kəndində qaraciyər sirrozundan ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarix, 371 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 386105 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X47 ilə X27 xx.xx.2008-ci ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh3 100 manat dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 100 manat dövlət rüsumunu ödəmişdir. Bərdə rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilmiş 27 fevral 2023-cü il tarixli 45 nömrəli məktubdan görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini X47 tərəfindən qızı İddiaçı verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş yazılı vəsiyyətnamənin və onun verilməsinə əsas olmuş sənədlərə rayon Dövlət Arxivində rast gəlinməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X31, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X20na Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443,8 kv. m, əsas sahəsi 413,7 kv. m olan bir mərtəbəli qeyri-yaşayış binasının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlakdan ona vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədə 2/4 hissə payın ayılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra qalan hissədən bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsinə, ilk iddiа üzrə cаvаbdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək X47 tərəfindən İddiaçı verilmiş 2V-01-580 nreyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların barabər olaraq ¼ hissədə müəyyən edilməsinə, ilk iddiа üzrə cаvаbdeh Cavabdeh1 isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X47 tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X47 25 mart 2021-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən öncə onun aşağıdakı qanun üzrə birinci növbə vərəsələri qalmışdır: Cavabdeh1-arvadı İddiaçı-qızı Cavabdeh3-oğlu Cavabdeh2-oğlu İş materiallarından müəyyən edilir ki, miras qoyan X47 vəfat etməmişdən öncə Cavabdeh1 ilə 15 yanvar 2008-ci ildə nikah bağlamışlar. Mübahisə predmeti olmaqla vəfat edən şəxsdən Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası miras qalmışdır və həmin bina Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi X32 adına ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bu dövr isə X47 ilə Cavabdeh1 birgə nikahda olduğu dövrü əhatə edir. Miras qalan qeyri-yaşayış sahəsinə dair hüquqlar birgə nikah dövründə, yəni 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və daşınmaz əmlak üzərində hüquqlar onların qeydiyyatı tarixindən yarandığından məhkəmə tərəfindən X26 miras qalan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m. qeyri-yaşayış binası üzərində miras bölüşdürülərək vərəsəlik payları müəyyən edilərkən ½ pay Cavabdeh1 birgə nikah dövründəki payı olduğundan məhkəmə hesab edir ki, yerdə qalan ½ hissə pay da 4 nəfər vərəsənin arasında bərabər qaydada bölünməli və nəticədə Cavabdeh1 birgə nikah dövründəki payı da nəzərə almaqla 5/8 pay, digər vərəsələr olan İddiaçı, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/8 pay miras (vərəsəlik) payları ayrılmaqla paylar müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, qeyri-yaşayış sahəsinin texniki pasportunda onun 2004-cü ildə tikilməsi göstərilsə də DƏDRX tərəfindən verilən arayışda onun xx.xx.2009-cu ildə reyestrdə qeydiyyata alındığı qeyd edilir. Məhkəmə hesab edir ki, X47 tərəfindən İddiaçı bütün daşınar və daşınmaz əmlakının vəsiyyət edilməsi barədə verilmiş 29 iyun 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilərək qüvvədən düşmüş sayılmalıdır. Belə ki, MM-in 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər ki, hazırki halda mirasın açılması miras qoyanın vəfat etdiyi tarix olan 25 mart 2021-ci il tarixdən 2 il keçmədən yəni, xx.xx.2023-cü il tarixdə Əhəd və Cavabdeh2 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və payların bölünməsi tələbinə dair qarşılıqlı iddiası məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. Bundan başqa digər iddiaçı olan Cavabdeh1 da 14 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında həmin müddəti ötürməməklə vəsiyyətnamənin etibarsızlığına dair məhkəməyə iddia irəli sürmüş və həmin iddia da məhkəmənin icraatına qəbul edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, vəsiyyətnamədə iştirak edən şahidlərdən Akif Hüseynov məhkəmədə verdiyi ifadəsində və məhkəməyə təqdim etdiyi yazılı izahatında (ərizəsində) mərhum Mədət Həsənovu tanımadığı və onunla hər hansı vəsiyyətnamə tərtibində iştirak etmədiyini bildirmişdir. Digər şahid Sara Bəylərovanın məhkəmədə iştirakını təmin etmək və mövqeyini öyrənmək mümkün olmamışdır. Lakin, vəsiyyətnamə tərtibi ilə bağlı şübhəli məqamlar sırasına vəsiyyətnamənin niyə şəxsin yaşadığı yer olan Bərdə rayonunda deyil, Ağdamda tərtib edilməsi, bundan başqa vəsiyyətnamənin bir nüsxəsinin İddiaçı olmaması həmin vəsiyyətnamənin eibarlılığı və hüquqi qüvvəsini şübhə altına alır. Bütün bu şübhələr digər mötəbər sübutlarla təsdiq edilmir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, X47 tərəfindən bütün daşınar və daşınmaz əmlakının İddiaçı vəsiyyət edilməsinə dair Ağdam rayon notariat kontorunda xx.xx.2012-ci il tarixdə verilmiş vəsiyyətnamə etibarsız sayılmalı və qüvvədən düşmüş hesab edilməli, miras qalan əmlak tərəflərin qanun üzrə onlara çatası paylarına müvafiq olaraq bölünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X31 qarşı “Mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dаir qarşlıqlı iddia tələbi isə tam şəkildə təmin edilməlidir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları digər tərəfdən tələb edilmədiyindən onların özlərinə aid edilməli, İddiaçı tərəfindən ödənilməli olan 100 manat dövlət rüsumunun 50 manatının ödənilmiş olması, geri qalan 50 manatın isə ödənilməməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, 50 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X31 qarşı “Mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dаir qarşlıqlı iddia tələbi tam şəkildə təmin edilsin. X47 tərəfindən X8 verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş bütün əmlakının vəsiyyət edilməsinə dair xx.xx.2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin və qüvvədən düşmüş sayılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarışa əsasən X26 miras qalan əmlak olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 413.7 kv.m. qeyri-yaşayış binası üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras (vərəsəlik) payları tanınsın. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X31 qarşı ilkin iddiası və Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. 50 (əlli) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-711/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-711/2023
26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver